Cavidan Zeynalov
7 Aprel 2022, 16:32Təkamül nəzəriyyəsinin incəsənətdə təzahürü - Qabril von Maksın meymunları

Meymunlardan gəldik, ancaq haraya gedirik?
Bu gün Qabriel von Maksın 1889-cu ildə çəkdiyi “İncəsənət tənqidçiləri meymunlar” adlı əsərini anladacayıq sizlərə…
Əslən Praqalı olan Avstriyalı rəssam həyatı boyunca çəkdiyi heyvan rəsimləri ilə məşhur olsa da, karyerasının başlanğıcında mistik mövzuları ələ alması ilə tanınırdı. Xüsusən də yuxu, hipnoz və lunatizm (gecə yuxusu zamanı qeyri-şüuri halda gəzmək) ilə bağlı olan işlərində elmin təsiri, rəssamın elmə olan marağı aydın şəkildə hiss olunurdu. Elmə olan bu maraq onu antropologiyaya yönəltdi. Bu mövzuya o qədər maraqla yanaşdı ki, qısa zaman içində prehistorik dövrdən qalma etnologiya və antropologiyaya dair kolleksiya yaratdı. Çox güman ki, rəssamda bu marağın yaranmasına ən böyük təsir Çarlz Darvin tərəfindən oldu. Darvinin 1859-cu ildə yazdığı “Növlərin mənşəyi” adlı kitabı haqqındakı mübahisələr elmlə maraqlanan sənətkatların da diqqətini bu mövzuya çəkdi. Alman elm icması insanın meymundan gəldiyini müzakirə edərkən bu əsrin debatının bir yansıması olaraq bu əsər ortaya çıxmışdır.
Qabriel von Maksın bu mövzuya olan marağı və heyvanlara duyduğu sevgi səbəbiylə evində bir çox heyvan saxlamağa başladı. Qısa müddətdə yığdığı bir çox növün içində meymunlar da yer alırdı. Onlarla keçirdiyi uzun zamandan sonra heyvanların insanlardan üstün olduğunu düşünməyə başladı. Sənətçiyə görə mədəniyyət insanları degenerasiyaya uğradan (insanı arsızlaşdıran) yeganə şeydir. Habelə evdəki heyvanları da analiz etməyi də unutmayan sənətçi onları hər gün araşdırdı, eskizlərin çıxartdı və öldüklərində isə anatomik quruluşlarına nəzər saldı. Özəlliklə də çox sevdiyi meymunları öldüyündə onların anatomik quruluşların analiz etdi və ölü bədənlərin müxtəlif pozalarda rəsm etdi. Heyvanların əzələlərinin necəliyini anlamaq üçün onların fotolarını çəkən rəssam, habelə bu fotolar üzərində də detallı araşdırma işləri apardı. Zamanla digər meymunların da insanlaşdığı düşüncəsi yavaş-yavaş zehnində yer etməyə başladığında ətrafındakılar ona “Meymun rəssam” deyə səslənməyə başladılar. Meymunların insanlaşması yönündəki düşüncələri sənətinə ciddi şəkildə təsir etməyə başlamışdı. Bu səbəblə də meymunları insan işlərini edərkən təavir etməyə üstünlük verirdi. Sənətçi meymunları ixtisaslarla göstərərək bir yandan da təbiətincə heyvan olan insanların şöhrət sevdalarını ikrahla qarşılayırdı.
Bəhs etdiyimiz bu əsərdə də sənətkar müxtəlif növdəki 13 meymunu incəsənət əsərini təhlil edərkən göstərir. Əsərdəki heyvan alleqoriyasından savayı işin digər maraqlı və sarkastik yanı isə bu meymunların təbiətdə bir-birləri ilə anlaşa bilməyən növlər olmasıdır. Sənətçi bu əsərdə insanlar arasındakı anlaşmazlıqları və fikir ayrılıqlarını xüsusən vurğulayır. Özəlliklə də dövrün Darvin düşüncələri haqqındakı müxtəlif baxış bucaqları və mövzuya olan təzadlı aspektlərə də eyham vurur. Habelə meymunların hansı əsəri analiz etdiklərini izlyiciyə göstərməyərək maraq yaratmağı planlamışdır. Bu əsərlə izləyicini insan təbiəti və antropologiyasına dair düşündürmək və bu mövzuya diqqət çəkmək istəmişdir.
Qabriel von Maks heyvanlara və təkamülə qarşı böyük maraq bəsləyirdi. Bu maraq ve diqqət o qədər böyük idi ki, heyvan skeletlərindən 80.000 parçalıq inanılmaz bir kolleksiya da yaratmağı bacarmışdır. Bu kolleksiya içərisində yalnızca 400 baş skleti var idi. Ancaq bu möhtəşəm kolleksiya İkinci Dünya Müharibəsi zamanı itdi və yəqin ki, günümüzdə başqa biologiya ilə maraqlanan dilletantların kolleksiyası oldu.
Digər əsərləri:
Mənbə: “Sanatntarihi” səhifəsindən tərcümə.