Emin Əlizadə

14 Mart 2022, 19:58

Laissez-faire: Bir iqtisadi modelin yüksəlişi və qürubu

Siyasətdə olduğu kimi, iqtisadi prinsiplər də əsasən iki polar qütbə bölünür: Sağ və sol iqtisadiyyat. Sol iqtisadiyyat əsasən özündə dövlətin iqtisadiyyata gözəçarpan müdaxiləsini ehtiva edir. Bunun ən bariz nümunəsini biz XX əsrdə SSRİ dövlətində görə bilərdik və SSRİ olduğu kimi, sol iqtisadiyyatın ən ifrat nümunəsi kommunist iqtisadi modelidir. Sağ iqtisadiyyat sola əks olaraq özündə dövlətin iqtisadiyyata qarışmaması prinsiplərini özündə birləşdirir. Və mən bu məqaləmdə sizinlə sağ iqtisadiyyatının ən qatı nümunəsi olan laissez-faire barədə danışacam.

İlk növbədə, gəlin terminin özü barədə danışaq. Fransız mənşəli terminin birbaşa tərcüməsi “Let it do”, yəni, “qoyun eləsinlər”dir. Tərcüməsindən göründüyü kimi, bu iqtisadi modelin əsas prinsipləri dövlətin bütün iqtisadi məsələlərdən uzaq qalmasıdır, çünki hesab edilir ki, heç bir hökumət əlində olan resursları azad bazar kimi effektiv şəkildə bölüşdürə və istifadə edə bilməz. Nəticədə, dövlətin əsas məqsədi, azad bazarın sərbəst şəkildə fəaliyyət göstərməyini təmin etməkdir. Digər sözlə desək, hökumət əsasən ancaq hərbi və hüquqi məsələlərə cavabdehdir. Bu nəzəriyyənin tərəfdarı olan iqtisadçılar minimal əmək haqqına, dövlət tərəfindən yığılan rüsumlara və əsasən də, vergiləndirməyə qarşıdırlar, çünki hesab edirlər ki, vergilər faktiki olaraq insanlardan yığılan bir cərimədir və oğurluğa bərabərdir. Bu cür quruluşu bir çox iqtisadçılar iqtisadiyyatın atası olan Adam Smitin ən məşhur prinsipi olan “görünməz əl” prinsipi ilə eyni tuturlar və mahiyyətcə, bu prinsiplər demək olar eynidir, hər ikisi klassik iqtisadiyyat modelini təcəssüm edir, və mən aşağıda bu prinsiplər arasındakı əlaqədən danışacam

İlk öncə, terminin mənşəyinə nəzər salaq. Rəvayətə görə, laissez-faire termini ilk dəfə 1681-ci ildə Fransa Kralı XIV Lüdoviqin maliyyə naziri Jan-Batist Kolberin və tanınmış riyaziyyatçı və biznesmen Adrien Mari Lejandrın görüşü vaxtı səsləndirilmişdir. Deyilənlərə görə, Kolberi Lejandrdan “dövlət iqtisadiyyata necə bir töhfə verə bilər”, Lejandr da cavabında laissez-noure faire, yəni “necə olursa olsun” ifadəsini işlətmişdi. Sonradan Fransada 18-ci əsrdə meydana gələn və populyarlaşan fiziokratlar (onlar iqtisadiyyatda baş verən proseslərin izahını və cavabını təbiətdə görürdülər) bu ifadəni öz doktrinaları üçün əsas başlığa çevirdilər. Bəs Adam Smithin və fiziokratlar arasında olan əlaqə nədən ibarətdir? Maraqlı məqam ondadır ki, fiziokratların əsas fəaliyyəti məhz 1756-1778-ci illəri əhatə edir. Eyni zamanda məlumdur ki, Adam Smit ən məşhur yazısı olan “The Wealth of Nations” əsərini, hansı ki bu əsərdə görünməz əl prinsipini iqtisadiyyata gətirmişdi, 1776-cı ildə yazıb, yəni laissez-faire prinsipinin ən popular və hamı tərəfindən öyrənildiyi vaxt. Ona görə də deyə bilərik ki, laissez-faire faktiki olaraq müasir iqtisadi nəzəriyyənin banisidir.

 

Laissez faire və onun “qardaşı” olan görünməz əl prinsipinin Adam Smitdən sonra David Rikardo tərəfindən təkmilləşdirilməsi ona gətirib çıxartdı ki, qarışmama prinsipini XVIII və XIX əsrlər boyu dominant iqtisadi model kimi fəaliyyət göstərirdi. Lakin artıq XX əsrin əvvəllərində nəzəriyyə bir çox iqtisadçılar tərəfindən ağır tənqidlə üzləşdi və getdikcə ABŞ başda olmaqla, lider dövlətlər bu sistemdən uzaqlaşmağa başladılar. Bəs nəyə görə 2 əsr boyu yeganə effektiv model kimi qəbul edilən laissez-faire müasir dövrdə artıq demək olar ki, öz həyatını sonlamış model kimi qəbul edilir? Yazının davamında sizinlə bu barədə fikirləri bölüşəcəm.

İlk olaraq, gəlin Laissez-faire modelinin çatışmamazlıqlarına baxaq. Birincisi, qarışmama prinsipini kapitalizmin ən qatı nümunəsi olaraq onun çatışmamazlıqlarını abardıcı şəkildə üzə çıxardır. Kapitalizmi isə əsasən mənəvi ikiüzlülüyə görə tənqid edirlər, çünki kapitalizm hər bir fərd üçün ən yaxşı və ən uyğun olan prinsipi üzründə qurulub, nəzəriyyədə bu isə cəmiyyətin rifahına gətirib çıxarmalıdır. Lakin pratiki yönümdə görünür ki, nəticədə insanlar arasında uçurum getdikcə çoxalır və “hər bir fərd üçün rifah nəticədə cəmiyyət üçün rifah” prinsipinin təkzibinə gətirib çıxardır. Təsadüfi deyil ki, məhz XX əsrdə Adam Smitin nəzəriyyəsinin 2 ən böyük antoqonisti üzə çıxdı: biri Keynsçilik nəzəriyyəsinin müəllifi Con Meynard Keyns, digəri kommunist manifestinin müəllifləri Karl Marksla Fridrix Engels. Birincisi, Laissez-faire əsas manifestlərindən olan dövlətin iqtisadiyyata qatışmamasını(Keynes hesab edirdi ki, dövlət bəzən iqtisadiyyata müdaxilə etməlidir və stimullaşdırılmadır çünki sabit equilibrium prinsipini inkar edirdi və praktikada mövcüd olacağını inanmırdı), ikincisə isə “hər bir fərd üçün rifah nəticədə cəmiyyət üçün rifah” ideyasının ən böyük antoqonisti sayılır və kommunizm nəzəriyyəsini Marksla Engels məhz ilk növbədə cəmiyyət üçün rifahı fərdi rifahdan üstün durudular.

Həmçinin, laissez-faire nəzəriyyəsinə ən böyük zərbəni 1929-1933 illər davam etmiş Böyük Depressiyanın baş verməsi və mövcüd iqtisadiyyatların 10 il müddətində iflic olması vurdu. Çünki Böyük Depressiyanın ən böyük günahkarlarından olan ABŞ o dövrdəki prezidetləri Kalvin Kulic və Herbert Huverin məhz qatışmama prinsipi ilə iqtisadiyyatı özü-özünü sirkulasiya etməsi ilə nəticədə bank sektorunda və kreditlər üzrə böyük bir köpükün yaranmasına gətirib çıxartdı. Təsadüfi deyil ki, böyük Depressiya vaxtı və ondan sonra Qərb Bloku tamamilə Keynsçiliyə, Şərq Bloku isə sosialist və kommunist iqtisadi modellərinə üz tutdu.

Lakin qeyd etmək lazımdır ki, XX əsrdə müəyyən periodlarda bəzi dövlətlər laissez-faire prinsipinə üz tuturdular. Bunun ən bariz nümunəsini kimi ABŞ prezidenti Ronald Reyqanın dövründə mövcud olmuş iqtisadi sistemi misal gətirmək olar ki, hansı ki, müasir dövrdə onun bu siyasəti “Reyqanomika” olaraq adlandırılırdı. Burada bir məqamı vurğulamaq lazımdır ki, Reyqanomika modelinin tətbiq olunmasının əsas səbəblərindən təkcə Ronald Reyqanın şəxsi iqtisadi fikirləri yox, həmçinin, ABŞ-da Keynsçiliyin artıq tənəzzülə uğraması idi, çünki artıq 1973-cü ildə baş verən OPEC krizisi iqtisadçılarda Keynsin modelinə qarşı müəyyən şübhələr doğurmağa başladı. O dövrdə isə neoklassik nəzəriyyə hələ tam formalaşmadığına görə, hökümət Laissez-faire modelinə üz tutdu. Lakin Reyqanın prezidentlik dövründən sonra, yeni prezidentlər artıq neoklassik iqtisadi modelə üstünlük verməyə başladılar, çünki laissez-faire təkcə iqtisadi model kimi yox, həm də idarəetmə modeli olaraq da səhvləri bağışlamayan və müəyyən olunmuş yoldan qırağa kiçik bir addım belə mövcüd sistemdə gözlənilməz mənfi metamorfozlara gətirib çıxara bilər.

Nəticədə, bunu deyə bilərik ki, müasir kapitalist iqtisadi sistemlər hər hansı bir dərəcədə özündə laissez-faire fikirlərini daşısa da, özünün ilkin formasında nəzəriyyə artıq bir çox iqtisadçılar tərəfindən öz mənasını itirmiş və təkmilləşdirilməsi lüzumu olan bir formaya gəlib çıxmışdır. Müasir dövrün tendensiyaları sağ və sol ideyalarının hər hansı bir qızıl orta kokteylinə çevrilməsini tələb edir və artıq görünür ki, ekstremal sağ ideya olan laissez-faire artıq sadəcə tarixin bir hissəsinə çevriləcək

Əgər siz sağ iqtisadi modelin tərəfdarısızsa və laissez-faire barədə daha detallı məlumat almaq istəyirsinizsə, Ayn Randın ən məşhur əsərlərindən olan “Atlas Shrugged” əsəri ilə tanış olmağınızı məsləhət görərdim.

Paylaş:

746
0