Emin Əlizadə

5 Yanvar 2022, 10:18

Proqressiv vergi sistemi

Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Vergilərdən qazanılan vəsaitlər tarix boyunca dövlətlər üçün müxtəlif funksiyaları daşıyırdı. Onlara müharibə xərcləri, qanunun həyata keçirilməsi, ictimai nizam saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur (yollar, tenderlər, müqavilələri həyata keçirmə), ictimai işlər, sosial mühəndislik, və dövlətin saxlanılması daxildir. Dövlətlər vergiləri həm də xalqın rifahına və ictimai xidmətlərə xərclənir. Bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, pensiyalar, işsizlik üzrə maddi yardım, ictimai nəqliyyat ola bilər. Enerji, su idarəetmə və tullantılar idarəetmə ictimai xidmətlərə ümumiliklə daxildir.

Dövlətlər müxtəlif vergiləri və vergi səviyyələri işlədirlər. Bu vergi ağırlığı və ya vəsaitləri fərdilər və vergi qoyula bilən fəaliyyətlərdə iştirak edən əhalinin qrupları (müəssisələr, biznes kimi) arasında bölüşdürmək məqsədi daşıyır. Müasir iqtisadi sistemə əsaslanaraq, dövlətlər vergi sistemini vergi dərəcəsinin və onun əhalinin hansı təbəqələrinə şamil olunmasına əsasən 3 üsulla tətbiq edir:

  • Proqressiv (gəlir artan zaman vergi dərəcəsi artır),

  • Reqressiv (gəlir azalan zaman vergi dərəcəsi artır) və

  • Proporsional (vergi dərəcəsi gəlirdən asılı olmayaraq stabil qalır).

Bu gün biz proqressiv vergi sistemindən danışacağıq.

 

Proqressiv vergi

Yuarıda qeyd etdiyim kimi, Proqressiv vergi sistemi mahiyyətində vergi bazasının artması ilə (Vergi bazası - vergi tutulan istənilən obyektin fiziki xüsusiyyəti, qiyməti və yaxud digər bir özəlliyidir. Loru dildə desək, vergi tutula bilən obyektlərin hər hansı bir nominalda ümumi dəyəri) effektiv vergi dərəcəsinin (Effektiv vergi dərəcəsi - Hər bir vergi ödəyicisinin şəxsi real vergi dərəcəsidir, Hesablanma qaydası isə müəyyən bir period ərzində subyektin ödədiyi vergi miqdarının onun vergi bazasına olan nisbəti kimidir) proporsional olaraq yüksəlməsi durur.

Əsas məqamlardan biri vergi artımının proporsionallığın necə olmasıdır.Bir çox insanların fikdirndə proqressiv vergi sistemi kifayət qədər effektivsiz və daha da ziyanverici sistemdir. Siravi insanları çaşdıran məqam isə odur ki, onlar nəzərə almırlar ki, proqressiv vergidə müəyyən bir minimal limit olur, hansı ki o həddən aşağı gəlirli insanlara vergi tətbiq olunmur

Bu misalda vergi dərəcəsi 10%, proqressiv vergi dərəcəsi isə 30% olaraq götürülüb.

Proqressiv vergi sisteminin tarixçəsi

Tarixdə proqressiv vergi sisiteminin ilk tətbiqini Böyük Britaniyanın Baş Naziri Uilyam Pitt tərəfindən yeridilmişdir. Böyük Britaniyanın ən cavan Baş naziri olmuş Uilyam (24 yaşında seçilmişdir) 1798-ci ilin dekabrında Fransa İnqilabı ilə mübarizə aparmaq üçün vergi sistemində islahatlar apararaq 60 funtdan çox gəlirə 2 pens (1/120 nisbəti o dövrdəki məzənnə ilə), 200 funtdan çox gəlirə 2 şillinq (1/10)əlavə vergi qoymuşdu. Proqnozlarına görə, bu islahat büdcəyə təqribən 10 milllion funt gözlənilməsinə baxmayaraq, cəmi 6 million funt gətirmişdi,nəticədə Uilyam Pitti əvəz edən Henri Addinqton yeni vergi sistemini ləğv etməli olmuşdu. İngiltərədən sonra tarixdə proqressiv vergi sisteminə keçidi təsadüf deyil ki, Böyük Britaniyanın vaxtilə müstəmləkəsi olmuş ABŞ cəhd etmişdir. O zaman ölkədə baş verən vətəndaş müharibəsi zamanı 1862-ci ildə Prezident Avraam Linkoln “Mənfəət Aktı” adlı qanunu imzalamaqla gəliri 800$ çox vətəndaşlara 3% vergi qoyulmuşdur. Bu akt əhaliyə böyük bir yük kimi görünsə də, lakin 800$ o dövr üçün kifayət qədər sanballı bir məbləğ idi və nəticədə vətəndaşların bir çoxu əlavə vergidən qurtulmuşdular. XIX əsrdə daha iki imperiya proqressiv vergi sisteminə üz tutmuşdular: Rusiya və Prussiya. 1810 və 1893-cü illərdə müvafiq olaraq hər iki derjava müharibə və iqtisadi böhran nəticəsində yaranmış büdcə defisitlərini doldurmaq üçün bu üsula əl atmışdılar (Rusiyada 500 rubldan başlayaraq 10% qədər qalxırdı,Prussiya isə çoxpilləli proqressiv vergi sistemini tətbiq edərək 0.62% başlayaraq (1000 alman markası) 4% qədər qalxırdı (100000 markadan çox). Müasir dönəmdə Proqressiv vergi sisteminə ilk olaraq ABŞ 1913-cü ildə üz tutmuşdu.

Proqressiv vergi sisteminin üstünlükləri və mənfi cəhətləri

Yuxarıda yazılanlardan elə görünə bilər ki, proqressiv vergi sistemi cəmiyyət üçün çox gözəl bir tapıntıdır və bütün ölkələr bu sisitemə keçid etməlidirlər. Əgər ideal bir dünyanı götürsək, bəli, Hər bir ölkə getdikcə minimal birpilləli proqressiv vergi sisteminə keçid etməlidir. Bu kasıb təbəqənin, hansı ki bir çox MDB ölkələrində əhalinin 1/3 çox təşkil edir, gəlirlərinin qalmasına və kasıb təbəqənin daha da kasıblaşmamasına imkan verir (bu halda nəzərə almaq da lazımdır ki, hakimiyyət daha çox ucuz iş yerlərinin açılmasına yönəlir, nəticədə kasıb təbəqə varlanmır, çünki ümumi məvaciblər artmır). Həmçinin, bu gəlir vergisinin effektiv dərəcəsinin azalmasına gətirib çıxardır, bu da bizə orta və varlı təbəqənin gəlirlərini təqribən eyni səviyyədə saxlamağa imkan verir. (Lakin azalmalar ola bilər, çünki yuxarıda gətirdiyim misalda stabil vergi dərəcəsi daha çox gəlir gətirir = 54000). Lakin uduzan tərəfi də yaddan çıxartmaq olmaz, bu da dövlətdir. Əsas məsələ vergilərin dövlət büdcəsinin mühüm hissəsini təşkil etməsidir və proqressiv vergi dərəcəsi büdcəyə vergidən gələn mədaxili azaldır və dövlət öz fəaliyyətini sağlam şəkildə davam etdirmək üçün hökmən xərcləri azaltmalıdır, bu isə həmişə real görünmür.

Paylaş:

595
0