Rüfət Bağırov

12 Avqust 2022, 11:39

Urbanistika 4.0 - Ağıllı şəhərlər

“Ağıllı şəhər” qavramı ümumi olaraq dəyərləndirildiyində yenilik, problemləri həll etmə qabiliyyəti, kommunikasiya texnologiyalarının önəmi kimi məfhumlar ön plandadır. Burada məqsəd ictimai idarənin problem həlletmə qabiliyyətini artırmaq, texnologiyanı şəhərlərə inteqrasiya etməkdir (Örselli, Akbay, 2019)

Qloballaşma prosesində populyarlaşan “Ağıllı şəhərlər” məfhumu şəhərlərdə rəqabəti artırmaqdadır. Bu cür yaşayış bölgələri gələcəyin maddi-texniki imkanlara sahib şəhər sahələridir.

Bir şəhərin “ağıllı” ola bilməsi üçün yaranan problemlərin həllində texnologiyanın istifadəsi zəruridir. Bu texnologiyalarla məlumatlar toplanılaraq böyük data əmələ gətirir. Böyük data isə bizə adekvat qərarların verilməsi və şəhərlərdə qarşılıqlı kommunikasiyanın gücləndirilməsi fürsətini yaradır. Məsələn, bu datalar əsasında ictimai nəqliyyatın fəaliyyətini nizamlamaq mümkündür. Digər bir nümunədə, məsələn, biz yerli havanın keyfiyyətini, şəhər tullantılarının səviyyəsi kimi məlumatları müəyyən edə bilərik (Batty, 2012)

Ağıllı iqtisadiyyat, ağıllı cəmiyyət, ağıllı nəqliyyat, ağıllı şəbəkə, və ağıllı texnologiya ağıllı şəhərlərin əsas komponentlərindəndir. Məsələn, sürücüsüz ictimai nəqliyyat bu konseptin gələcək planları içindədir. Buna misal olaraq Google-un ağıllı avtomobillərini göstərə bilərik.

Ağıllı şəhərlər velosipedlərin istifadəsini və piyada hərəkəti dəstəkləyir. Bu cür yaşayış bölgələri tıxacları əngəlləyir, piyada və ya velosipedlə gəzinti üçün imkanları genişləndirir.

Əlavə olaraq sırf karbon emissiyasını azaltmaq məqsədilə şəhərlərdə elektrikli avtobusların istifadəsi kimi ətraf mühitin qorunmasına yönəlmiş addımlar atılmaqdadır.

Ağıllı ətraf mühitin sahib olması labüd olduğu xüsusiyyətlər arasında su ehtiyyatlarının, bioloji müxtəlifliyin mühafizəsi, su istifadəsində qənaətin təmin edilməsi, fövqəladə hallar və təbii fəlakətlər zamanı texniki imkanların səmərəli istifadəsi və zərərin azaldılması, enerji səmərələliyi və məhsuldarlığı yer almaqdadır.

Birgə yaşayışın prinsiplərinə uyğun olaraq ağıllı şəhərlərdə qadınlar, uşaqlar, yaşlılar, gənclər üçün ideal yaşayış mühitinin təmin edilməsi, şəhər mərkəzlərinin canlı saxlanılması, tarixi mühitin qorunması əsas şərtlərdəndir.

Bütün bu komponentlərlə birgə Ağıllı şəhərlərin tələb etdiyi bir çox xüsusiyyətlər mövcuddur. Beləki, bu şəhərlərdə mobillik (Smart mobility) üçün əlçatan ictimai nəqliyyat və ictimai nəqliyyatın keyfiyyəti, beynəlxalq və ölkədaxili sərnişindaşımanın keyfiyyəti, Ağıllı yaşam (Smart living) üçün keyfiyyətli səhiyyə xidməti, təhlükəsizlik və sosial təhlükəsizlik, yaşayış yerlərinin (mənzillər, binalar və s.) keyfiyyət səviyyəsi, Ağıllı dövlət (Smart government) üçün açıq mənbələr, e-dövlət, şəffaflıq və iştirakçılıq, Ağıllı ətraf mühit (Smart environment) üçün dayanıqlı ətraf mühit, çirklənmə səviyyəsinin izlənə bilməsi, enerji idarəsi, Ağıllı iqtisadiyyat üçün (Smart economy) sahibkarlıq və innovasiya, iqtisadi aktivlik, davamlılıq, Ağıllı insanlar (Smart people) üçün sosial və mədəni maarif, təhsil sistemi, yaradıcılıq təmin edilməlidir.

Bütün bu müsbət keyfiyyətləri ilə yanaşı Ağıllı şəhərlər məfhumu bəzən tənqidlərə də məruz qalır. Beləki yeni texnologiyaların şəhərlərdə geniş tətbiqi ilə artan informasiya və datalar fərdlərin məlumatlarının gizliliyinin qorunması məsələləri aktuallaşır. Ağıllı şəhərlər konsepti əşyaların interneti və bağlantısını labüd edir ki, bu da təhlükəsizliyin təmin olunmasını çətinləşdirir. Əldə olunan dataların bulud texnologiyaları və altsistemlər vasitəsilə üçüncü tərəflərlə paylaşılması və süni intellektə əsaslanan riskləri mövcuddur.

Ümumiyyətlə bu sistemin tətbiqi üçün kompleks tədbirlər zəruridir. İlk növbədə ağıllı şəhərlərin təməlindəki dataların təmin olunması və istifadəsi ilə bağlı hüquqi baza yaradılmalıdır. Ardınca bu sahələrdə fəaliyyət göstərəcək xidməti personalın məlumatlılığı artırılmalıdır. Gələcəyin ağıllı şəhərlərin təşkili eyni zamanda yeni idarəçilik vahidləri yaratmalıdır. Bunun əsas səbəbi isə ağıllı şəhərlər siyasətləri tətbiq olunarkən qarşılaşacağımız texnologiya və maliyyə problemləri, gizlilik, ixtisaslı əmək ehtiyyatları və s. məsələlərdir (Köseoğlu, Demirci, 2018). Gələcəyin şəhərlərinin istər memarlıq, istərsə də lokal xidmətlərin məhsuldarlığı baxımından cazibə mərkəzi halına gələbilməsi üçün texnoloji infrastrukturun artırılması isə qaçınılmaz olacaqdır.

Paylaş:

662
1

Dearing

10 Mart 2023, 10:42

We are a group of highly qualified ethical hackers who scan tens of thousands of sites every day for critical vulnerabilities and patch them for a small fee. On your site teyinat.com - we have discovered 5 critical vulnerabilities, each of which can give attackers full access to your site, databases and the server as a whole. Pay $3000 (0.15 BTC) by visiting this site where you will be able to copy our bitcoin (btc) address or scan the QR code with your device https://www.blockchain.com/explorer/addresses/btc/352getHoT9HcSMeUaBtBKLP1u7qwREBNii And after payment within 12 hours we will fix all the vulnerabilities on your site and you can sleep peacefully without worrying about the safety of your site and server. If we are hired by well-known corporations, then we charge from $50000 for our services, so you are lucky that we offer you the same service for $3000 (0.15 BTC)