Cəlal Hüseynbəyli

9 Yanvar 2022, 19:47

Respublikaçılıq nədir?

Siyasi nəzəriyyədə “respublikaçılıq” termini ilk dəfə Aristotel tərəfindən gündəmə gətirilsə də, keçən zaman ərzində dəfələrlə həm praktiki həm də nəzəri olaraq genişləmişdir. Romantik ədəbiyyatda respublikaçılıq fərdlərin qanunun aliliyi çərçivəsində öz həyatlarına dair seçimlərini edə bilməsi, firavanlıq və xoşbəxtlik duyğularının ardınca getmələri üçün yaradılmış imkan olaraq təsvir edilir. Bəzi ideologların yanaşmasına görə isə cümhuriyyətçilik ideologiya deyil, azadlığın qurulması üsuludur. Lakin buradaki “azadlıq” konsepsiyası fərdin özü-özündən deyil, monarxiya və ya diktaturadan quruluşu ehtiva etməkdədir.
Məqaləmizin birinci hissəsində biz, onun tarixi, Yunan və Roma Respublikaları konteksindən yola çıxaraq günümüzə qədər keçdiyi yola qısa bir nəzər yetirəcəyik.


Respublikaçılıq nədir?


Respublikaçılıq öz mahiyyətində müəyyən bir cəmiyyətdə fərdlərin suverən olma ideyasıdır. Termin özü latın “Res Publica” ifadəsindən gəlir və dilimizə tərcümədə “ictimai şey” və ya “xalqın əşyası” mənalarını daşımaqdadır (Robert Graves, 1961). Bu məlumatdan yola çıxaraq qeyd etmək olar ki, “respublikaçılıq” Yunan siyasi fəlsəfəsində güclü kök salmış, “Yunan siyasi irsinin günümüz dünyasına təcəssümüdür.


İlk olaraq Afinada eramızdan əvvəl 508-ci ildə Klisfen Pisistratusun illərdi davam edən zülmünü devirdikdən sonra praktiki olaraq tətbiq edilmişdir (Aristotel Siyasət 2-6). Lakin qurulmuş idarə sistemini incələdiyimiz zaman Afinada qurulmuş əvəzedici sistemin, bizə məlum Respublikaçılıq fəlsəfəsindən daha çox oliqarxik dəyərlər üzərində qurulduğunu şahidi ola bilərik. Yənni o dövürdə respublika əhalisinin sayının təxminən 35-40 min arasında olduğunu nəzərə alsaq, hakimiyyət gücünə sahib olan “vətəndaşların” sayı, ümumi əhalinin 50%-dən daha az idi. Cəmiyyətdəki güclü bərabərsizlik və qanunun aliliyi prinsipindəki müəyyən axsaqlıqlara rəğmən Afinada qurulmuş və haqqında bəhs etdiyimiz idarə sistemi, müasir demokratikanın qabaqcıl örnəklərindədir və günümüzdə “klassik demokratiya” anlayışını özünə ehtiva edir (Aristotel).


Fəqət tarixi bir faktdır ki, “republikaçılıq” düşüncəsinin tərəqqisinədi ilk addımlar b.e.ə 509-b.e.ə. 27-ci illər arasında mövcud olmuş “Roma respublikası” dövrünə təsadüf edir.


Amma nəzərə alsaq ki, qeyd etdiyimiz antik dövrlərdən sonra uzun bir müddət aktiv siyasətdə idarə etmə/idarə edilmə forması olaraq “respublikaçılıq” nəzəriyyələri gözlənildiyi qədər rəğbət görmədi.


Haqqında danışdığımz Respublika anlayışının tarixi hər nə qədər dediyimiz kimi antik dövrlərə qədər getsə də, global baxımdan tətbiqi son dövürlərə məxsusdur. Müasir tarix olaraq qeyd edə biləcəyimiz dövrə qədər istər dövlət idarəçiliyində, istərsə də dövlətlərarası münasibətlərin tənzimlənməsində respublikaçı dəyərlərə o qədər də çox baş vurulmurdu.


Lakin 18-ci əsrin sonlarında Fransa və Avropa siyasi tarixini, mövcud və gələcək geopolitik situasiyaları kökündən dəyişəcək “Böyük Fransa İnqilabının” baş verməsi ilə, artıq yenidən “xalq idarəçiliyi”; “demokratik dəyərlər” haqqında yeni-yeni fikirlər ortaya atılmağa, praktiki tətbiqi barəsində fikirlərin yenidən gündəmə gəlmiş oldu.


Bizim coğrafiyamıza, yəni Cənubi Qafqaza respublika idarə sisteminin, respublikaçı düşüncə tərzinin gəlməsi üçün bir qədər daha çox gözləməli olduq. Azərbaycan üçün isə respublikaçılıq tarix səhnəsində özünü ilk dəfə Çar İmperiyasının dağılmasından sonra yaranmış şəraitin nəticəsi olaraq 1918-ci ildə göstərdi. Tiflisdə, məşhur “Güzgülü zal” 27 May tarixində Zaqafqaziya Müsəlman Şurasının keçirilmiş xüsusi iclasında Azərbaycan Parlamentinin yaradılmasına qərar verildi və parlamentin ilk iclasında 6 bənddən ibarət "Milli İstiqlal Bəyannaməsi" imzalandı. Bununla da demokratik dəyərlər əsasında formalaşan qədim respublikaçılıq anlayışı, daha ədalətli və inkişaf etmiş cəmiyyətin qurulması ümidi ilə o gündən bu günümüzə Azərbaycan xalqına ərmağan edildi.


Təbii ki, hər bir idarə formasında olduğu kimi, “demokratik” dəyərlərin təməlini ərsəyə gətirdiyi “respublikaçı” idarə sisteminin də müəyyən xüsusiyyətləri uzun bir müddət tənqidlərə, zamanla dəyişikliklərə məruz qalmışdır. Elə məqaləmizin ilk hissəsinin, son cümlələrini yazarkən, keçmiş Böyük Britaniya baş naziri Vinston Çörçill-in bu sözlərini qeyd etmək yerinə düşər.


“Demokratika çox bərbad idarə sistemidir, lakin indiyə kimi yoxlamış olduqlarızdan daha yaxşıdır.”

Paylaş:

933
1

12 Yanvar 2022, 22:04