İlkin Nəzərov
7 Fevral 2022, 20:44Metaverse - I hissə

Texnologiya sənayesinin ən səs-küy gətirən terminlərindən biri olan metaverse əslində çox şeyi özündə ehtiva edir. Bu evdən çıxmadan işgüzar görüşlər keçirmək üçün daha az fantastik yer də ola bilər.
Böyük texnoloji şirkətləri trilyonlarla dollar dəyərində nəhənglərə çevirən texnologiyalardan sonra güc brokerləri arasında belə fikir formalaşıb ki, metaversedə qapıları və virtual reallığı idarə etmək, yeni bir işin mərkəzi ola bilər. Hansı ki, 1990-cı illərdə smartfonlar, proqramlar, fərdi kompüterlər və veb-brauzerlər bu mərkəzdə idi.
Kriptovalyutaların və qeyri-mərkəzləşdirilmiş hesablama kimi yeni ideyaların arxasında duran texnologiya perspektivli görünür, lakin onun əsas cəlbediciliyi və strategiyası hələ də aydın deyil.
Metaverse terminiylə tanış olduğumuza görə onun əsas konsepsiyası haqqında daha ətraflı məlumat almaq lazımdır.
Metaverse istifadəçiləri həyatlarının bütün aspektlərində birləşdirən onlayn, 3D, virtual məkan anlayışıdır. Bu, bir brauzer vasitəsilə əldə edilə bilən müxtəlif veb-saytları ehtiva edən internetə bənzər bir çox platformanı birləşdirəcək. Konsepsiya Neal Stephenson tərəfindən “Qar qəzası” (Snow Crash) elmi-fantastik romanında işlənib hazırlanmışdır. Bununla belə, metaverse ideyası bir vaxtlar uydurma bir fikir kimi qəbul edilirdisə, indi o, gələcəkdə reallığa çevrilə bilər və mümkün ehtimalları hesablasaq həmin gələcək çox yaxındadır.
Son illər stoklarda öz qiyməti ilə dillərdən düşməyən kriptoların da fəaliyyəti metaversedə reallaşacaq. Kripto burada mülkiyyətin rəqəmsal sübutu, pulun ötürülməsi, idarəetmə və əlçatanlıq kimi tələb olunan digər əsas prosesləri reallaşdıracaq. İlk dəfə bu sadalananlar haqqında məlumat alan şəxs üçün bu tanışlıq mərhələsi kifayət qədər qəribə ola bilər. Məhz bu səbəbdən birlikdə bir az dərinlərə enək:
Təsəvvür edək ki, biz gələcəkdə metaversedə işləyirik, ictimailəşirik və hətta virtual əşyalar alırıq, bu zaman bizə mülkiyyətin sahibliyini göstərmək üçün təhlükəsiz üsul lazımdır. Yuxarıda sadalanan əməliyyatları edərkən və pullarımızı metaverse ətrafında köçürərkən əməliyyatın təhlükəsizliyindən əmin olmalıyıq. Artıq hər kəs təxmin edir ki, bu həyatımızın bu qədər böyük bir hissəsi olacaq və biz də metaversedə bir sıra qərarların qəbulunda rol oynamaq istəyəcəyik.
Bəzi video oyunlarda artıq bəzi əsas həllər var, lakin bir çox tərtibatçı daha yaxşı seçim kimi kriptovalyuta və blokçeyndən istifadə edir. Blokçeynlə məşğul olmaq üçün mərkəzləşdirilməmiş və şəffaf bir üsul təqdim edilsə də bu birmənalı qarşılanmayıb və nəzərə almaq lazımdır ki, video oyunların inkişafı daha mərkəzləşdirilmişdir və bu zaman artıq bu məsələnin daha effektiv şəkildə həll ediləcəyi əsas məqsədlərdən biridir. Sual olunur bəs blokçeyn bizə hansı aspektlərdə kömək edəcək? Aşağıda sadaladığım proseslər bu aspektlərin bir hissəsidir.
1. Rəqəmsal mülkiyyət sübutu (Digital proof of ownership): Şəxsi açarlarımıza (private key) çıxışı olan pul qabına sahib olmaqla, blokçeyndəki fəaliyyətə və ya aktivə sahib olduğumuzu dərhal sübut edə biləcəyik. Məsələn, hesabatlılığı göstərmək üçün işdə olarkən blokçeyndə əməliyyatlarımızın dəqiq transkriptini göstərə bilərik. Pul kisəsi rəqəmsal şəxsiyyət (identity) yaratmaq və mülkiyyəti sübut etmək üçün ən etibarlı üsullardan biri hesab olunur.
2. Rəqəmsal kolleksiya (Digital collectibility): Bir şeyin kimə məxsus olduğunu müəyyən edə bildiyimiz kimi, əşyanın orijinal və unikal olduğunu da göstərə bilərik. Daha çox real həyat fəaliyyətlərini daxil etmək istəyən metaverse istifadəçiləri üçün bu çox vacibdir. NFT-lər (bu haqda daha sonra) vasitəsilə biz 100% unikal olan və heç vaxt tam olaraq kopyalana və ya saxtalaşdırıla bilməyən obyektlər yarada bilərik. Blokçeyn həm də fiziki əşyaların mülkiyyətini də bu baxımdan təmsil edə bilər.
3. İdarəetmə (Governance): Metaverse ilə qarşılıqlı kommunikasiya qaydalarına nəzarət etmək bacarığı istifadəçilər üçün vacibdir. Real həyatda, şirkətlərdə səsvermə hüququna malik ola bilirik, liderləri və hökumətləri seçə bilirik. Metaverse də ədalətli idarəçiliyi həyata keçirmək üçün bi sıra yollara ehtiyac duyacaq və yenə də blokçeyn artıq bunun sübut edilmiş üsuludur.
5. Əlçatanlıq (Accessibility): İctimai blokçeynlərdə pul kisəsi yaratmaq dünyada hər kəs üçün əlçatandır. Bank hesabından fərqli olaraq, heç bir pul ödəməyə və ya hər hansı təfərrüat təqdim etməyə daha ehtiyac qalmayacaq.
6. Birlikdə işləmə qabiliyyəti (Interoperability): Blokçeyn texnologiyası müxtəlif platformalar arasında uyğunluğu davamlı olaraq təkmilləşdirir və əlaqələr qurmanı mümkün edir. Misal olaraq Polkadot (DOT) və Avalanche (AVAX) kimi layihələr göstərilə bilər. İstifadəçilər burada bir-biri ilə qarşılıqlı əlaqə qura bilən xüsusi blokçeynlər yarada bilərlər.
Son olaraq, hər birimiz böyük ehtimal bu layihənin adını Facebook öz adını Metaverse-ə çevirəndə eşitmişik. Qeyd etmək lazımdır ki, Facebook hal-hazırda şirkətlər arasında Metaversenin mümkünlüyünə ən çox inanan şirkətdir. Digər böyük texnoloji şirkətlər Microsoft, Apple və Google də daxil olmaqla gələcəkdə metaverse yaratmağı hədəfləyirlər. Kriptovalyutalı metaverseyə gəldikdə, NFT bazarları və 3D virtual kainatlar arasında əlavə inteqrasiya növbəti addım kimi görünür. NFT sahibləri artıq öz mallarını OpenSea və BakerySwap kimi bazarlarda bir çox mənbədən sata bilərlər, lakin bunun üçün hələ də məşhur 3D platforması yoxdur. Məsələyə daha böyük miqyasda yanaşsaq, blokçeyn tərtibatçıları böyük bir texnoloji nəhəngdən daha çox real istifadəçilərlə məşhur metaverse kimi proqramları inkişaf etdirə bilərlər. Amma istənilən halda, qlobal səviyyədə birləşmiş bir metaverse-ə çatmaq üçün insanlıq hələ çox yol qət etməlidir.
Shamil dadashov
8 Fevral 2022, 6:02Normal fikirdi
Surprise
9 Fevral 2022, 0:06Mother father
Royal Babayev
5 Mart 2022, 14:37Əla yazıdır!