Səməd Şıxı

10 Yanvar 2022, 0:53

Əzrailin əlindəki nədir?

Sosial mediyada qarşılaşdığım “dəryaz”, ya da insanların “kərənti” deyə bildiyi alətin şəklini görərkən ağlıma “bunun Əzraillə  nə əlaqəsi var? Əlində niyə “dəryaz”ı tutur?-sualı gəldi. Hər dəfə görüb, amma səbəbini heç araşdırmadığım bir mövzu idi. Sosial medianın gücü özünü həmin dəqiqə göstərdi və bunun səbəbini izah edən bir şəxs tapdım. Axtararkən bu haqda Azərbaycan dilində məlumat tapa bilmədiyimi görüb görüb, yazmaq qərarına gəldim.


Əzrail ingilis dilində “The Grim Reaper” olaraq adlandırılır. Maraqlıdır ki, otu biçmək də, “Reap” olaraq tərcümə edilir. Bu iki söz arasındakı bağ, onların kökünün eyni yerə getdiyini göstərir.

“The Grim Reaper” ölümün özünün təcəssümüdür və bu təsvirini tarixi əsrlər əvvəlinə gedib çıxır. Belə ki, “The Grim Reaper” 14-cü əsrdə yaranmağa başlayır. Səbəb həmin dövrdə “Qara Ölüm” adlandırdıqları vəba xəstəliyi yayılmış, Avropada milyonlarla insanın ölümünə səbəb olmuşdur. İnsanların bu bəlanı onlara xatırladacaq bir obraz yaratmaq ehtiyacından isə “The Grim Reaper” obrazı yaradılır. Diqqətinizi çəkəcək məqamlar: skelet, xələt, dəryaz.

Xələt, həmin dövrdəki din xadimlərinin geyimi idi, insanların dəfni zamanı geyindikləri paltarı xatırladırdı deyə təsvir edilib.

Skeletin təsvirini həmin dövrdə ölən insanların meyidlərini topa şəklində şəhər mərkəzlərində toplamaları və onların skeletlərini hər gün görmələrinə görə xatırlatmaq üçün ediblər. Hər gün onların yanından keçərkən ölümün onlar arasındao olduğunu təsvir edir, ondan qaça bilməyəcəklərini göstərməyə çalışırdılar.

Dəryazın mənasını isə onlar sözün kökündə də olduğu kimi əkinlə bağlayırdılar. Onlar düşünürdü ki, buğdanı, otu kəsdiyi kimi vəba da insan həyatını elə kəsir.

Əfsanəsinə görə, bəzən o əlində qum saatı ilə gəzərək, vaxtının bitdiyini göstərmək üçün öldürmədən öncə saatı göstərərək vaxtının bitməsini ona izlədərmiş.

İllər ərzində təsvirdə dəyişiklər olsa da, “The Grim Reaper” yenə qara xələt, əlində dəryazı, skelet əl və üzü ilə təsvir edilmişdir. Qara xələtin ölümün kölgələrdə gizlənməsinə imkan verdiyini, skeletin əllərini və üzünü, eləcə də, parıldayan qırmızı gözlərinin Cəhənnəmin odlu dərinliklərinə getdiyini, başqalarını da ora götürmək üçün gəldiyini düşünürdülər.

Müasir dövrdə bu obraz dövrə uyğunlaşdırılaraq, müxtəlif filmlərdə komedik obraz kimi və ya mistik filmlərin mövzusu olmuşdur. Bəzən onları uşaqlara əyləncə kimi təqdim edirlər. Bu mövzuda ABŞ və Avropa istehsalı saysız filmlər mövcuddur. Bunlara misal kimi daha məşhurlarından “Scream”, “Bill and Ted’s Bogus Journey” və“Hellboy II: The Golden Army” filmlərini göstərmək olar. Bununla yanaşı musiqidən də, yan keçməyərək bir çox sənətçinin diqqətini çəkmişdir.

“The Grim Reaper” in hələ də varlığına inanan, onun insan görünüşü ilə dolaşdığına inananların var olması təəccübləndirməsin. İnsanların köhnə adət-ənənələrinə bağlı qalmaları və onu mənimsəmələri ciddi fəlakətə apara bilir.  “The Grim Reaper”ə hətta 14-16-cı əsrlər arasında dini kitablar arasında da rast gələ bilərsiniz. Qorxunu, cadugarlığı, şeytani anlayışları bu kimi mistik əfsanələr üstündən qurmağa çalışmaq insanların keçmişdən gəlmiş adətidir. Müxtəlif dövrlərdə müxtəlif obrazlar ölümün və ya digər ruhani varlıqların siması olmuşdur. Bugün ola bilər ki, “The Grim Reaper”, “Anubis” və digər simalar ölümü deyil, əyləncənin simvoluna çevrilsin, amma hər birinin öz dövrünə görə silinməz izləri mövcuddur.

Keçdiyimiz bu çətin günlərin həmin günlərə bənzədiyini təxmin etmək olar. Bəlkə zaman fərqli olsa idi bizi də eyni görüntülər gözləyəcəkdi. Bugünün texnologiyasıyla belə aciz qaldığımız koronavirusun qarşısında həmin dövrün insanlarını anlamaq, məncə, çox da çətin olmaz. Maraqlıdır, biz bu virusdan sonra hansı obrazı yaradıb, onun təsvirində yaşadacağıq?

Paylaş:

1083
3

Elnur Süleymanov

11 Yanvar 2022, 23:07

Maraqlı yazıdır!


Sevinc xanım

12 Yanvar 2022, 0:01

Heç bu haqda düşünməmişdim. Oxudum çox maraqlıdır. Təşəkkür edirəm


Sevinc xanım

12 Yanvar 2022, 0:01

Heç bu haqda düşünməmişdim. Oxudum çox maraqlıdır. Təşəkkür edirəm