Ruslan Ələkbərov
2 Yanvar 2022, 11:33İstanbul Konvensiyası nədir, nə vəd edir?

İstanbul Konvensiyası, qısaca, qadınlara qarşı olan hər cür şiddət və ayrı-seçkilikdən qorumağı, məişət zorakılığının qarşısının alınması, genderlər arasında bərabərliyi təşviq etmək üçün hərtərəfli proqram və tədbirlər hazırlamaqla çoxtərəfli prinsipləri özündə birləşdirməyi hədəfləyən sənəddir.
Şiddət nədir?
Konvensiyada tez-tez bəhs edilən şiddətin tərifi haqqında giriş versək, istər ictimai birgə yaşayışda, istərsə də şəxsi həyatda meydana gələn, sosioloq Yohan Qaltunq tərəfindən sinifləndirilən şiddətin hər forması, yəni fiziki, cinsi, psixoloji və ya iqtisadi şiddəti, zorakılıq təhdidi hallarını əhatə edən məhfumdur. İnsan ən güclüsündən ən zəifinə qədər hüquq baxımından qanun qarşısında bərabərdir. Bütün dini, əxlaqi və hüquqi qaydalar insanların birlikdə və yan-yana yaşamasını tənzimləməyə əsaslanır. Ancaq bütün bu qaydalara baxmayaraq haqsızlıq, qətl, şiddət və terror keçmişdən günümüzə qədər fərqli səviyyələrdə davam edir. Ən əsası, sivilizasiya inkişaf etdikcə "şiddətin azalacağı" proqnozlarının əksinə olaraq, şiddət bütün dünyada müxtəlif ölçü və intensivliklərdə yaşanır. Bu səbəbdən şiddət həm insanlar, həm də insan cəmiyyətləri üçün həm universal, həm də sosial bir fenomenin tərkib hissəsi olaraq qaçınılmazdır. Bu baxımdan bir çox elm sahələrində araşdırma mövzusudur. Zorakılıq hüquq, siyasət, psixologiya, antropologiya və ən əsas sosiologiyanın diqqətini çəkən ictimai bir fenomendir. Bu anlayış böyük dəyişikliklərə uğrasa da, hələ də konstruktiv və yaradıcı məqsədlərə yönələrək inkişaf edib. İnkişaf etməkdə olan ölkələrdə ortaya çıxan davranış aktları özündə müxtəlif şiddət yönəlimlərini birləşdirir;
1- Özünə qarşı şiddət: intihar, alkoqol və narkotik asılılığı ilə yaranan.
2- Məişət zorakılığı: uşaqları və həyat yoldaşlarını döyməklə şiddətin qabarıq ölçüdə yaranmasına səbəb olan. Bununla yanaşı, həyat yoldaşının əri tərəfindən zorlanması, müxtəlif davranış aktları ilə göstərilən şiddət halları da bura aiddir.
İstanbul Konvensiyasının müddəalarında aydınlıq gətirilir ki, qadınlara qarşı edilən zorakılıq və məişət zorakılığı şəxsi məsələ sayıla konteksində sayıla bilməz, çünki bu dövlətlər öz ərazisində yaşayan əhalinin hüquqlarını hərtərəfli və kompleks tədbirlər vasitəsilə qorumalıdır. Onlar zorakılığın qarşısını almaq, qurbanları müdafiə etmək və təqsirkarları cəzalandırmaq öhdəlikləri daşıyırlar, lakin bəhs edilən məsələlər əsasən ona görə qadınlara şamil edilir ki, qadın olmalarına görə məruz qaldıqları zorakılıq formalarını məcburi abort, məcburi sterilizasiya, yaxud qadınların daha çox məruz qaldıqları zorakılıq formalarını - zorlanma, təhdid, seksual təqib, məişət zorakılığı, məcburi nikah əhatə edir. Lakin Konvensiyada dövlətlər üçün nəzərdə tutlan davranış azadlıqlarından biri də, bu zorakılıq formalarını təkcə qadınlar üçün yox, həmçinin kişilər, uşaqlar və ahılların da məruz qala bildiklərini nəzərə alaraq onların bu subyektliliyini dövlət tərəfindən tanınması təşviq edilsin. Konvensiyanı qəbul etməklə dövlətlər “sıfır dözümlülük” prinsipindən yanaşaraq qadınlara qarşı şiddət və məişət zorakılığına qarşı qanunvericiliklərində dəyişiklik edilməsini, praktiki tədbirlər görülməsini öhdəliklərini götürüblər. Konvensiyada nəzərdə tutulan davranışlar məcburi hüquqi öhdəlikdir və dövlətlər tərəfindən hökmən yerinə yetirilməlidir. Avropa Birliyində hər üç qadından biri (33 %) 15 yaşından bəri fiziki və ya cinsi zorakılığa, peşəkar bir işdə və ya yüksək rəhbərlikdə çalışan qadınların 75 % -i cinsi təcavüzə məruz qalmışdır.
Gender əsaslı şiddət onilliklər ərzində beynəlxalq diqqətin mərkəzində olmuş, lakin kiçik irəliləyiş əldə edilmişdir. Bununla birlikdə, Avropa ölkələri 2014-cü ildən əvvəl qadınlara qarşı zorakılıqla bağlı qanunvericilik aktları qəbul etsələr də, qurbanların və risk altında olanların ehtiyaclarına cavab vermək üçün qarşısının alınması, qorunması, təqibi və adekvat xidmət göstərilməsi standartlarını müəyyən edən hərtərəfli Avropa çərçivəsi mövcud deyildi. Konvensiya qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə kömək edən beynəlxalq müqavilədir, 2011-ci ildə qəbul edilmişdir. Konvenisiyanı ilk imzalayan və təsdiqləyən ölkə Türkiyə olmuşdur. 2014-cü il avqustun 1-də Türkiyədə qüvvəyə minən İstanbul Konvensiyası "gender bərabərliyi" prinsipinə əsaslanır, gender bərabərliyinə Konvensiyada təsbit olunmuş fikirlər səviyyəsində izah etməyə çalışdıqda, yuxarıda da qeyd etdiyimiz kimi qadın olduqlarına görə qadınlara qarşı yönələn qeyri-mütənasib olaraq məruz qaldıqları zorakılıq formaları nəzərdə tutulur. Yəni, kişilər və qadınlar arasında eyniləşdirmə aparmağı və ya hər iki cins arasındakı fərqləri aradan qaldırmağa yönəlmir, əsas ideyası qadınların kişilərdən alt təbəqədə olması ideyasının qəti əleyhinə çıxır. Digər cəhətdən gender bərabərliyi anlayışınə bioloji qəbul etməkdənsə, sosial xarakterdən yanaşaraq qeyri-bərabərliklərin bioloji səbələrlə bağlı olduğunu anlamaq lazımdır. Qadınlara qarşı şiddətin və məişət zorakılığının qarşısını almaq və bununla mübarizə aparmaq üçün ölkələrin nə etməli olduğu izah edilir. Bu tədbirlərdən bəziləri maarifləndirmə, məlumat toplama və qanuni tədbirlərdir. Konvensiya zorakılığın törədilməsinin harada olması haqqında konkret tənzimləmə nəzərdə tutmamışdır, yəni zorakılıq və məişət zorakılığı nikahda olan cütlüklər arasında və yaxud tərəf-müqabillərin nikahda olmasından, eyni və ya fərqli cinsə mənsub olmasından asılı olmayaraq bütün cütlüklər üçün eyni qaydada nəzərdə tutulur. Heç bir qrup Konvensiyada müəyyən olunan müdafiənin tətbiq dairəsindən, yəni nikah vəziyyəti əsasında və ya nəzərdə tutulan hər hansı digər əlamətlər ilə ayrı-seçkiliyə məruz qalmır, zoraklığın qurbanı olanların hamısı üçün eyni müdafiə vasitələri nəzərdə tutulur. Konvensiyanın əhatə etdiyi mühüm məsələlərdən biri də cəmiyyət içində əlilliyi olan qadın və qızlar ilə bağlı məsələləri də ələ almağıdır. Statistik məlumat göstərir ki, xüsusi qayğıya möhtac olan qadın və qızlar, digər qadınlara və qızlara nisbətən şiddətlə üzləşmə ehtimalı 2-5 qat daha çoxdur. AB-də sağlamlıq problemi və ya əlilliyi olan qadınların 34% -i ömrü boyu bir tərəfdaşı tərəfindən fiziki və ya cinsi şiddət görmüşdür. Bura ailə və cinsiyyətə əsaslanan şiddət, institusional şiddət, məcburi sterilizasiya, kontrasepsiya və abort, cinsi təcavüz də daxil olmaqla təcavüzü əhatə edə bilər. Şiddət qurbanı olma riski daha çox olan əlilliyi olan qadınlar və qızlar, şiddət və cinsi təhsil haqqında məhdud məlumatlılıq və təhsil problemləri ilə, həmçinin, əlçatanlıq bağlı müxtəlif çətinliklə üzləşirlər, hətta dəstək və ədalət mühakiməsindən çox vaxt istifadə edə bilmirlər. Bu sənəddə dövlətlərdən zorakılıqla bağlı dörd istiqamətdə tədbirlərin görülməsi tələb olunur: önləyici tədbirlər, qurbanları qoruma (protection), cəzalandırma (prosecution) və zorakılığın qarşısının alınması barədə siyasət müəyyən etmə (policy making). Bu 4 aspekt qısaca “4P yanaşması” adlandırılır. Konvensiyanın III. fəslində bu “önleme” və ya önləyici tədbirlər adı ilə təsbit olunur, ümumi öhdəliklər (maddə 12), məlumatlılığın artırılması (maddə 13), maarifləndirmə (maddə 14), peşəkar kadrların hazırlanması (maddə 15),profilaktik müdaxilə və müalicə proqramları (maddə 16), özəl sektorun və medianın iştirakı (maddə 17) kimi tədbirlərlə dövlətlər üzərinə müxtəlif öhdəliklər qoyulur, bu onunla bağlıdır ki, konvensiya milli səviyyədə bir sıra tədbirlərin həyata keçirilməsini tələb edir. Sənədin IV fəsli müdafiə və dəstəklə bağlıdır. Konvensiyaya qoşulan dövlətlər bütün qurbanları sonrakı zorakılıq hərəkətlərindən qorumaq üçün lazımi qanunvericilik və digər tədbirlər görəcəkləri barədə öhdəlik götürürlər. Qurbanların mövcud dəstək xidmətləri və hüquqi tədbirlər haqqında anlaya biləcəkləri dildə lazımi və vaxtında məlumat almalarını təmin etmək üçün qanunvericilik və ya digər tədbirlər görmələri təsbit olunmuşdur. Bu fəsil sığınacaqlar, mütəxəssislər tərəfindən yardım xidməti, cinsi zorakılığa, o cümlədən zorlanmaya məruz qalanlarla iş, zorakılığın şahidi olmuş uşaqların qorunması, peşəkar işçilərin məlumatları(peşəkarlar üçün daxili qanunvericiliyin tətbiq etdiyi gizlilik prinsipinin belə bir şiddət hadisəsi törədildiyini və sonrakı ciddi zorakılıq hərəkətləri barədə bu peşə sahibinin zorakılıq hərəkətinin törədildiyini düşünmək üçün əsaslar olduqda həmin məlumatın ağlabatan olması təqdirdə səlahiyyətli qurumlara və ya orqanlara bildirməlidir) və onlara dəstəklə bağlı normaları əks etdirir.
Konvensiyanın V fəsli maddi-hüquqi normalardan bəhs edir. Zərərçəkənin təcavüzkara qarşı adekvat hüquqi tədbir görməsi üçün qanunvericilik və ya digər tədbirlərdən istifadəsi təmin edilməlidir. Buraya məcburi nikahların hüquqi nəticələri, psixoloji şiddət, təcavüz də daxil olmaqla cinsi zorakılıq hərəkətləri, məcburi evliliklər , məcburi abort və sterilizasiya, cinsi zorakılıq, zorakı hərəkətlərə kömək etmək, kömək etməyə vasitəci olmaq və cəhd etmək kimi hərəkətlərlə bağlı olaraq cəzaların icrası qaydalarını müəyyənləşdirir. Qanuna uyğun olaraq müəyyənləşdirilən cinayətlərlə, zərərçəkmiş və cinayətkar arasındakı əlaqənin xüsusiyyətindən, əhəmiyyətindən, hansı müstəvini əhatə etməsindən asılı olmayaraq tətbiq edilməlidir. Konvensiyanı ratifikasiya edən dövlətlər milli qanunvericiliklərinin maddi normlarını bu fəsldə müəyyən edilən normalara uyğun şəkildə formalaşdırmalıdırlar. Cəmiyyətdə ən çox yol verilən yanlışlardan biri də İstanbul Konvensiyasının gender identikliyi, seksual oriyentasiya və eyni cinsli cütlüklərin hüquqi cəhətdən tanınması məsələlərində dövlətlər üçün məcburi davranış qaydaları nəzərdə tutulması ilə bağlı olan məlumatlardır, halbuki Konvensiya bununla bağlı yeni standartlar və şərtlər müəyyən etmir. Düzdür, gender identikliyi və seksual oriyentasiya ilə bağlı ayrı-seçkiliyi qadağan edir, bunu isə mövcud olan hər hansı xüsusiyyətlərindən asılı olmayaraq bütün zorakılıq qurbanlarının müdafiə və dəstəyi təmin etməyi nəzərdə tutduğu üçündür. Bəhs etdiyimiz məsələ üçün sənədlərə nəzər yetirdikdə, Avropa Konvensiyası içərisində yer alan 14. maddə (cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı seçkilik olmadan təmin olunmalıdır) və bundan başqa AİHM presedentlərikonkret davranış öhdəlikləri müəyyən edir.
Azərbaycan Respublikasında İstanbul Konvensiyasını nə imzalamış, nə də ratfikasiya etmişdir, lakin buna qədər Azərbaycan qanunvericiliyində yetərincə əsaslı qanunlar qəbul olunmuşdur. Beləliklə, 1995-ci ildə BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” konvensiyasını ratifikasiya etmiş, b2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilmişdir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 3.5.2.1-ci bəndinin icrası məqsədi ilə Yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Həmçinin, ictimai təhlükəli əməl kimi nəzərdə tutulan, qadın nikaha daxil olmağa məcbur etmə, qanunsuz abort etmə, seksual xarakterli zorakılıq hərəkətləri kimi davranışlar üçün Cinayət Məcəlləsində sanksiya nəzərdə tutulmuşdur.