Cavidan Zeynalov

5 Yanvar 2022, 9:52

Munk və ekspressionizm

Ekspressionizm romantizm (1800-1850) dövründəki ali dəyərlərin, əbədiyyət anlayışının, sənətçiyə verilən dəyərlərin yox olduğu zaman dilimini təmsil edir. Hər şeyi bir mexanizma kimi görür ki, bu mənada sənətçini (insanlığı) də hər şeyi tükətən, bütün bədəndəki pislikləri ifraz edən, son dərəcəinsanın genetik kodlarındavə təbiətində olan heyvanlarla ortaq yanımızı, bağlılığımızı gözlər önünə sərir və sonda da deyir ki, bu dünyanı da tərk edib yox olur insan.

Aydınlanma yönümlü düşüncənin tənqididir...

Ekspressionist düşüncəni elə ekspressionist şair olan Qotfrid Bennin şeiri ilə bir qədər də aydınlaşdırmaq olar:

 

“Gözəl gənclik"

Uzun müddət qamışlıqlarda qalmış bir qızın ağzı yırtıq-pırtıqdı

Sinəsini kəsib yardıqlarında yemək borusu dəlik-deşikdi.

Nəhayət, diaframın altında, bu kiçik boşluqda

Bir yuva tapdılar kiçik siçanlarla dolu,

Kiçik bacılarından biri ölüb qalmışdı.

Digərləri həyatlarını ciyərləri və böyrəkləri yeyərək keçindirirlərdi

Soyuq qanı içirdilər və burada çox gözəl gənclik keçirmişlərdi...

Və ölümləri də gözəl və tez oldu:

Suya atdılar hamısını.

Ah! Necə də qıcırdadı kiçik ağızcıqları.

Gördüyünüz kimi, şeirin adında belə bir romantizm parodiyası var. Gözəl gənclik və qamışlıqlarda yatan bir qız... halbuki qızın çürümüş, ölü bədəninin içində gəncliklərini yaşayan siçanlardır.

Bəs nə səbəbdən ekspressionizm bu qədər depressiv və qroteskdir (burada dəhşətin vahimə verici gülünclüyünü nəzərdə tuturuq qrotesk dedikdə)? Çünki XIX əsrin sonu və XX əsrin əvvəlləri Avropa tarixində baş verən olaylara baxsaq, çox zəlil bir vəziyyətdə olduğun görərik: sənayeləşmə, şəhərlərin bir anda inanılmaz böyüməsi və bununla bağlı olaraq dəyərlərin yox olması, şəhərlərə rayon və kəndlərdən gələn əhalinin yeni həyat tərzinə öyrəşə bilməməsi və dəyərlərini mühafizə etmək cəhdləri...

İndi isə bu bilgilərin işığında Edvard Munkun “The Scream” əsərini ələ alası olsaq, bu əsər ekspressionizmi ən gözəl şəkildə təmsil edir. Qeyd etdiklərimizin hamısını bir əsərdə ancaq bu qədər inanılmaz bir şəkildə əsk etdirmək olar.

Əsərdə körpünün üzərində havalanmış bir şəxsin bağırdığını, sanki haray çəkdiyini görürük. Körpü burada kültürə işərədir və eyni zamanda ərafda olmağa da eyham vurur. Heç bir yerə aid deyilsən və heç kimsən yoxdur. Bu, ekspressionizmin nihilist yönünü çox gözəl surətdə açığa vurur.

Tablonun ikinci oxuması isə Munkun həyatı ilə bağlıdır, demək olar ki.

Məqalədə yerləşdirdiyimiz tablo 1893-cü ilə aiddir və yağlı boya ilə çəkilib. Bu tablodan Munk dörd ədəd çəkib ki, onlardan biri də litoqrafiya (daşdan düzəldilmiş qəlib vasitəsilə çap üsulu) texnikası ilədir.

Munk bu əsər barədə gündəliyində yazır: “Bir gün yolda iki dostumla danışaraq körpü üzərində gəzirdik. O sırada günəş batdı, içimdə sıxıntı hiss etdim. Bu arada da hava qıpqırmızı oldu. Körpüdəki sürahiyə sarı dayandım. Təbiətdən səslər gəlməyə başladı. Əllərimlə qulaqlarımı tutdum. Fəqət dostlarım bu sıxıntımı fərq etmədilər”.

Tablodakı gəmilər Drakulanın ölüm gəmisini təmsil edir və körpünü burada ikinci məna olaraq intihar duyğusuna meyillilik olaraq da ələ almaq olar. Öndəki fiqur avtoportretidir Munkun, lakin bu avtoportret Peruda tapılan mumyadan əsinlənərək çəkmişdir. O mumya da eyniylə bu vəziyyətdə idi: gözləri bərəli, əlləri üzünün iki yanında və öz vucuduna sarılmış formada.

Bu əsəri 1883-də Krakatau vulkanının püskürməsi ilə yaranan dəhşətli faciə və oradan yayılaraq dünyanı dörd dəfə dövr edən səs dalğaları ilə də əlaqələndirmək olar.

Edvard Munkun nə üçün körpüdə olarkən səs eşitdiyini, öz deyimi ilə desək, təbiətdən gələn səsin əslində nə olduğunu araşdırası olsaq, deyə bilərik ki, Munkun keçdiyi yerin yaxınlığında heyvanların kəsildiyi yer var idi və bəzi təxminlərə görə, o səsləri eşitdikdən sonra narahat olub. Digər bir versiyada isə deyilir ki, bu panik atakın səbəbi yaxınlarda yerləşən ruhi xəstəxananın olduğudur. Munkun bacısı da ruhi xəstaxanada müalicə olunurdu. Burdan belə qənaətə gəlinir ki, bəlkə də, Munk oradakı pasiyentlərin səsini eşidərək narahat olmuşdur.

ekspressionist yönümlü izaha gəldikdə isə əsərin munkun şəxsi həyatı səbəbindən yarandığı tezini də bir yana ataraq sadəcə tablo olaraq da dəyərləndirə bilərik hansı ki o zaman necə texnikalar ilə çəkildiyin də yazmaq olar lakin məncə bu dəyərləndirmənin heç də böyük bir əhəmiyyəti yoxdur oxuduğunuz üçün təşəkkürlər

Şeirin orijinal versiyası:

https://www.poetryfoundation.org/poetrymagazine/poems/54404/beautiful-youth

Paylaş:

612
0