Rəşid Qurbanəliyev
10 Yanvar 2022, 0:59Ortanın solu

Ortanın solu Cümhuriyyət Xalq Partiyasının 1965-cı il seçkiləri zamanı bəyan etdiyi anlayışdır. Ortanın solu anlayışını ilk dəfə ictimaiyyətə açan İsmət İnönü olmuşdur.
Ortanın solunun meydana gəlməsində rol oynayan amillərdən biri 1961-ci ilin “anayasa dəyişikliyi” idi. Bu dəyişiklik ilə ölkə kontitusiyasına demokratik baxımından önəmli maddələr salınmış və bu konstitusiya ölkənin demokratikləşməsində mühüm rol oynamışdır. Sosial dövlət anlayışının konstitusiyaya daxil edilməsi, fərdin təməl hüquq və azadlıqlarının konstitusiya ilə qorunması, işçi və məmurlara sindikat qurma hüququ verilməsi buna misal idi. Eyni zamanda bunlar “solun” güclənməsi üçün şərait yaradırdı.
Ortanın solunu birdən-birə ortaya çıxdığını iddia etmək yanlış olar. Partiyanın bu mövqeyə keçməsinin əsası 27 may çevrilişindən sonra qoyuldu. Partiyadaxili müzakirələr zamanı partiyanın hansı mövqedə olması müzakirə edilərkən, bildirilirdi ki, artıq əvvəlki kimi yalnızca iqtisadi tənqidlərnən və azadlıq məsələləri ilə kifayətlənmək olmaz. Ölkədə vergi ədalətsizliyi, sosial tarazlığın pozulması, işci tətilləri kimi təməl problemlərin olması göz önünə alınaraq partiyanın sol mövqe tutması qərara alınmışdı.
İsmət İnönü 1962-cı ildə Partiyanın İstanbul il qurultayında çıxışı zamanı qeyd edirdi ki, partiyanın istiqamət və düşüncələrində yeniliklər tətbiq etmək lazımdır. Ortanın solu anlayışı eyni zamanda partiyanın altı ox prinsipi ilə uyğunlaşırdı.
Ortanın solu anlayışı Bülənt Əcəvitin rəhbərliyi altında inkişaf etmişdir. Bülənt Əcəvit ümumilikdə ideologiyaları 5 yerə ayırırdı: radikal sağ, radikal sol, ortanın sağı, mərkəzcilik və ortanın solu.
Ortanın solunu Bülənt Əcəvit ilkin olaraq belə təsvir edirdi:
- Ortanın solundakilər insancıdırlar.
- Ortanın solundakilər xalqçıdırlar.
- Ortanın solundakilər dövlətçidirlər.
- Ortanın solundakilər sosial ədalət və sosial dövlət tərəfdarıdırlar.
- Ortanın solundakilər azadlığa bağlıdırlar.
Bülənt Əcəvit ortanın solunun dövlətçi olduğunu bildirərək eyni zamanda qeyd edirdi ki, bu dövlətçilik özəl mülkiyyət və özəl müəssisələrin ləğvini nəzərdə tutan dövlətçilik deyil. Buradakı dövlətçilk iqtisadi fəaliyyətin cəmiyyətin mənafeyinə uyğun tənzimlənməsini və sosial ədalət prinsiplərinə uyğun həyata keçirilməsini, istehsal vasitələrinin cəmiyyətin xeyrinə istifadə edilməsini, kapital qoyuluşunun dövlət müdaxiləsi yolu ilə artırılmasını hədəfləyir. Dövlət müəssiəsi ilə yanaşı özəl müəssisəyə də fəaliyyət göstərmək hüququ verilir. Lakin, həm özəl müəssisə, həm də özəl mülkiyyət cəmiyyətin xeyrinə uyğun olaraq və sosial ədalət prinsipləri çərçivəsində fəaliyyət göstərməlidir.
Bülənt Əcəvit ortanın solunu radikal soldan fərqləndirərək bildirirdi ki, radikal sol eynilə radikal sağ kimi demokratiyanı, ancaq öz mənafelərinə uyğun olduğu zaman, müəyyən sərhdədlər çərçivəsində qəbul edir. Bu baxımdan ortanın solu eyni zamanda radikal sağ və radikal sol təhlükəsinə qarşı bir vasitə idi.
1965-ci il seçkiləri və ortanın solu
Cümhuriyyət Xalq Partiyası seçkilərdən əvvəl seçki propaqandasının təməlini təşkil edən seçki bəyannaməsini qəbul etmişdi. Bəyannamənin əsasını xalqçılıq və dövlətçilik prinsipləri təşkil edirdi. Partiya bu seçki bəyannaməsində Türkiyəni bu 3 maddəyə əsasən təsvir edirdi:
- İnsan hüquqlarına və bərabərliyinə əsaslanan demokratik hüquq dövləti.
- Planlı iqtisadiyyat modeli çərçivəsində, maksimum şəkildə iqtisadi yükşəlişə nail olunması.
- Sərvət bölgüsündə ədalətin təmin olunması və sosial təhlükəsizlik tədbirləri sayəsində hər bir vətəndaşın gələcəyə arxayın şəkildə baxması.
Seçki bəyannəmisində dövlətçilik prinsipinə toxunularaq bildirildi ki, partiyanın təməl prinsiplərindən biri dövlətçilikdir. Lakin bu, özəl təşəbbüsün ləğvini hədəfləyən dövlətçilik deyil. Buradaki, dövlətçiliyin əsas hədəfi ölkənin müxtəlif bölgələri arasında mövcud olan ədalətsizliyi və bərabərsizliyi aradan qaldırmaqdır. Məsələn, ölkənin bir bölgəsi digər bölgəsi ilə müqayisədə daha sürətnən inkişaf edir. Bu da iqtisadi baxımdan zəif inkişaf etmiş bölgələrdəki özəl sərmayələrin ölkənin inkişaf etmiş bölgələrinə keçməsinə səbəb olur. Buda bərabərsizliyin və ədalətsizliyin yaranmasına səbəb olur. Dövlət bu ədalətsizliyi və bərabərsizliyi aradan qaldırmaq üçün, iqtisadiyyata müdaxilə etməlidir.
Bundan başqa seçki bəyannaməsində qeyd edilirdi ki, Türkiyə əhalisi hər il sürətlə artır. 1962-1977-ci il arasında əhalinin sayının 5.700.000 əfrafında artacağı gözlənilir. Bu da yeni iş yerlərinin açılmasına zərurət yaradır. Dövlət əgər ildə kənd təsərrüfatı səhasi istisna olmaqla iş yerləri açmasa, bu ölkədə işsiszlik fazinin yüksəlməsinə səbəb ola bilər.
Cümhuriyyət Xalq Partiyasının dövlətçiliyinin əsas məqsədinin 1961-ci il konstitusiyasının hədəflərinə çatmaq olduğu qeyd olunurdu. Konstitusiuanın 10-cu maddəsinə əsasən, dövlət fərdin təməl hüquq və azadlıqlarınını sosial ədalət və hüquq dövləti prinsipləri ilə uyğunlaşmayacaq şəkildə mədudlaşdıran siyasi, iqtisadi və sosial olan bütün məhdudiyyətləri aradan qaldırmalıdır. Cümhuriyyət Xalq Partiyasının dövlətçiliyi və xalqçılığı bu maddəylə yerinə yetirməyi hədəfləyirdi.
1965-ci il seçki bəyannəməsində eyni zamanda partiyanın xalqçı mövqe tutduğu bildirildi. Bununla bağlı bəyannamədə qeyd olunurdu ki, demokratik seçmək və seçilmək azadlığı sosial, iqtisadi və mədəni azadlıqlarla dəstəklənməlidir.
Bunun üçün:
- Xalqın iradə azadlığını iqtisadi və sosial təzyiqlərdən qorumaq lazımdır.
- Təhsil imkanlarından hamı bərabər şəkildə yararlanmalıdır.
- Türk cəmiyyətinin problemlərini sosial ədalət baxımından ələ alaraq, bütün vətandaşların sosial təhlükəsizliyini təmin etmək lazımdır.
Cümhuriyyət Xalq Partiyası 1961-ci il seçkilərində 36,7% səs toplamışdı. 1965-ci il seçkilərində isə bu rəqəm 28,7% oldu. Təbii ki, bunun ilk səbəbi kimi ağıla partiyanın ortanın solu mövqeyinə keçməsi gəlirdi.
Məsələn, partiyanın məclisi bunun səbəbini ortanın solu haqqında cəmiyyətə kifayət qədər məlumat verilməməsində görürdü. Bununla bağlı “Milliyət” qəzetinə açıqlmasında İsmət İnönü bildirirdi ki, əgər ortanın solunun cəmiyyət tərəfindən başa düşülməsinə nail olsaq, 1969-cu il seçkilərində qalib gələ bilərik.
Eyni zamanda onuda qeyd etmək lazımdır ki, 1965-ci il seçkilərində seçici fəallığı 1961-ci il seçkiləri ilə müqayisədə 10% daha az idi.
Sosial-demokratiya və ortanın solu
Ortanın solunun ən yaxın olduğu ideologiya sosial demokratiyadır, lakin ortanın solunun sırf sosial-demokratiya ilə bağlı olduğunu iddia etmək yanlış olar.
Sosial-demokratiyanın ortanın solundan əsas fərqi onun sosialist ənənədən gəlməsidir. Ortanın solu isə “altı ox” prinsipi əsasında meydana gəlmiş partiyanın siyasi xəttidir və sosialist ənənədən gəlmir. Ortanın solunun daha sonralar isə demokratik sol adlandırılacaq bu ideologiyanın sosial-demokratiya kimi adının çəkilməməsinin əsas səbəbi, məhz onun sosialist ənənədən gəlməməsi idi. Bülənt Əcəvit bu anlayışın Türkiyədə meydana çıxmasını qeyd edirdi.
Ortanın solunu sosial-demokratiya və “altı ox”un birləşməsi kimi də təsvir edə bilərik. Ortanının solu 70-ci illərdən etibarən demokrtik sol adıyla da xatırlanırdı.