Rəşid Qurbanəliyev
2 Yanvar 2022, 3:43Türkiyədə sosial-demokratiya (2-ci hissə)

1980-ci il 12 sentyabr tarixində Türkiyə tarxində növbəti hərbi çevriliş baş tutdu. Hərbi çevrilişə Kənan Evrən başçılıq edirdi. Hərbi çevriliş nəticəsində partiyaların fəaliyyəti qadağan qadağan edildi. Bülənt Əcəvit də daxil olmaqla bir sıra liderlər qısamüddətli həbs edildi. 12 sentyabr çevrilişindən sonra Bülənt Əcəvit CXP-dən istefa verdi.
1981-ci ildə hərbi rejim yeni konstitusiyanın hazırlanılmasına başlanıldı. 1982-ci il 7 noyabr tarixində referendum keçirildi. Əhalinin 91,37% referenduma “hə” dedi.
1983-cü ildən etibarən partiyaların yenidən qurulmasına və fəaliyyətinə icazə verildi. 6 iyun tarixində keçmiş prezindent İsmət İnönün oğlu Ərdal İnönü Sosial Demokratiya Partiyasını yaratdı. Eyni ilin mayın 20-də Necdet Calp sosial demokratik prinsplərə malik olan Xalqçı partiyanı yaratdı. 1983-cü il seçkilərində Sosial Demokratiya partiyası seçkilərə qatılmadı. Xalqçı partiya isə 30,46% səs toplayaraq 400 yerdən 117-ni qazandı. 1985-ci ildən etibarən iki partiyanın birləşməsi ilə bağlı müzakirələrə başlanılır. 1985-ci il 21 sentyabrda iki partiya birləşməklə bağlı protokl imzalayır. Bunun nəticəsində Sosial Demokrat Xalqçı partiyası yaranır. SXP-nin ilk başqanı Aydın Güvən olur. 1986-cı ildə isə Ərdal İnönü SXP-nin başqanı seçilir. Biz SXP-ni Cümhuriyyət Xalq Partiyasının varisi də adlandıra bilərik. Çünki SXP Cümhuriyyət Xalq Partiyasının altı ox prinspini(sekulyarlıq, dövlətçilik, cümhuriyyətçilik, xalqçılıq, inqilabçılıq və ulusçuluq) mənimsəmişdi.
1987-ci il seçkilərində SXP 24,74% səs toplayaraq 99 yer qazandı.
12 sentyabr çevrilişindən sonra yaranan sosial demokratik prinsplərə malik partiyalardan biri də Demokratik Sol Partiya idi. Demokratik Sol Partiyanı Rahşan Əcəvit yaradır. Bunun başlıca səbəbi, 12 sentyabr çevrilişindən sonra Bülənt Əcəvitin üzərinə qoyulan siyasət qadağası idi. Lakin 1987-ci ildə bu qadağa götürülür və Bülənt Əcəvit partiyanın başına keçir. DSP həmin il keçirilən parlament seçkilərinə qatılsada 10%-lik barajı keçə bilmir.
Lakin 1986-cı ildə maraqlı hadisə baş vermişdi. Belə ki, 1986-cı ildə Sosial Demokratiya Partiyası ilə Xalqçı Partiya birləşərkən bir qrup bunu narazılıqla qarşılayaraq, partiyadan ayrılıb Xalq Partiyasını yaratmışdı. Eyni zamanda bunlar parlamentdə təmsil olunan 25 nəfər millətvəkili idi. Bu 25 nəfər millətvəkili 29 dekabrda DSP-yə keçdiklərini bəyan edirlər. Bununla da DSP 25 nəfərlə parlamentdə təmsil olunmağa başlayır.
Seçkilərdə barajı keçə bilməyən Bülənt Əcəvit partiyadan istefa verərək aktiv siyasətdən getdiyini açıqlayır. Lakin 2 il sonra Əcəvit yenidən partiyaya qayıdır və partiyanın başqanı olur.
1989-cu ildə ölkədə bələdiyyə seçkiləri keçirildi. SXP(SHP) bu seçkilərdə ən yüksək səs toplayan partiya olur. 28.69% səs toplayan SXP(SHP) 652 yer qazanır. Bunun 6-sı Böyükşəhər bələdiyyə başqanlığına və 34-ü isə şəhər bələdiyyə başqanlığına aid idi. Əcəvitin rəhbərlik etdiyi DSP isə 9.03% səs toplayaraq 37 yer qazanır.
1990-cı ildə SHP-nin tərkibindən ayrılan bir qrup şəxs Xalqın Əmək Partiyasını yaradır. Bu partiyanın qurucularının bəziləri “Kürt milli kimliyi və insan hüquqları” adında tədbirdə iştirak etdikərinə 1989-cu ildə partiyadan xaric edilən şəxslər idi. Eyni zamanda Xalqın Əmək Partiyasının(HEP) qurucuları arasında 10 millətvəkilidə var idi.
Lakin Xalqın Əmək partiyası(HEP) 1991-ci seçkilərinə SXP(SHP) ilə birlikdə qatılır. SXP 20.75% səs toplayaraq 88 yer qazanır. Bunlardan 21 yer isə SXP siyasından qatılan HEP üzvlərinə məxsus idi. DSP isə bu seçkilərdə 10.74 % səs toplayaraq 7 yer qazanır.
Lakin 1991-cı ildə ölkədə skandal doğuran hadisə baş verdi. Belə ki, SXP-nin kürt mənşəli deputatları TBMM-də andiçmə mərasimini kürdcə həyata keçirməyə çalışdılar. Bu hadisə böyük narazılıqla qarşılanır. Kürdcə and içən deputatlar Xalqın Əmək Partiyasının(HEP) üzvləri idilər. Bu hadisədən sonra bu partiyanın üzvləri(21 nəfərdən 3-ü istisna olmaqla) SXP-dən istefa verirlər. Eyni zamanda partiyanın qurultaylarında PKK bayraqlarından və Abdullah Öcalanın posterlərindən istifadə edilməsi böyük narazılıqla qarşılanır. Bu hadisədən sonra partiyanın bağlanması ilə bağlı cinayət işi başladılır . 1993-cu il 14 sentyabrda partiyanın fəaliyyətinə son verilir.
1992-cı ilin 19 iyununda 12 sentyabrdan qalma partiyaların fəaliyyətinin qadağan edilməsi ilə bağlı qərar qüvvədən düşür. Buda keçmiş partiyaların fəaliyyətə yenidən başlamasına icazə verirdi.
1992-cı ilin 9 sentyabrda Cümhuriyyət Xalq Partiyası(CHP) yenidən fəaliyyətə başlayır. Partiyanın başqanı Dəniz Baykal olur. CXP-nin əsas məqsədi digər iki sosial demokratik prinsplərə malik partiya ilə birləşmək idi. Ərdal İnönü SXP-də birləşmənin tərəfdarı idi. DSP başqanı Əcəvit isə birləşmənin əleyhinə çıxır və müstəqil şəkildə fəaliyyət göstərmək istəyirdi.
1993-cü ildə SXP və DSP üzvü olan 21 nəfər millətvəkili partiyalarından istefa verərək CXP-yə keçdiklərini bəyan edirlər. Bununla da CXP parlamentdə təmsil olunmağa başlayır.
1993-cü ildə prezident Turqut Özalın ölümündən sonra baş nazir Dəmirəl yeni prezident seçilir. Dəmirəlin prezident seçilməsi ilə hökümət boş qalır. Həmin ilin 25 iyununda Doğru Yol Partiyası və Sosial Demokrat Xalqçı Partiyası arasında koalisiya höküməti qurulur.
1993-cü ildə Ərdal İnönü SXP başqanlığından istefa verdi. Murad Karayalçın SXP-nin yeni başqanı oldu.
1994-cü ildə keçirilən bələdiyyə seçkilərin hər üç sol partiya seçkilərə ayrı-ayrılıqda qatıldı. Nəticə isə çox uğursuz oldu. Üç partiya ümumilikdə 25% səs toplayır. Bu uğursuzluğun fonunda partiyaların birləşməsi məsələsi yenidən gündəmə gəlir.
1995-cil 18 fevralda SXP və CXP birləşməklə bağlı qurultay keçirir. 1003 nəfər CXP-də, 635 nəfər isə SXP-də birləşməyin lehinə səs verir. Bununlada SXP CXP-nin tərkibinə qatılır.
1995-ci ildə ölkədə növbəti parlament seçkiləri keçirilir. DSP 14.64%, CXP isə 10.71% səs topayır. DSP 76 yer, CXP isə 49 yer qazanır. 1995-ci il 30 oktabrda DYP-CXP höküməti qurulur. Lakin bu hökümət güvənsəsi qazana bilmədiyinə görə höküməti formalaşdıra bilmir. Daha sonra DYP-ANAP koalisiya höküməti qurulsada buda çox qısa çəkir. Bundan sonra höküməti 1995-cı il seçkilərində ən yüksəs səs toplamış Rifah Partiyası ilə Doğru Yol Partiyası formalaşdırır. 1 il sonra, partiyanın fəaliyyətinin qadağan edilməsi və Ərbakana siyasət qadağası gətirilməsiylə hökümətin fəaliyyətinə son qoyulur.
1997-ci il 30 iyunda ANAP-DSP-DTB arasında koalisiya höküməti qurulur. Bu hökümət 1999-cu il seçkilərinə qədər fəaliyyət göstərir.
1999-cu il seçkilərində ən yüksək səs toplayan partiya 22.19%-lə 136 yer qazanan DSP olur. CXP isə 8.71% səs toplayaq barajı keçə bilmir. Bu seçkilərdən sonra höküməti DSP-ANAP-MXP formalaşdırır. Bülənt Əcəvit baş nazir seçilir.
Bülənt Əcəvitin baş nazirlik dönəmi Abdullah Öcalanın həbs edilməsi, iqtisadi və maliyyə böhranları ilə yadda qalır. İqtisadi vəziyyət ağırlaşır inflyasiya yüksəlir, 24 bank bağlanır.
2002-ci ildə Bülənt Əcəvitin səhhəti pisləşir. Bunun fonunda yeni seçkilərin keçirilməsi məsələsi gündəmə gəlirdi. 2002-ci il 8 iyulda DSP-nin bir sıra hökümət nümayəndələri, 64 millətvəkili partiyadan istefa verdi. Bunların böyük hissəsi Yeni Türkiyə Partiyasına keçdi.
31 iyulda yeni seçkilərin keçirilməsi ilə bağlı TBMM-də səs vermə keçirildi. 514 millətvəkilindən 449-u bunun lehinə səs verdi. Bunun əleyhinə səs verənlər DSP üzvləri idilər.
2002-ci ilin 3 noyabrında növbəti parlament seçkiləri keçirilir. DSP və yeni yaranmış Yeni Türkiyə Partiyası barajı keçə bilməyərək məclisdən kənarda qalır. CXP isə 19.39% səs toplayaq 178 yer qazanır. Seçkilərin qalibi isə 34.28% səs toplayaraq 363 yer qazanan Ədalət və İnkişaf Partiyası(AKP) olur.
2004-cü il bələdiyyə seçkilərində CXP 18.23%, DSP 2.11% səs topayır. Yeni Türkiyə Partiyası isə 0.24% səs toplayır. 2009-cu ildə keçirilən növbəti bələdiyyə seçkilərində CXP 23.08% səs toplayır. 2014-cü ildə bu rəqəm 26.34% olur.
2004-cü ildə Yeni Türkiyə Partiyası CXP-yə qatılır.
2007-ci il parlament seçkilərində CXP 20.87% səs toplayaraq 112 yer qazanır. Bu dəfə də seçkilərin qalibi Ədalət və İnkişaf Partiyası olur(AKP). 2011-ci ildə keçirilən növbəti parlament seçkilərində CXP 25.98% səslə 135 yer qazanır.
2010-cu ildən CXP-yə Kamal Qılıncdaroğlu rəhbərlik etməyə başlayır.
2014-cü prezident seçkiləri ilk dəfə olaraq xalq səsverməsi ilə keçirilir. CXP və digər altı partiya bu seçkilərə vahid namizədlə qatılır. Ekmeleddin İhsanoğlu 38.44% səs toplayaraq seçkilərdə məğlub olur. 51.79% səs toplayan Ərdoğan seçkilərin qalibi olur.
2015-ci ilin iyun ayında Türkiyədə növbəti parlament seçkiləri keçirildi. CXP 24.95% səs toplayaraq 132 yer qazandı. AKP isə 40.87% səs topladı. Lakin hökümət formalaşa bilmədiyinə görə noyabr ayında növbədənkənar parlament seçkiləri keçirildi. CXP bu seçkilərdə 25.32% səs toplayaraq növbəti dəfə seçkilərdə məğlub oldu.
2017-ci ildə isə Türkiyə referendumla parlamentli respublikadan prezidentli respublikaya keçdi.
2018-ci ildə keçirilən prezident seçkilərində CXP-nin namizədi Məhərrəm İncə oldu. Məhərrəm İncə seçkilərdə 30.64% səs toplayaraq məğlub oldu. 52.59% səs toplayan Ərdoğan prezident seçildi.
2019-cu ildə keçirilən bələdiyyə seçkilərində CXP İYİ partiya ilə birlikdə Millət İttifaqında seçkilərə qatılıdı. Bu seçkilərdə CXP İstanbul, Ankara kimi şəhərlərdə qalib gəldi. Bununlada CXP 25 ildən sonra ilk dəfə bu iki şəhərə rəhbərlik etməyə başladı. Ankaranın bələdiyyə başqanı Mansur Yavaş, İstanbulun isə Əkrəm İmamoğludur.
2018-ci ildə keçirilən parlament seçkilərində CXP 22.65% səs toplayaraq 146 yer qazandı.
2020-ci ildə keçmiş prezidentliyə namizəd Məhərrəm İncə CXP-dən istefa verərək Məmləkət Partiyasını yaratdı.
Növbəti prezident və parlament seçkiləri isə 2023-cü ildə keçiriləcək.