Tamerlan Yusifov
2 Yanvar 2022, 11:26Sosial ədalət nədir?

Sosial ədalət, ədalət konseptinə mülki və cinayət hüququnda, iqtisadi tələb və təklif, ənənəvi əxlaq sistemlərində təcəssüm olunanların hüdudlarından kənar digər çərçivələrin də aid olduğunu iddia edən siyasi və fəlsəfi nəzəriyyədir. Sosial ədalət cəmiyyət daxilindəki qruplar arasında ədalət və qrup münasibətlərinə diqqət verməyə meyillidir nəyinki fərdi ədalət ya da fərdlər arasındakı münasibətlərə. Tarixən və nəzəri olaraq sosial ədalət hər kəsin, onların hüquqi, siyasi, iqtisadi və digər vəziyyətindən asılı olmayaraq, sərvətə, sağlamlığa, ədalətə və digər imtiyazlara eyni miqdarda hüququ və imkanı olmalı olduğunu müdafiə edir. Müasir praktikada sosial ədalət, cəmiyyətin müxtəlif qruplarını , hər-hansısa fərdin seçimləri və hərəkətlərindən asılı olmayaraq, tarixi hadisələrdən doğan dəyər mühakiməsinə, hal-hazırkı vəziyyətə və icmadaxili münasibətlərə əsaslanaraq mükafatlandırmaq ya da cəza verməkdən ibarətdir. İqtisadi baxımdan bu tez-tez sərvətin, gəlirin və iqtisadi imtiyazların sosial ədalət tərəfdarlarının “istismarçı” saydığı quruplardan “istismar olunan” saydığı qruplara yenidən bölüşdürülməsi mənasına gəlir.Sosial ədalət əsasən kimlik siyasəti, sosializm və inqilabi kommunizmlə əlaqələndirilir.
Sosial ədaləti başa düşmək
Sosial ədalət sosialist iqtisadi sistemlərin bünövrəsi rolunu oynayır və həmçinin bəzi dini ənənələrdə öyrədilir.Ümumilikdə, sosial ədalət müxtəlif növ təşəbbüslər vasitəsilə vətəndaşlar üçün bərabər hüquqları dəstəkləyən geniş bir konsept kimi yaranmışdır. Sosial ədalət konflikt nəzəriyyəsinə və cəmiyyətdəki müxtəlif qruplar arasındakı hal-hazırda davam edən yaxud keçmiş konfliktərin yanlışlarını düzətməyə çox yaxındır. Bu ya tərəfdarlarının “istismar olunan “ saydığı cəmiyyət daxilindəki qrupların maraqlarını dəstəkləməkdən ya da hansısa mənada “istismarçı” saydıqları qrupların maraqlarını sarsıtmaq və ya ona birbaşa hücum etməkdən ibarətdir.
Sosial ədaləti təbliğ etmək üçün səylər ya istismara qarşı mübarizədə öz maraqlarının müdafiəsi məqsədiylə ya da onları(istismarçıları) keçmiş günahlarına görə cəzalandırmaq məqsədiylə müxtəlif demoqrafik qrupları hədəfləyir. Sosial ədalətin tez-tez diqqət mərkəzində olan demoqrafik qruplar aşağıdakılardır: irqi, etnik kökən, milliyət, cinsi və seksual orientasiya, yaş, din və s. Müxtəliv növ sosial ədalət təşəbbüsləri bərabərlik təbliğ etmək yaxud rifah, sağlamlıq, ədalət , imtiyaz, iqtisadi status kimi müxtəlif sahələrdə qruplar arasında gücü və statusu yenidən bölüşdürmək məqsədiylə var ola bilər. İqtisadi baxımdan, sosial ədalət əsasən sərvətin, gəlirin, iqtisadi imkanların imtiyazlı qruplardan imtiyazsız qruplara yenidən bölüşdürülməsi mənasına gəlir. Sosial ədalət tərəfdarları öz məqsədlərinə çatmaq üçün müxtəlin növ dinc yaxud dinc olmayan metodlardan istifadə edirlər. Bunlara daxildir: müxtəlif dövlət proqramları, sosial kampaniyalar, ictimai aktivizm, zorakı inqilab yaxud hətta terror. Dövlət səviyyəsində sosial ədalət təşəbbüsləri müxətlif nov proqramlar vasitəsilə həyata keçirilə bilər. Bunlara sərvətin və gəlirin birbaşa yenidən bölüşdürülməsi, işçinin hüquqi statusunun birbaşa müdafəsi, hökumət subsidiyaları yaxud imtiyazlı qruplara qarşı əmlak müsadirəsi, kollektiv cəza, repressiyalar da daxil olmaqla leqallaşmış diskriminasiya da daxildir. Sosialist və kommunist sistemlər ölkəboyu sosial ədalət proqramlarını daha ciddi şəkildə diqqət mərkəzinə çevirirlər. Lakin, sosial ədalət kapitalist cəmiyyətlərdə də öz yerinə sahibdir. Buna misal olaraq ABŞ-ı çəkə bilərik. ABŞ-da dövlət büdcəsi bir çox sosial ədalət layihəsini maliyələşdirmək üçün ayrılır. Bu tip cəmiyyətlərdə sosial ədalət məsələlərinin həllinə əsasən dövlət siyasətini dəyişmək məqsədli aktivism yaxud birbaşa insanların davranışlarına təsir etmək məqsədli kütləvi mitinqlər,ictimai müasibətlət kampaniyaları, məqsədli investisiyalar və xeyriyyə kampaniyaları vasitəsilə nail olunur. Bu həmçinin boykotlar, bleklistinq, imtiyazlı qrup və fərdlərin senzura edilməsi yaxud onlara qarşı birbaşa zorakı təhdidlər hətta zorakılıq və əmlakın və infrastrukturun birbaşa məhvi şəklində də ola bilər. ABŞ daxilində sosial ədalət tərəfdarları əsasən Demokrat Partiyasında cəmləşmişdir. Bunlara xüsusilə partiyanın özünü sosialist və proqressiv adlandıran qanadları həmçinin digər daha kiçik təşkilatlanmalar daxilidir. Özünü Demokrat Partiyası ilə əlaqələndirməyən proqressiv və sosialistlər də (Yaşıllar və s.) sosial ədalət terminindən geniş şəkildə istifadə edir.
Sosial ədalət nümunələri
Sosial Ədalət nümunələri bütün cəmiyyətlərdə, siyasi hərəkatlarda və dövlətlərdə tapıla bilər. Sosialist iqtisadiyyatlarda sosial ədalət iqtisadi siyasətin bönövrəsini təşkil edir. Sosialist hökümətlər torpaqların, kapitalın və digər aktivlərin bölüşdürülməsi ilə bağlı geniş proqramlar həyata keçirirlər. Buna misal olaraq Maoist Çinin ikinci beş illik planını və sairəni göstərmək olar. Kapitalist cəmiyyətlərdə dövlət sosial ədalətin təmin olunması məqsədiylə tez-tez iqtisadiyyata müdaxilə edir. Sosial ədalət tərəfdarları səhiyyə, miqrasiya, ədliyyə sistemi kimi sahələrdə xüsusi demoqrafik qruplara qarşı potensial qərəz və qeyri-obyektivliyin qarşısının alınması üçün siyasi islahat çağırışları edirlər. Tarixən ABŞ-da 1950-ci illərdə başlayan və Martin Lüter Kinqin lideri olduğu vətəndaş haqları hərəkatı( the civil rights movement) sosial ədalətin tarixdəki ən populyar nümunələrindən biridir. Martin Lüter Kinq və tərəfdarları irqi bərabərlik və afro-amerikan maraqlarının müdafiəsi üçün aktivizmlə məşğul olmuşlar. Onların səyləri növbəti onilliklərdə ABŞ iqtisadiyyatı və cəmiyyətində radikal dəyişikliklərə gətirib çıxarmışdır. Buna Mülki Hüquqlar qanununun (The Civil Rights Act) qəbul edilməsi də daxildir. Bu qanuna əsasən bizneslərə hüquqi olaraq müdafiə olunan qruplara qarşı diskriminasiya etmək qadağan olunurdu.
Əmək marketi, əmək siyasəti və işçi təşkilatlanmaları özəl sektorun ən əsas qayğılarındandan bəziləridir. Əmək marketi daxilində bərabər qazanc və bütün demoqrafiyaların bərabər imkanlara sahib olması proqressivlərin təbliğatında ən əsas iki yeri tutan məsələdir. Həmkarlar ittifaqlarının yaradılması və yayılması istismarçı işverənlərə qarşı işçilərin maraqlarının müdafiəsi konteksində göstərilir və buna əsasən bəraət qazandırılır.
Mehdi Mehdizade
5 Yanvar 2022, 1:08Gözəl yazıdır!