Ayxan Qasımzadə
18 Fevral 2022, 19:21Yerli özünüidarəetmə nə üçün önəmlidir?

Yerli özünüidarəetmə demokratik cəmiyyətin əsas institutu kimi
Məlum olduğu kimi dövlətlərdə idarəetmə çox zaman iki pilləli formada mərkəzləşdirilmiş (inzibati) və yerli səviyyədə (mərkəzləşdirilməmiş) səviyyədə həyata keçirilir. Mərkəzləşdirilmiş formada mexanizmlər daha imperativ xarakter kəsb etməklə təyinat əsasında formalaşdırılırsa, yerli özünüidarəetmə seçki təsisatının əsasında formalaşdırılaraq yerlərdə idarəetməni həyata keçirir.
Bu mənada yerli özünüidarəetmə sistemi bir növ inzibati idarəetmə sisteminin tənzimləmə predmetinə düşən münasibətlərim bir hissəsini öz üzərinə götürməklə bir növ bu sahədə səmərəliliyin artırılmasına xidmət edir.
Bəs nədir yerli özünüidarəetmə (local government)?
Onun əhəmiyyəti və demokratizm prinsipi ilə əlaqəsi nədən ibarətdir?
Yerli özünüidarəetmə bu sahədə səlahiyyətli təsisatlar tərəfindən yerlərdə ictimai-sosial xarakterli məsələlərin həllinə,idarəetmənin həyata keçirilməsinə yönəldilmiş fəaliyyətidir.Yerli özünüidarəetmə idarə olunan cəmiyyətin özünü idarə edən cəmiyyətə çevrilməsinin əsası qismində çıxış edir.O geniş anlayış olmaqla özündə müəyyən komponentləri ehtiva etməklə dövlətlərin praktikasında əsasən bələdiyyələrin fəaliyyətində ifadə olunur.Yerli özünüidarəetmənin ən önəmli xüsusiyyətlərindən biri onun təyinat əvəzinə seçki əsasında təşkil edilməsidir.Yerlərdə vətəndaşlar onları əlaqədar edən məsələlərlə bağlı iradələrini ifadə etməklə müəyyən siyasi və hüquqi təfəkkürlə bağlı dəyərləri mənimsəyir,dövlət idarəetməsində daha aktiv rol oynamağa başlayırlar.Bu da öz növbəsində bələdiyyəçilik inistutunun demokratizm prinsipi ilə əlaqəsini göstərir.Təsadüfi deyil ki,bu inistutun inkişafı dövlətlərdə demokratizm dəyərlərinin mövcudluğunun əsas göstərici kimi çıxış edir.Hətta bir çox inkişaf etmiş qərb ölkələrində vətəndaşlar siyasi gündəmdən prezidentin və digər vəzifəli şəxslərin fəaliyyətindən daha çox bələdiyyələrin fəaliyyəti ilə maraqlanırlar.Ona görə də demokratik və vətəndaş cəmiyyətinin mövcudluğu yerli özünüidarəetmənin təşkilini şərtləndirir desək yəqin ki yanılmarıq.Çünki özünü idarə etməkdən məhrum olan və idarə olunan cəmiyyətlərdə xalqın iradəsinin hakimliyindən bəhs edə bimərik.Deməli,demokratik sistem inzibati idarəetmənin yerli özünüidarəetmə qarşısında güzəştə getməsini zəruri edir
Bu inistutun digər önəmli cəhəti ondan ibarətdir o gələcəkdə dövləti idarə edəcək kadrların hazırlanmasında mühüm rol oynayır.Belə ki yerlərdə idarəetməni həyata keçirən şəxslər idarəetmə sahəsində lokal formada təcrübə qazanırlarsa,bu fəaliyyətə nəzarət edən yerli əhali də idarəçiliyə nəzarət təfəkkürünə yiyələnməklə hakimiyyət bölgüsü konsepsiyasının gələcəkdə daha səmərəli formada realizə olunmasının təminatçısı qismində yetişirlər.
Seçki əsasında formalaşdırılan bələdiyyələr adətən dövlətlərin praktikasında yerli üzvlərdən seçilən bələdiyyə şurası və bələdiyyə sədrindən ibarət olmaqla elə də mürəkkəb xarakter daşımayan təşkilati-struktur formaya malik olur.Onlar mərkəz qarşısında deyil məhz bu vətəndaşlar qarşısında məsuliyyət daşımaqla kollegial formada fəaliyyət göstərir.Onların fəaliyyəti qanunçuluq,insan və vətəndaş hüquqlarına hörmət,aşkarlıq,ədalətlilik,demokratizm kimi prinsiplərə söykənir.O qanunvericilik tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində yerli özünüidarəetməni həyata keçirir müəyyən hüquqi və iqtisadi təminata malik olur.
Bu mənada dövlətlər tərəfindən onların hüquqi statusunu müəyyən edən qanunvericilik aktları qəbul edirlər.Onların bu sahədəki normayaradıcılıq fəaliyyətinin əsasında isə 1985-ci ildə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən qəbul edilmiş və yerli hökumətlərin fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirən ən vacib çoxtərəfli sənəd rolunu oynayan “Avropa Yerli Özünüidarəetmə Xartiyası” dayanır. Xartiya dövlətləri öz daxili qanunvericiliyində qeyd etməyi və bələdiyyələrin siyasi, inzibati və maliyyə müstəqilliyini təmin edən bir sıra hüquq normalarını praktik olaraq tətbiq etməyi öhdəsinə götürür. Eyni zamanda, yerli idarəetmənin muxtariyyətinin konstitusiya ilə tənzimlənməsinə ehtiyac yaradır.
Xartiya Preambula və üç hissədən ibarətdir.
- Giriş, Xartiyanın əsas prinsiplərini müəyyənləşdirir: Avropanın inkişafında bələdiyyələrin rolu; bələdiyyələrin geniş muxtariyyətə ehtiyacı.
- Birinci hissədə yerli özünüidarəetmə ilə bağlı əsas müddəalar yer alır. Xüsusilə, yerli özünüidarəetmənin konstitusiya və qanunvericiliklə tənzimlənməsinin zəruriliyi təsbit edilmişdir (maddə 2), yerli özünüidarə konsepsiyası müəyyənləşdirilmişdir (maddə 3), yerli özünüidarə orqanlarının təşkili və fəaliyyət prinsipləri müəyyən edilmişdir (Maddə 4), məsələn, yurisdiksiyanın subyektlərinin və yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin mövcudluğu, sonuncunun yerli əhəmiyyətli məsələləri effektiv şəkildə həll etməsinə imkan verir.
Birinci hissənin digər maddələrində aydın bələdiyyə bölgüsü (Maddə 5), yerli özünüidarəetmə orqanları tərəfindən öz quruluşlarını təyin etmə, yerli özünüidarə orqanlarının seçilmiş vəzifəli şəxslərinin fəaliyyətlərini təmin etmək üçün bələdiyyə işçilərini işə götürmə hüququ (Maddə 6.7) müəyyən edilir. Daha iki vacib maddənin məqsədi yerli özünüidarəetmə orqanlarının qayda yaradıcılığına inzibati nəzarəti məhdudlaşdırmaqdır (Maddə 8) və yerli büdcələrin doldurulmasını təmin etmək lazımdır (Maddə 9). Maddə 10 yerli özünüidarə orqanlarının bir-biri ilə əməkdaşlıq etmək və bələdiyyələrarası birliklər yaratmaq hüququnu təsbit edir və Maddə 11 - yerli muxtariyyətin məhkəmə müdafiəsi imkanı.
- İkinci hissə, Xartiyanı imzalayan və təsdiqləyən dövlətlərin öhdəliklərinə dair müxtəlif müddəaları ehtiva edir. Xartiya normaları ilə dövlətlərin institusional və hüquqi xüsusiyyətləri arasında bir tarazlığı təmin etmək niyyətinə əsaslanaraq, Xartiya dövlətlərə Xartiyanın bəzi müddəalarını öz daxili qanunvericiliyinə daxil etməmək hüququnu verir (Maddə 12 ). Bu maddədə yerli özünüidarəetmə prinsiplərinin bütün dövlətlər üçün məcburi olduğu da göstərilir. Beləliklə, yerli dövlət idarəetməsinin təməl prinsiplərinə riayət etmək zərurəti ilə hər bir dövlətin daxili qanunu ilə əlaqəli çeviklik arasındakı uzlaşmadan danışırıq.
- Üçüncü hissə, məzmunu, bir qayda olaraq, standart olan və Avropa Şurasının bütün konvensiyalarında mövcud olan prosedur məsələlərini tənzimləyir: imza, təsdiq və qüvvəyə minmə
Avropa Şurasına üzv olan bütün dövlətlər tərəfindən imzalanmaqla təsdiq edilən bu xartiya yerli özünüidarənin inkişaf tendensiyasının əsasə qismində çıxış edir.