Atuf Guliyev

5 Yanvar 2022, 9:23

Yeni bir alternativ: üçüncü yol

Üçüncü yol siyasətdə indiyə qədər dominant olan iki model — solçu və sağçı siyasi qruplar arasında təklif olunan alternativdir. Tarixən üçüncü yol termini, İskandinav sosial demokratiyasından faşizmə qədər müxtəlif idarəetmə formalarını ifadə etmək üçün istifadə edilmişdir. 20-ci əsrin sonunda, ingilis sosioloqu Antoni Qiddens, qloballaşma dövründə neoliberalizmə və sosial-demokratiyaya alternativini təsvir etmək üçün məhz bu termindən istifadə etdi.

Üçüncü yol termini, yeni və fərqli bir siyasət proqramına, yeni bir siyasi iqtisadiyyata, yeni bir sosial ədalət anlayışına və bir çox tənqidçisi tərəfindən neoliberal qloballaşmanın sol-mərkəzə təslim edilməsi kimi tərif edilir.

Üçüncü yol, ən aydın şəkildə 1997-2007-ci illərdə Birləşmiş Krallıqda baş nazir postunda olan Toni Bleyrin yeni işçi administrasiyası ilə əlaqələndirildi. Toni Bleyrlə birlikdə ABŞ prezidenti Bill Klinton (1993-2001) və Almaniya Federativ Respublikasının Kansleri Gerhard Schröder (1998-2005) də üçüncü yolun görkəmli nümayəndələrundən biri sayıla bilər.

Antoni Qiddens üçüncü yolu həm neoliberalizmdən həm siyasi sağa, həm də siyasi sola olan "ənənəvi" sosial demokratiya anlayışından ayırdı. 20-ci əsrin sonlarında Böyük Britaniyada yeni işçi siyasiliyinin doğulması ilə birlikdə müasirləşmə əhval-ruhiyyəsi də üst-üstə düşsə də, bu da getdikcə üçüncü yol alternativini daha da zəruri edirdi.

Sol-mərkəzin əsas auditoriyası arasında da belə bir tendesiya görülürdü.

Üçüncü yol, inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatlar üçün qloballaşma şəraitinə və mürəkkəb iqtisadi-sosial qarşılıqlı asılılığa uyğun olaraq yaxşı idarəçilik üçün bir bələdçi olaraq qəbul edildi. Həqiqətən də, Antoni Qiddensin üçüncü yolunun cavab olaraq verdiyi sosial-demokratiya anlayışı, əslində, 1960-1970-ci illərdə Böyük Britaniyanın korporatizmlə bağlı özünəməxsus təcrübələrinə borcludur.

Üçüncü yol ilə sosial demokratiya arasındakı əlaqənin olduqca qeyri-müəyyən təbiəti, müasir kapitalizmin yeni hakim olan sosial-siyasi, iqtisadi mənzərəsinə uyğunlaşmış və "modernləşdirilmiş" bir sosial-demokratiya olaraq da tərifləndirilə bilər. Üçüncü yolun "solun və sağın kənarında", yəni sosial demokratiyanın və neoliberalizmin kənarında olduğu fikri də bəzi çevrələri narahat edirdi. Çünki bu artıq yeni bir alternativ idi.

Üçüncü yolun müəyyənedici xüsusiyyətləri arasında, şübhəsiz ki, həm sol, həm də sağ cəbhədən aydın şəkildə ilham alan proqramları orijinal şəkildə və fərqli üslubla birləşdirməsi oldu. Buna baxmayaraq, üçüncü yol, şübhəsiz ki, sosial-demokratik rejimlərdə ən uğurla həyata keçirilən bir sıra siyasi məqsədləri əhatə edirdi. Üçüncü yolun ətraf mühitin qorunması, demokratik təsistların rekonstruksiyası, birlik və bərabərlik, daha güclü gender bərabərliyi və bir sosial sərmayə vəziyyətinə sadiqliyi burada diqqət çəkir. Bu öhdəliklər müharibədən sonrakı dövrdə Avropa qitəsində sosial-demokratiyasının əsas dayaqları idi, demək olar ki, ənənəvi sosial-demokratik rejimlər, bu hədəflərə olan öhdəliklərini yerinə yetirməklə liderləri üçüncü yolu tutan dövlətlərdən daha böyük uğurlar əldə etmişlər.

İkinci maraqlı bir məqam, üçüncü yolun siyasi iqtisad anlayışının zahirən kifayət qədər inkişaf etməməsidir. Həqiqətən də, üçüncü yolun sosial və ekoloji siyasət yeniliklərinin bir çoxu ənənəvi sosial-demokratiyanı izləsəydi belə, iqtisadi siyasətin məzmunu qətiyyətlə neoliberal tonda görünürdü. Məsələn, ictimai xidmətlərinin göstərilməsində və dövlət sektorunun fəaliyyətinin stimullaşdırılmasında bazar və kvazi-bazar mexanizmlərini təsdiqləyirdilər. Bu xüsusilə ona gərə əhəmiyyətlidir ki, üçüncü yolun əsas məqsədi sosial-demokratik gözləntiləri və ambisiyaları azaltmaq idi, belə ki, qloballaşma dövründə iqtisadi rəqabəti dövrün zərurəti kimi qəbul edirdilər, həm də iqtisadiyyatı neoliberal bir prespektivdən dəyərləndirirdilər.

Bu amillər, üçüncü yolun sol-mərkəz idarəçiliyinə tətbiq etdiyi məhdudiyyətləri anlamaqla birlikdə siyasi spektrumda əsasən mərkəzləşdirilmiş şəkildə dayandığını göstərir.

Xarici ticarət və (əsasən) iqtisadi məhdudiyyətlər qarşısında praqmatizmi və realizmi üçüncü yol əhəmiyyətli hesab edirdi. Eyni zamanda, üçüncü yolun rəhbərləri, siyasi seçkilərdə öz elektoratını məlumatlandırırdı, etik və universal sosial ədalət anlayışı isə tərəfdarları tərəfindən sualedilməz həqiqətə çevrilirdi.

Üçüncü yol, hər hansı bir etik mülahizənin əvvəlcə qiymətləndirilməli olduğu, qəbul ediləcək hər hansı bir yeni iqtisadi-siyasi qərarın vətəndaşların həyat standartlarını nə dərəcədə yüksəldəcəyini əvvəlcədən sorğulayırdı və bir çox sosial siyasətə də etik cəhətdən şübhəçi yanaşırdılar. Bu mənada üçüncü yol ənənəvi sosial-demokratiyanın yenilənməsi idi. Ehtimal olunan qloballaşma dövründə üçüncü yol hələ də iqtisadi tərəqqi ilə uyğun olduğu düşünülən bir çox sosial-demokratik etik elementləri özündə saxlamağa çalışdı.

Beləliklə, üçüncü yolda siyasi iqtisadi etikadan üstün gəlir. Həqiqətən də üçüncü yolun sosial-demokratiyanı lazımsız hala gətirən iqtisadi reallığa həm uyğun gəldiyi, həm də zamanın tələbi olaraq ortaya çıxdığı güman edilir. Burdan aydın olduğu kimi, üçüncü yol bir sıra iqtisadi fərziyyələrə əsaslanır - qloballaşmanın miqyası, təbiəti və sosial-demokratiya ilə nə dərəcədə uyğun olmadığı reallığını dərk etməyə.

Yenə də bu iqtisadi fərziyyələr şübhəsizdir ki, empirik sübutlarla uzlaşmaqda getdikcə çətinləşəcək.

Üçüncü yol Keynesçiliyi, Con Maynard Keynesin iqtisadi nəzəriyyəsini rədd edir. Milliləşdirməni, müdaxiləçiliyi, aktiv sənaye siyasətini, dövlətin məhz öz xeyrinə tənzimləməsini, defisit maliyyələşdirməsini, korporatizmi və ümumilikdə əməyi passivləşdirməyi rədd edir.

Birinci və ikinci yolların alternativə ehtiyacının olduğu (neoliberalizm və sosial demokratiya) ancaq iqtisadi baxımdan bilinə bilir. Buna baxmayaraq, iqtisadi bir alternativ üçün heç vaxt bir iş görülmür. Nəticə etibarilə, üçüncü yol, digər siyasi fəlsəfələrdən və sosial ədalət anlayışlarından fərqli olaraq, təmin etmədiyi bir iqtisadi təhlil tələb edir.

Bu diskussiyaların sosial ədalət anlayışına ciddi təsirləri olur. Sosial ədalətin hər hansı bir ardıcıl konsepsiyası, fərdin (iqtisadi) məhdudiyyətlərə və imperativlərə uyğun olaraq etik istəklərini genişləndirmək ehtiyacı ilə pozulur. Başqa sözlə, müəyyən bir sosial ədalət anlayışını müdafiə etməkdənsə, üçüncü yol, sosial ədalət anlayışını praqmatik olaraq seçməli, əvvəlcə dünyanın sərt iqtisadi reallıqları ilə uyğun gəlməyənlərin hamısının ortadan qaldırmalı olduğunu düşünür. Sərmayə və iqtisadi səmərəlilik məsələlərinin qarşı-qarşıya gəldiyi göründüyü yerdə, əsas şərt olaraq iqtisadi artımı zəruri hesab edir. Bu da öz növbəsində fərqli bir üçüncü yol etikasının ortaya çıxmasını zəruri edir.

İndi isə əvvələ qayıdaq, üçüncü yolun tarixçəsini, siyasətdəki rolunu və praktiki nümunələrini araşdıraq.

Bir daha təkrarlamaq lazım gələrsə, üçüncü yol, London İqtisadiyyat Məktəbinin keçmiş direktoru, sosioloq professor Antoni Qiddens tərəfindən hazırlanmışdır və Qiddens, müasir cəmiyyətdə sol və sağın klassifikasiya edilərək bölünmələrinin artıq lazım olmadığını vurğulayırdı.

Təsadüfi deyil ki, Toni Bleyrin bir dövr rəhbərlik etdiyi İşçi Partiyası, ənənəvi solçu siyasətdən üçüncü yol versiyasına keçdikdən sonra 1997-ci il ümumi seçkilərində böyük bir qələbə qazandı.

Dövrün mətbuatında qalib partiyanın sədri Bleyr haqda üçüncü yolun "sosial ədalətə və sol-mərkəzin hədəflərinə ehtiraslı şəkildə modernləşdirilmiş bir sosial-demokratiyanın tərəfdarı olduğunu" yazılırdı.

Üçüncü yol tərəfdarları bəzən də mərkəzçi spektrə müraciət edərək seçicilər arasında da uğurlu şəkildə populyarlıq qazana bilirlər və buna görə də seçkilərdə potensial elektorat tərəfindən də reputasiyalarını qorunmaqda müvəffəq olurlar. Bleyrin ABŞ-ın o vaxtkı prezidenti Corc Buşun İraqla bağlı siyasətini tənqid etməsinə baxmayaraq, bu iki dövlət başçısı zamanında üçüncü yolun ən görkəmli nümayəndələrindən və təmsilçilərindən hesab edilirdi.

1997 və 2010-cu illər arasında Bleyrin təmsil etdiyi İşçi Partiyasının islahatları arasında milli minimun əmək haqqında qanun, insan haqları haqda qanunun qəbul edilməsi, milli səhiyyə sisteminin büdcəsini iki qat artırılması, homofobik qanunvericiliyin ləğvi, 900.000 uşağın yoxsulluqdan azad edilməsi, iqlim dəyişikliyi haqda qanunun qəbul edilməsi kimi proqressiv siyasi dəyişiklər də var idi.

 

Bəs üçüncü yol haqda tənqidçilər nə deyir?

Solun tənqidçilərinin bir çoxu hazırkı İşçi Partiyasının liderliyinə neoliberal siyasət və sosial ədalətin qətiyyən uzlaşa bilməyəcəyini söyləyirlər.

Tənqidçilər deyirlər ki, Bleyr özəlləşdirmənin, tənzimlənmənin aradan qalxmasını, rifah dövlətinin "bazarlaşmasını" istəyirdi və sərvətin yenidən bölüşdürülməsi istiqamətində heç bir irəliləyiş əldə etməmişdi, hansı ki, bunlar da sola yad olan siyasətlər kimi bilinir.

2007-ci ildə solçu kinorejissor Ken Loach keçmiş işçi partiyasının Ceremi Korbini və Toni Bleyri sərt tənqid edəcək məqaləsində, ölkənin işçi sinfinin sosial-iqtisadi vəziyyətinin pisləşməsində İşçi Partiyasını, neoliberal diskursa malik hökumətdəki kadrları günahlandırırdı.

"İş təminatsızlığı, aşağı əmək haqqı, saxtakar özünə məşğulluq ideyası, işi olanlar da daxil olmaqla bir çoxları üçün yoxsulluq, bunlar həm Bleyrin, həm də yeni İşçi Partiyası kadrının apardığı yeni bazar iqtisadiyyatı siyasətinin nəticəsidir", deyə Loach qeyd edirdi.

Paylaş:

592
0