Sabir Eldar
4 Aprel 2022, 20:42İctimai müqavilə

Hər kəsin imzaladığı "müqavilə"
Jan Jak Russo (1712-1778) özünün ən məşhur əsəri olan “İctimai müqavilə”ni yazarkən cəmiyyət daxilində mövcud olan bir sıra mövzulara toxunmuş və bu mövzularla bağlı öz fikirlərini irəli sürmüşdür. Onun “İctimai müqaviləsi”si təbii hüquq məktəbinə aid ən yaxşı əsərlərdən sayılır. Bu əsərin adından da göründüyü kimi Russo ilk öncə ictimai müqavilənin mahiyyətini açıqlamağa çalışmışdır. Onun sözlərinə görə təbii vəziyyətdə olan insan (müqavilə bağlanmamışdan əvvəl insan) istədiyi hər predmetə sahib ola bilirdi, lakin bu sahiblik daimi deyildi və hər hansı güc tərəfindən məhdudlaşdırılmayan digər fərdlər istənilən anda həmin sahibkarlıq hüququna qəsb edə bilərdi. Onları dayandıra biləcək qüvvə mövcud deyildi. Təbii vəziyyətdə olan insan azad görünürdü, lakin onun bu azadlığı əslində köləlik idi. Ən təbii hüquqlardan biri olan yaşama hüququ faktiki olaraq öz əlində olmayan və real olaraq heç bir qonşusu tərəfindən tanınmayan insana biz necə azad deyə bilərik? Bəli, onun əlində torpağı var, onun əlində öz həyatı var, amma onsuz da bu torpağı öz qonşusundan zorla alan insan eyni zamanda başqa qonşusunun onun əlində olan torpağına görə canını almayacağına necə təminat verə bilirdi? Nəinki o özü, heç kim belə bir zəmanət irəli sürə bilməzdi. Yazıçı təbii vəziyyətdə olan insanın köləliyini elə məhz burada görürdü.
Bunun qarşılığı olaraq insanlar öz aralarındakı saysız-hesabsız münaqişələrə son çarəni ictimai müqavilədə gördülər. Bu müqavilə vasitəsilə öz hüquqlarından bir hissəsini yaratdıqları dövlətə güzəştə gedərək bunun müqabilində bir sıra vəzifələr daşıdılar. Bu məsələnin mahiyyətini bilməyənlər üçün o müqaviləni bağlayan insanların kontekstindən son dərəcə “axmaqca” görünə bilər, lakin mühakimə üçün tələsməyin. İctimai müqaviləni bağlayan insanlar təbii vəziyyətdən sivil vəziyyətə keçid etdilər. Bəs bu nə demək idi?
Bayaq qeyd etdiyimiz kimi təbii durumda olan insanlar hər şeyə həm sahib idilər, həm də deyildilər. Əlində olan əmlaka tam olaraq “bu mənimdir” deyə bilmirdi həmin insan, lakin müqavilə bağlandıqdan sonra fərdlərin hüquqları birbaşa dövlət tərəfindən qorunmağa başladı. Artıq insan yalnız təbiətin bir nümayəndəsi deyil, eyni zamanda dövlətin vətəndaşı idi. Vətəndaşlıq isə ona sahib olduğu əşya üzərində hər kəs tərəfindən tanınan sahiblik haqqı verirdi. Hər şeydən öncə isə bu müqavilə həmin insanların ən vacib hüququ sayıla biləcək yaşama hüququna təminat verdi. Bu təminat yalnız dövlət tərəfindən deyil, həmçinin cəmiyyət tərəfindən də qorunurdu. Nəticə etibarilə başqa bir şəxsin hüququna qəsd edən əslində müqaviləyə qəsd edirdi və cəmiyyət bu səbəbdən hər kəsin hüququnun qorunmasında maraqlı idi. Səbəb isə sadədir, insanlar daha şəxsi konfliktlərlə dolu bir həyat sürmürdü bu müqavilə sayəsində, münaqişə yalnız və yalnız dövlətə qarşı başqa bir dövlətin müdaxiləsi olarsa, mümkün idi. Russo bu məsələ haqqında da öz maraqlı fikrini deyir: “Əgər biz tam olaraq azadlığımızı dövlətin yaranışı ilə qazanmışıqsa və əgər dövlət olmasa, biz bir daha öz köhnə həyatımıza qayıdacağıqsa, onda dövlət təhlükədə olduğu anda onun üçün vuruşmaq bizim müqaviləyə olan borcumuzdur, çünki indiyə qədər qeyri-sabit şəkildə yaşadığımız bu həyatı bizim üçün sabitləşdirən, dəyər qazandıran özümüzün yaratdığı bu dövlət olub”. Göründüyü kimi yazıçının bu məsələyə baxışı çox sərt və birmənalı idi.
Söz müharibədən düşmüşkən müharibə qanunlarından yarandığı iddia edilən köləlik hüququ ilə də bağlı öz əsərində müəyyən qədər bəhs etmişdi. Onun sözlərinə görə köləlik hüququ anlayışı qətiyyən legitim deyildi. Öz arqumentasiyasını bu cür izah edirdi: “ Müharibə zamanı sənə qarşı döyüşən əsgəri öldürməyə haqqın var, çünki onun əlində silah var və onun da məqsədi səni öldürməkdir. Sənə qarşı döyüşməyən mülki əhalini isə öldürməyə haqqın yoxdur və eyni zamanda əgər köləlik hüququ deyilən anlayış müharibə zamanı öldürməyin qarşılığı olaraq mövcud idisə, sən sənə qarşı döyüşməyəni kölə edə bilmərsən. Sənə qarşı döyüşən isə öz silahını yerə qoyub təslim olduqda o artıq əsgər deyil, vətəndaşdır və sənin onu da öldürməyə haqqın yoxdur. Bu deyilənlərin izahı olaraq köləlik hüququna bu cür tərif vermək olar. Səninlə bütövlükdə mənim xeyrimə və bütövlükdə sənin əleyhinə bir müqavilə imzalayacağam. Mən onun şərtlərinə istədiyim qədər, sən isə mən istədiyim qədər tabe olacaqsan”. Onun köləliyə baxışı bu yöndə idi.
Russo eyni zamanda bütün müqaviləni ortaq mənafelərin cəmi olaraq görürdü. Onun fikrincə şəxsi mənafelər əsla ümumi mənafeni üstələyə bilməz, əks təqdirdə orada hər hansı ümumi qərardan söhbət gedə bilməz. Şəxsi mənafelər ortaq mənafe ilə üst-üstə düşə bilər, lakin bu əsla uzunmüddətli mümkün olmayacaqdır, çünki ümumi mənafe sivil cəmiyyətin, şəxsi mənafe isə ilkin cəmiyyətin təzahürüdür. Onun fikrinə görə ümumi mənafeyə xidmət edən hakim güc, yəni xalq özü üçün ən yaxşısını hər zaman fikirləşməyə qadirdir, xalq səhv etməz, amma yanıla bilər, buna səbəb olanlar isə ümumi mənafeyə zidd şəxsi mənfəət güdənlərdir. Bu zaman xalqa doğru yolu göstərən insanlar olmalıdır və eyni zamanda nəzərə alınmalıdır ki, hakim gücün mövqeyindən daha güclü mövqe mövcud ola bilməz, belə olarsa ortada idarəçi və vətəndaşlar (təbəələr) deyil, ağalar və qulları mövcud olacaq. Bu isə sadəcə olaraq həmin xalqın məhvinə gətirib çıxaracaq.
İctimai müqavilədə tək məqsəd insanların bərabərliyi idi. Bərabərliyi doğuşdan təmin etmək qeyri-mümkün olduğundan yazıçının buradakı məqsədi insanların qanun və məhkəmə qarşısındakı bərabərliyini izah etmək idi. Bu müddəa müasir dövlətlərin qanunvericiliyində də öz əksini tapmış və insanlar arasındakı konfliktlərin qarşısına almağa yönəlmişdir. Bərabər insan azad insan idi, çünki onun bütün hüquqları qarşısındakının hüquqları ilə eyni idi və qarşısındakı ilə eyni vəzifəni daşıyırdı.
Russonun fikirləri bugün ideologiyasından aslı olaraq müxtəlif kəsimlərdə müxtəlif cür qarşılanır və qarşılanacaq, lakin bu onun yazdığı bu əsərin mükəmməlliyinə zərrə qədər xələl gətirmir və hər zaman öz orjinallığı ilə ön plana çıxır. Nəticə etibarilə onun toxunduğu mövzular istənilən toplumda öz aktuallığını saxlayan mövzulardır və kifayət qədər diqqətə layiqdir.
Hikmat Khalil
5 Aprel 2022, 0:00Yazını oxudum və çox bəyəndim. Ümüd edirəm bu cür yazıların davamı gələr. 😍
evorway
16 Mart 2023, 7:25<a href=http://propecia.bond>buy propecia 5mg</a> Primer on Tick Borne Diseases in Exotic Carnivores
ltxzpqqnvr
19 May 2023, 20:59-- <a href="http://www.g34j6s728zr74o57f19i4ea82sxonw1qs.org/">altxzpqqnvr</a> ltxzpqqnvr http://www.g34j6s728zr74o57f19i4ea82sxonw1qs.org/ [url=http://www.g34j6s728zr74o57f19i4ea82sxonw1qs.org/]ultxzpqqnvr[/url]
voryalare
1 İyul 2023, 4:53Nolvadex 20 MG Oral Tablet can be taken with or without food <a href=http://prilig.monster>buy priligy in the us</a>
fqevxinsb
7 İyul 2023, 12:24-- fqevxinsb http://www.gqauw4n267m7kf8h6294r4j52g20gw1xs.org/ <a href="http://www.gqauw4n267m7kf8h6294r4j52g20gw1xs.org/">afqevxinsb</a> [url=http://www.gqauw4n267m7kf8h6294r4j52g20gw1xs.org/]ufqevxinsb[/url]