Ruslan Ələkbərov

20 Fevral 2022, 17:35

Yaşamaq hüququ

Yaşamaq hüququ                    

Hər kəsin yaşamaq, maddi və
mənəvi varlığını qorumaq və
inkişaf etdirmək hüququ vardır

Avropa İnsan Hüquqları Konvensiyasının 2. maddəsi yaşamaq hüququnu özündə ehtiva edir. 2-ci maddənin tarixi sələfi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsidir; həmin maddədə kifayət qədər yığcam şəkildə deyilir ki, «hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanun əsasında ölüm cəzası nəzərdə tutulmuş cinayəti törətdiyinə görə, məhkəmə tərəfindən verilmiş belə hökmün icrasından başqa halda həyatından məhrum edilə bilməz. Həyatdan məhrum etmə, güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda aşağıdakı hallarda bu maddənin pozulması kimi nəzərdən keçirilmir:

  1. istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;
  2. qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;
  3. qanuna müvafiq olaraq çevriliş və ya qiyamın yatırılması üçün.

Tarix boyu haqq və azadlıq ideyası həmişə insanların beynində yerləşib. Fərdlərə indiki kimi geniş hüquq və azadlıqlar verilməsə də, bəzi hüquqlar qədim zamanlardan insanlara dövlətlər tərəfindən verilmişdir. Fərdlərin sahib olduğu bu hüquqlar haqqında ayrı-seçkilik etmək əslində etika ilə bir araya sığmır. Lakin insan haqları arasında elə bir hüquq var ki, bu hüquq olmadan digər hüquqlar mümkün olmur və istifadə olunmaz hala gəlir. Bu səbəbdən də bu hüquq bütün hüquqların əsasını təşkil edir. Bu hüquq hər kəsin doğuşla əldə etdiyi başqa şərtlər olmadan sağlam yaşamaq hüququdur. Yaşamaq hüququ olmadan başqa hüquqlardan istifadə etmək mümkün deyil. Əsas hüquq və azadlıqlarımız arasında yaşamaq hüququ birinci yerdədir. Hüquq insanın heç bir səy göstərmədən sahib olduğu iradə gücüdür və bu hüquqlardan rahatlıqla istifadə etməklə həyat davam etdirilə bilər.

2-ci maddənin 1-ci bəndinin mətni pozitiv, neqativ və prosedur öhdəliklərini ehtiva edir. Neqativ öhdəlik tələb edir ki, ictimai dövlətlər (və ya qurumlar) insanı həyatdan qanunsuz məhrum etməkdən çəkinsinlər. Pozitiv öhdəliklər belə bir tələblə bağlıdır ki, dövlətlər yurisdiksiyaları altında olan şəxslərin həyatlarını qorumaq üçün pozitiv tədbirlər görsünlər. Prosedur öhdəliyi (onu həm də pozitiv öhdəlik kimi təsvir etmək olar) istər dövlət nümayəndəsi, istərsə də fiziki şəxs tərəfındən güc tətbiqi nəticəsində insanın öldüyü bütün hallarda yetərli rəsmi araşdırma həyata keçirmək vəzifəsindən ibarətdir. Qanunda göstərilən bütün hüquqlar kimi, yaşamaq hüququ da insan ləyaqətinə, bərabərliyinə və azadlığına əsaslanan azad və demokratik cəmiyyətdə ağlabatan və əyani şəkildə əsaslandırıldığı halda məhdudlaşdırıla bilər.

Bununla belə, bu hüququn təbiətinə və beynəlxalq hüquqa əsasən məhdudlaşdırıla bilməyəcəyinə görə, bu hüququn məhdudlaşdırılacağı halları görmək çətindir.

Tarixə nəzər yetirdikdə yaşamaq hüququnun prioritet və müqəddəs olmasına baxmayaraq, ən çox pozulan hüquq olduğu görüləcək. Məlum olduğu kimi, köləliyin ləğvi bu gün mövcud olmasa da, uzun illərin və mübarizələrin nəticəsidir. Köləlik institutunu təbii hesab edən düşüncə sistemləri olsa da, yaşamaq hüququndan və onun müqəddəsliyindən danışmaq mümkün deyil. İlk dövrlərdən bu günə qədər insan hüquqları anlayışının meydana çıxması baxımından bir çox inkişaflar baş vermişdir. Xüsusilə 1215-ci il tarixli Magna Carta müqaviləsi və 1689-cu il tarixli Hüquqlar haqqında “Bill” və 1776-cı il Virciniya İnsan Haqları Bəyannaməsi ilə gec də olsa, yaşama hüququndan bəhs edilməyə başlandı.

1215-ci ildə Magna Carta müqaviləsinin imzalanması ilə bu gün mövcud olan yaşamaq hüququ ilə bağlı bəzi məsələləri aydınlaşdırıldı. Magna Carta Sazişinin bir çox maddəsində yaşamaq hüququ qeyd edilmiş və bu müqavilədə “həyat zəmanəti” ilə bağlı müddəa yaradılmışdır. 39-cu maddəsində o, açıq şəkildə bildirmişdir: Azad insan; hüquqi cəhətdən əsaslandırılmış qərar olmadıqda və ya ölkənin qanunlarının tələb etdiyi hallar istisna olmaqla, hər hansı şəkildə həbs oluna, deportasiya oluna və ya həyatdan məhrum edilə bilməz. Bu müddəa, fərdin qanunsuz və özbaşına şəkildə hər hansı pis rəftara və ya hərəkətə məruz qalmasının qarşısını alır. Əslində, cinayətlərin və cəzaların indiki mənası ilə qanuniliyini vurğulayır.

Hüquqlar Billində isə beynəlxalq səviyyədə yaşamaq hüququndan açıq danışılmır. Açıq şəkildə ifadə edilməsə də, bu Bill şərh üsulu ilə araşdırıldıqda əslində insanın yaşamaq hüququnun bütövlüyünü qoruyan bir sənəddir. Bu sənədlə şəxsə qarşı qeyri-insani rəftarın (məsələn, işgəncə) tətbiq edilməsinin məqsədəuyğun olmadığı vurğulanır.

Virciniya İnsan Hüquqları Bəyannaməsində yaşamaq hüququ açıq şəkildə qeyd olunub. Bu bəyanata görə, yaşamaq hüququ əslində hökumətin təməl daşı kimidir. Virciniya əhalisinin fikrincə, hüquqlar "təbii hüquqlardır”. Yəni insan bu hüquqları tam və düzgün doğuşla əldə etmiş və cəmiyyətdə öz yerini tutmuşdur. Hüquqlar anadan olduğu üçün gələcək nəsillər heç bir müqavilə ilə bu təbii hüquqlardan məhrum edilə bilməz. Bu səbəbdən də yaşamaq hüququ, insan varlığından qaynaqlanan bu hüquqların ən başında gəlir, sıradan bir əsaslılıq deyil, məna ehtiva etdiyi dəyər baxımından birinci yerdə gəlməsini əsas digər hüquqların da həyata keçirilmə məqsədinin əsasını təşkil edir. Virciniya İnsan Hüquqları Bəyannaməsi birinci maddəsindən yaşamaq hüququnun əhəmiyyətini, mənasını və yerini vurğulayır.

10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində açıq şəkildə “yaşamaq hüququ” fərdin hüququ kimi nəzərdə tutulmuşdur (3-cü maddə). Bəyannamə həm də təqsirsizlik prezumpsiyasını universal etmişdir. Bu bəyannamə ilə həmçinin dindirilmə zamanı şəxslərə işgəncə və ya pis rəftar edilə bilməməsini (Maddə 11) özündə birləşdirmişdir. Heç kəsin işgəncəyə məruz qalmaması, heç kəsin qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmaması (Maddə 5) da həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında 4 noyabr 1950-ci il tarixli Konvensiyanın (Roma Konvensiyası) olması hamılıqla qəbul edilmiş konvensiyaya daxildir. Hər bir insanın yaşamaq hüququ olduğu qəbul edilir. Bildirilir ki, heç kəs qəsdən öldürülə, işgəncəyə məruz qala, qeyri-insani və ya ləyaqəti alçaldan cəzaya və ya rəftara məruz qala bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsindən irəli gələn pozitiv öhdəliklər,

yurisdiksiyalarında olan hər kəs üçün Konvensiyada təsbit edilən hüquq və azadlıqların

dövlətlər tərəfındən təmin edilməsi üzrə Konvensiyanın 1-ci maddəsində(İnsan hüquqlarına

hörmət olunması öhdəliyi) , habelə daxili məhkəmələr qarşısında səmərəli hüquqi müdafıə

vasitələrinin təqdim edilməsi üzrə Konvensiyanın 13-cü maddəsində(Səmərəli hüquqi

müdafiə vasitələri hüququ)  yer almış öhdəliklərin əks-sədasıdır.  Beləliklə, dövlətin daxili

sistemində yaşamaq hüququnun pozuntularına qarşı hərtərəfli müdafıəni təmin edən müvafıq qanunlar olmalıdır.

 

Yaşamaq hüququnu qanun əsasında qorumaq öhdəliyi dövlətdən tələb edir ki, şəxsə qarşı zorakılıq cinayətlərinin törədilməsini müəyyən etmək məqsədilə səmərəli cinayət qanunlarını qüvvəyə mindirsin. O, həmçinin tələb edir ki, cinayət qanunları həmin qanunların pozulmasının qarşısının almması, təqib edilməsi və cəzalandırılması üzrə səmərəli hüquq-mühafizə mexanizmlərinə söykənsin. İstər dövlət nümayəndələrinin, istərsə də ayrı-ayrı fərdlərin adam öldürməsinin qarşısını almaq məqsədilə dövlət bütün qanunsuz adam öldürmə halları barədə müvafıq sanksiyaları nəzərdə tutmalıdır. Qanunsuz qətllər barədə istintaq aparmaq öhdəliyinə dair presedent hüququ göstərir ki, qanunlar təkcə qətlləri müəyyən etməyə yönəlməməli, həm də qanunsuz qətllərdə təqsirli bilinən şəxslərin cəzalandırılmasını nəzərdə tutmalıdır.

Konvensiyanın 2-ci maddəsi üzrə yaşamaq hüququnun hələ doğulmayan uşaqların həyatına şamil olunub-olunmaması məsələsi adətən aborta aid işlərin kontekstində meydana çıxır. Avropa Şurasını təşkil edən dövlətlərdə abort məsələsində konsensus yoxdur və müvafiq surətdə, keçmiş Komissiya bu məsələ barədə qəti fikir bildirməyib. Müəyyən şəraitdə abortlara icazə verən qanunlar məsələsində dövlətlərə müəyyən hərəkət sərbəstliyi verilsə də, Komissiya bəyan etdi ki, müəyyən hallarda 2-ci maddə hələ doğulmayan uşaqlara tətbiq edilə bilər.

Yaşamaq hüququnu qorumaqdan ibarət pozitiv öhdəlik həbsdə olan şəxslərə də şamil olunur. Xüsusən həyatlarının təhlükəyə məruz qaldığı məlum olan şəxsləri qorumaq üçün tədbirlərin görülməsinə görə dövlət məsuliyyət daşıyır. Daha sonra, dövlət ayrı-ayrı məhbusların həyatlarının digər məhbusların hərəkətləri ucbattndan təhlükəyə məruz qalmamasını təmin etmək öhdəliyini daşıyır. İntihar riskinə gəldikdə, Avropa İnsan Hüquqları Məhkəməsi bəyan edib ki, həbsxana orqanları öz səlahiyyətlərini həyata keçirərkən vəzifələrini müvafiq şəxsin hüquq və azadlıqlarına uyğun şəkildə yerinə yetirməlidirlər. Özünə zərər yetirmə imkanlarını azaltmaq üçün şəxsiyyət azadlığına xələl gətirmədən atıla bilən addımlar və ehtiyat tədbirləri mövcuddur. Konkret məhbus barəsində daha ciddi tədbirlər görməyin zəruri olub-olmaması və onları tətbiq etməyin ağlabatan olub-olmaması məsələsi işin konkret hallarından asılıdır.

Paylaş:

740
0