Çingiz Hacıyev

21 May 2022, 19:08

"The BCG Matrix" nədir?

 BCG  Matris  Strateji menecment  sferasında  tanınmış alətlərdən biri sayılır. Bu alət şirkətlərə onların markalarının bazarda olan mövqeyini və potensialını anlamağa, həmçinin öz məhsulları arasında investisiyanı necə bölüşdürməyinə kömək edir. Bu matrisa “Boston Consulting  Group” tərəfindən yaradılıb və matrisin adı da bununla bağlıdır. Onların   fikrinə  görə    markalar  4 kateqoriyaya  bölünür.  Bu  kateqoriyalar  isə  iki  faktora  əsaslanır. Gəlin  ilk  öncə  bu  faktorlara baxaq. Birinci faktor   nisbi bazar payı, ikinci isə bazar artımının tempidir.

Birinci faktor nisbi bazar payı,ikinci isə bazar artımının tempidir.

  • Nisbi bazar payı – məhsulunuzun bazar payının ən  böyük istehsalçının bazar payına olan nisbətidir, əgər özünüz ən böyük istehsalçısınızsa , o zaman sizdən sonra ikinci bazar payına malik olan məhsul ilə müqayisə etməlisiniz.

    

  Nisbi bazar payı  = məhsulunuzun bazar payıƏn böyük istehsalçının bazar payı

 

  • Bazar artımının tempi –  müəyyən vaxt ərzində ümumi məhsula olan tələbin artımının   göstəricisidir. Bu faktorun köməyi ilə şirkət məhsulun gələcək satış potensialını müəyyən edə bilər

 

Qeyd etdiyimiz faktorlar  əsasında  markalar  4 cür bölünür:

  1. İt(dog)
  2. Sual işarəsi(question mark) və yaxud problemli uşaq(problem child)
  3. Nağd inək(cash cow)    
  4. Ulduz(star)

 

 

İndi gəlin bu kateqoriyaların hər birinə ayrı ayrılıqda baxaq

🐶 “İt”-lərin rəqiblərlə müqayisədə bazar payı azdır və yavaş böyüyən bir bazarda fəaliyyət göstərir. Ümumiyyətlə, onlar aşağı və ya mənfi nağd gəlir əldə etdikləri üçün investisiya etməyə dəyməz. Lakin bu həmişə doğru olmaya bilər. Bəzən “İt”-lər uzun müddətdə  sərfəli ola bilər  və yaxud  onlardan rəqiblərə qarşı strategiyada istifadə etmək olar.

Sual işarəsi(problemli uşaq)  sürətlə böyüməkdə olan bazarlarda aşağı miqdarda paya sahibdirlər. Əksər hallarda çoxlu miqdarda investisiya tələb edir, bir növ sual işarələrini start-uplar adlandırmaq olar. Onlara investisiya qoyduqda  gələcəkdə “ulduza” yoxsa “itə” çevriləcəyi bilinmir. Buna görə sual işəraləri daha dərindən analiz olunmalıdır.

🐄 Nağd inəklər hazırda şirkətə ən  çox gəlir gətirən markadır ona görə “inəklər”-dən mümkün qədər çox süd sağmaq lazımdır. Ancaq gələcək satış potensialı aşağı olduğu üçün   "inəklərdən" əldə edilən pullar,  inkşafı təmin etmək üçün ulduzlara yatırılmalıdır. Boston Consulting Group fikrinə görə  nağd inəklərə yalnız hazırki bazar payını qorumaq üçün investisiya qoyulmalıdır, ancaq bu həmişə həqiqət deyil. Bəzən nağd inəklərə pul yatırımı etdikdə onlar innovasiyaya qadir olurlar və ulduza çevrilə bilərlər.

“Ulduzlar” yüksək bazar payına  və yüksək inkşaf dinamikasına malikdir. Bunlar şirkətin pul yatırım etməli olduğu əsas hissələrdir, çünki ulduzların nağd inəklərinə çevrilməsi və müsbət pul axınlarının yaranması gözlənilir. Yenə də ulduzların hamısı pul axını olmur. Bu, xüsusilə tez yenilənən məhsulların yeni texnoloji irəliləyişlərlə nəticələnə biləcəyi sürətlə dəyişən sənayelərdə doğrudur, buna görə nağd inək yerinə bir ulduz köpək olur. Ulduzlar həmçinin şirkətin  nüfuzunun artımında böyük rol oynayır. Həmçinin ən çox marketinq xərcləri  də ulduzlar tələb edir, çünki nağd inəklərdən fərqli olaraq ulduzlar  güclü tanıtma olmasa satışlar həcmi istənilən səviyyədə  olmayacaq, lakin nağd inəklər isə alıcılara  vaxt aşırı  xatırlatma etmək ilə bazar payını qoruya bilər.

Misal olaraq Coca-Cola brendinin müxtəlif markalarını götürə bilərik. Lakin, Coca-Cola şirkəti transmilli şirkət olduğu üçün onun bazarda markalarına təlabatı fərqlidir və məhz buna görə də nümunəni sırf Azərbaycan bazarına uyğun nəzərə alarsaq daha məqsədəuyğun olar. Çoxumuzun ən azı bir dəfə də olsa istifadə etdiyi  klassik  Coca-Cola “nağd inəkdir”,  çünki bu məhsulun reklamı müəyyən müddət  getməsə belə əksəriyyət maqazində soyducunu açanda yenə ilk olaraq klassik Coca-colanı götürəcək. Düzdür burda müəyyən nüans var Coca-Cola şirkəti dünya üzrə strategiyasına əsasən əsas məhsuluna daima böyük marketinq dəstəyi verir və məhz klassik Coca-Cola şirkətin əsas simasıdır, lakin klassik çeşidin  davamlı  müsbət pul axınına sahib olduğu üçün “nağd inək” saymaq olar. “Ulduz” kimi isə Coca-Cola Zero  göstərmək olar, xüsusən dünyada və ölkəmizdə gedən sağlam qidalanma trendinin olduğu üçün şəkərsiz versiya şirkətin nüfuzunun artımında böyük rol oynayır. “İt” kimi isə Coca-Cola layt versiyasını göstərmək olar, düzdür o da az şəkərli versiya sayılsada Zero markasınla müqayisədə daha çox şəkərlidir və  şirkətin reklamlarında qeyd etdiyi kimi Zero şəkərsiz olsada Klassikdən dadına görə fərqlənmir, ancaq eyni sözləri layt markasına demək olmaz.Təssadüf deyil ki, 2016 cı ildən bəri şirkət öz  əsas strategiyasında  Layt markaslndan çox Zero-ya verdi. Sual işarəsi(poblemli uşaq) kimi isə Coca-Cola xüsusi dadları sayılan Coca-Cola “Cherry”, “Life”, “Vanila: qeyd etmək olar. Hansılar ki, dünya üzrə müxtəlif bazarlarda öz yerini tutublar, amma Azərbaycanda bu  dadlar xüsusi hallarda tapılır

Paylaş:

768
8

Arzu Mammadzada

22 May 2022, 21:54

İnformativ məqalə üçün təşəkkürlər👏


Jafar Ibrahimov

22 May 2022, 23:02

Məlumatlandırıcı və maraqlı⚡️


Jafar Ibrahimov

22 May 2022, 23:02

Məlumatlandırıcı və maraqlı⚡️


Farid Mammadli

22 May 2022, 23:47

Azərbaycan dilində terminlərin düzgün izahını tapmaq çətindir, belə gözəl izah üçün təşəkkürlər!


Zubeyda Babayeva

28 May 2022, 20:15

Çox maraqlı məqalədir👍🏼