Ramazan Rizvan

31 May 2022, 19:15

Dekart fəlsəfəsində Ənəlhəqq izləri və ya Tanrı düşüncəsinin mənbəyi

Duyğuların yolu ilə

Fərz edək ki, doğru olduğuna inandığınız hər şey yalandır, illüziyadan ibarətdir, fiksiyadır. Siz bir yuxudasınız və bu yuxuya reallığı alqılaya bilməyəcək qədər aludə olmusunuz. Yaşamağınız da daxil real olduğuna inandığınız istənilən şeyin varlığına şübhə edin, onu sorğulayın... Etiraf edək ki, bunu etməyə çalışsaq da, çoxumuz edə bilməyəcəyik, çünki bu reallığa özümüzü qapdırmışıq. Amma 4 əsr öncə fransız filosofu Rene Dekart bunu etdi; sorğuladı və mühüm nəticələrə vardı. Dekart bir şeyin fərqinə vardı ki, beynindəki yanlış və doğru düşüncələr bir-birinə qarışıb və tez bir zamanda bunları bir-birindən ayırmasa, yanlışlar doğruları da silib aparacaq. Dekart bu vəziyyəti səbətdəki almalara bənzədir. Tutaq ki, səbətdə çürük və saf almalar bir aradadır və qısa zaman ərzində almalar saf-çürük edilib ayrılmazsa, çürümə saflara da keçəcək. Bu zaman nə etməli? Əlbəttə ki, öncə səbəti tam boşaltmaq, almaları tək-tək nəzərdən keçirmək və saflığına əmin olduğumuz almaları səbətə qaytarmaq lazımdır. Beləliklə, geriyə yalnız sağlam almalar qalmış olar.

Dekart öz fəlsəfəsini bu misala söykənərək qurdu. Həqiqətə sıfırdan başlayarkən önünə keçən hər şeyə, doğruluğuna şübhə edilməyən məfhumlara da şübhə etməyə başladı. Özünə verdiyi ilk sual bu oldu: duyğularımız nə dərəcədə etibarlıdır? Duyğularla həqiqətə çatmaq mümkündürmü?

Düşüncənin anatomiyası və Tanrı

Onun gəldiyi ilk qənaət bu olur: duyğulara güvənmək olmaz, çünki duyğular asanlıqla manipulyasiya ediləcək təbiətə malikdir. Ən sadə fokus seansında belə duyğularımız asanlıqla aldadıla bilirsə, demək həqiqətə çatmaq üçün etibarlı vasitə deyil.

Hər şeyə şübhə ilə yanaşan Dekart bu nəticəyə varır: şübhə etməyəcəyi tək şey şübhə edilməyəcək şeyin olmamasıdır. Beləliklə, şübhə edirsə, mövcuddur və şübhə etmək düşüncədən qaynaqlanırsa, demək o düşünür. Bununla o məşhur ifadəsini söyləyir: düşünürəm, elə isə varam...

Fəqət hər şey göründüyü qədər sadə deyil. Getdikcə düyünlərin sayı çoxalır və daha qəliz situasiya meydana gəlir. Ruhani ailəsində böyümüş və dininə bağlı biri olan Dekart Tanrını sorğulayır...

Bu məqamda o özünə bu sualı verir: beynimdəki düşüncələr haradan qaynaqlanır?

Düşüncələr fərqli təbiətlərə malikdir. Məsələn, ocağa əl uzadanda əlimizin yanacağını və bunun bizə ağrı hiss etdirəcəyini bilirik. Odun çox isti və yandırıcı bir şey olduğu düşüncəsinin doğruluğuna da bunu sınaqdan keçirərək, yəni əlimizi oda yaxınlaşdıraraq əmin olmuş oluruq. Amma doğruluğunu isbat edə bilməyəcəyimiz düşüncələr də var: məsələn, əjdaha düşüncəsi. İnsan övladı bu düşüncəyə həyatında bir dəfə də olsun əjdaha görmədən varıb.

Beləliklə Dekart düşüncələri 3 hissəyə ayırır:
1. Xəyali düşüncələr - bu tip düşüncələrin mənbəyi insan təxəyyülüdür. Bu düşüncələri reallıqda təsbit etmək mümkünsüzdür. Əjdaha, təkbuynuzlu at, su pərisi, ikibaşlı insan və s. kimi nümunələr çəkmək olar.
2. İsbat nəticəsində duyğulara təsir edən düşüncələr - bayaqkı od misalı.
3. Fitri düşüncələr - insanla birlikdə yaranan təbii düşüncələrdir. Bu düşüncələr insan doğulmamışdan öncə onun kodlarına "yerləşdirilir". "Nəfs", "hərəkət" və s. bu düşüncələrə aiddir.

Tanrı düşüncəsi. İnsan Tanrını, yoxsa Tanrı insanı yaratdı?

Dekart bu bölgünü aparandan sonra özünə bu sualı verir: beynimdə bir Tanrı düşüncəsi var. Bu Tanrı hər şeydən güclü, var olan hər şeydən yüksək, çox ədalətli və mütləq müsbət obrazdır. Belə isə, bu Tanrı düşüncəsi yuxarıdakılardan hansına aiddir? Məsələn, onun varlığı fiziki şəkildə isbatlana bilinmədiyi üçün 2-ci bölgüyə aid deyil. Onu görə bilmirik, toxuna, səsini eşidə və fiziki şəkildə hiss edə bilmirik. Geriyə 2 seçim qalır. Ya bu ya xəyali, ya da fitri düşüncədir.

Tanrı düşüncəsini insan mı uydurdu? Bir çox filosoflar düşünür ki, insan, doğrudan da, tanrını uydurub. Tanrı insanı deyil, insan tanrını yaradıb. Sual yaranır: insan beyni Tanrı düşüncəsini uydura biləcək gücə malikdirmi?

Dekart problemi həll etməyə bu fikir ilə başlayır: Heç bir şey heçlikdən yaranmaz. Hər şey bir səbəbin nəticəsində meydana çıxır və bu səbəb ən azı nəticəsi qədər reallığı əks etdirməlidir. Bu fikir səbəbli əlaqə ideyasını özündə göstərir. Məsələn, qazan dolu suyu sobanın üzərinə qoyub ocağı yandırırıq. Nəticədə su qaynayır. Qaynamış su odun istiliyinin maddiləşmiş nəticəsidir. Burada iki məfhumu müqayisə edək: qaynamış su və od. Su odun istliyi nəticəsində qaynayır. Amma bununla belə od sudan qat-qat daha istidir. Dolayısı ilə suyu qaynatmaq üçün bu səbəb - yəni od daha isti olmalıdır. Bu ikisi arasındakı əlaqə səbəbli nəticə əlaqəsidir. Dekart bu əlaqənin düşüncələr arasında da olduğunu söyləyir.

Misalı Tanrı üzərinə gətirək. Siz Tanrıya inanmasanız da, onu görməsəniz də, ən azından düşünə bilirsiniz... Sonsuz qüdrətə malik, qüsursuz, ədalətli, pak və hər şeydən xəbərdar qüvvə... Bəs bu Tanrı düşüncəsinin qaynağı, səbəbi nədir? Axı hər bir düşüncənin bir qaynağı var. Bu düşüncənin qaynağı insandırmı? İnsan icad etdi Tanrını?

Əgər Tanrı düşüncəsi insan uydurmasıdırsa, burada səbəbli əlaqə ideyası ilə paradoks yaranmış olur. Çünki Tanrı düşüncəsi o qədər qüdrətli və sonsuz ölçülərə malikdir ki, bunu ölümlü, məhdud və qüsurlu insan övladının icad etməsi inandırıcı görünmür. Bu düşüncəni uyduracaq varlıq ən azı tanrının özü qədər qüdrətli, böyük və sərhədsiz varlıq olmalıdır. Yəni bu ideya ilə getsək, tanrı ideyasını ortaya atmış varlıq tanrıdan da güclü bir qüvvə olmalı idi...

Dekart və ənəlhəqq

Dekart burada Tanrı düşüncəsini üçüncü sinfə, fitri düşüncələrə aid edir. O iddia edir ki, tanrı düşüncəsi biz doğularkən bizim kodumuzda yerləşmiş olur. Bunun inancla heç bir əlaqəsi yoxdur. İnsan böyüyüb Tanrıya inanmaya bilər, onun varlığını inkar edə bilər, amma sonunda Tanrını inkar edən biri belə onu düşüncə süzgəcindən keçirmədən bunu edə bunu edə bilməz.

Beləliklə, hər bir insan Tanrını özündə daşıyır. Tanrı deyərək inandığı, sonsuz qüdrətinə heyran olduğu o məfhum isə onun özü, düşüncələridir. Maraqlıdır ki, bu nəticəyə Dekartdan daha öncə Həllac Mənsur, daha sonra isə Nəsimi varmışdı. "Şərh" və "bəyana" sığmayan mükəmməl Tanrının məhz onun yaratdığı varlıqda - insanda təcəlli etdiyi fikrini söyləyən Nəsimi özündən daha əvvəl irəli sürülmüş Ənəlhəqq (haqq məndədir) ideyasını inkişaf etdirmişdi. Təbii ki, həmin dövrdə bu ideya cahil və öz müqəddəs kitabını belə oxumamış, oxuyub dərk etməmiş kütlə tərəfindən anlaşılmamışdı və necə ki, həmin cahil, qızmış kütlə Həllac Mənsuru vəhşicəsinə edam etmişdi, oxşar aqibəti Nəsimi də yaşamışdı. Cahil kütlə düşünmür, çünki buna cəhd etmir. Əgər düşünsəydi, Həllac Mənsur və Nəsiminin Allahlıq iddiasında olmadıqlarını, "ən-əllah" (Mən Allaham) yox, "ənəlhəqq", (Haqq məndədir) dediklərini görərdi.

Nəsimi in­sa­nın əzəli mən­şə­yi­nin ilahi zata bağ­lı olduğu, Yer üzündəki hər şe­yin onun əla­mət­lə­rinin təs­di­qinə xid­mət et­diyini, in­sa­nın da Tanrı kimi konk­ret ni­şana sığ­ma­dığını söyləyir.

Köv­nü mə­kan­dır ayə­tim, zatidü­rür bi­da­yə­tim,
Sən bu ni­şan­la bil məni, bil ki, ni­şanə sığ­ma­zam.

Qəzəlin hər bir misrasını diqqətlə təhlil edəndə görürük ki, Dekartın nəzəriyyəsinin oxşarını ondan daha əvvəl Nəsimi irəli sürüb. Amma çox təəssüf ki, öz kitabını düz əməlli oxumamış fanatik cahil yığını bir həqiqəti gözdən qaçırırlar. "Ənəlhəqq" ideyasını nə Dekart, nə Nəsimi, nə də Həllac Mənsur özlərindən uydurmayıb. Bu ideya ən birinci İslamın müqəddəs kitabı Quranda öz əksini tapıb. Quranda Musa peyğəmbərlə bağlı rəvayətdə deyilir ki, o, qaranlıqda od görür və oradan səs gəlir. Soruşur, sən kimsən? Cavab alır, “innə ni ən Allah” – mən həqiqətən Allaham. Orada səslənən “innə ni ən Allah” ifadəsi sonradan Həllac Mənsurun dilində “ənəlhəqq”ə belə çevrilir: “ənə” – mən, həqq -Allah... Bu, “Allah mənəm” deyil. " Allah məndədir" anlamındadır..

Son olaraq, xüsusi vurğulamaq istərdim ki, nəyəsə inanmaqda sərbəstsiniz. Heç kimin sizin inancınıza qarışmaq səlahiyyəti yoxdur. Çünki inanmaq ən əzəli və ən qədim instiktlərdən biridir. Amma çalışın kortəbii inanmayın. Daim sorğulayın. Yalnız şübhə süzgəcindən keçirməklə həqiqətə varmaq olar. Bu, sizi kütlədən fərqləndirən əsas amildir...

İstinad edilmiş mənbələr:

1. https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://1000wordphilosophy.com/2018/11/26/descartes-i-think-therefore-i-am/amp/&ved=2ahUKEwjyu8TVioP4AhUMR_EDHVBdDicQtwJ6BAgIEAE&usg=AOvVaw3XS-31sKhWk-tRldqlcUeb
2. https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://plato.stanford.edu/entries/descartes-ideas/&ved=2ahUKEwjyu8TVioP4AhUMR_EDHVBdDicQFnoECBcQAQ&usg=AOvVaw0zVBHY5LEfbebRyci-ivfp
3. https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://newlearningonline.com/new-learning/chapter-7/descartes-i-think-therefore-i-am&ved=2ahUKEwjyu8TVioP4AhUMR_EDHVBdDicQFnoECDEQAQ&usg=AOvVaw0E2bKLnWyzlXkrzT-36pLq
4. https://www.thoughtco.com/descartes-3-proofs-of-gods-existence-2670585
5. https://plato.stanford.edu/entries/descartes-ontological/
6. https://www.egitisim.gen.tr/descartes-in-tanri-anlayisi/
7. https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://dergipark.org.tr/tr/download/article-file/31753&ved=2ahUKEwjxhaH1i4P4AhUASvEDHZjtAN4QFnoECAgQAQ&usg=AOvVaw0qmmHcmY2Zd49EsblnMPkx
8. https://youtu.be/f1yg4Fowi4Q
9. https://www.google.com/url?sa=t&source=web&rct=j&url=http://aqora.az/dekart-dusunur%25C9%2599m-dem%25C9%2599li-varam/&ved=2ahUKEwiums-VjIP4AhXfSPEDHcdgBUkQFnoECA0QAQ&usg=AOvVaw1Zqo68hRL48SucKMyoJU_N
10. http://goyce.az/news.php?id=857
11. http://www.enter.news/az/news/interview/22443/enelheq-men-allaham-ne-demekdir-fexreddin-salim-mensur-hellaclar-nesimiler-oz-simalarinda-allahin-sifetini-achdilar-uzunden-hicabi-qaldirdilar#.YpKOmGlfYzQ

Paylaş:

1073
43

Aqil Allyev

31 May 2022, 20:55

Məqaləni çox bəyəndim. Məqalə haqqında fikir səsləndirəsi olsam, elə Rene Dekartın fikrini söyləmək istərəm: "Hər zaman axtarışda ol, bu gün qızıl axtararkən mis taparsan, sabah mis axtararkən qızıl." Qısası, daima düşünməliyik. Doğruları axtararaq, yanlışları ayırd etməliyik.

Yusif Səmədoğlu

31 May 2022, 21:23

Əhsən. Konkret misallarla izah edibsən. Uğur olsun!

Rufanə Hacıyeva

31 May 2022, 21:24

maraqlı yanaşmadır. Xüsusən etdiyin bənzətmə diqqətimi çəkdi, od və qazan məsələsi

Məhəmməd Cəfərov

1 İyun 2022, 17:01

👍👍👍 uğurlar! Maraqlı idi

wghrcswc

31 Dekabr 2022, 15:14

-- awghrcswc [url=http://www.g6w78o7j6h1hoim1hn05i2914eo52s3ts.org/]uwghrcswc[/url] wghrcswc http://www.g6w78o7j6h1hoim1hn05i2914eo52s3ts.org/

zyhkfvqmo

9 Yanvar 2023, 13:46

-- [url=http://www.g9e6xw41wx4y07x4ilf997v25ga939frs.org/]uzyhkfvqmo[/url] zyhkfvqmo http://www.g9e6xw41wx4y07x4ilf997v25ga939frs.org/ azyhkfvqmo

lygqovyttj

11 Yanvar 2023, 16:09

-- lygqovyttj http://www.g338w6wzowpm7314wdu93a4z3t4241scs.org/ alygqovyttj [url=http://www.g338w6wzowpm7314wdu93a4z3t4241scs.org/]ulygqovyttj[/url]

nrepfpzdb

13 Yanvar 2023, 9:36

-- [url=http://www.gj9h877zmm08d0y1155c9cnk09c9rmt1s.org/]unrepfpzdb[/url] anrepfpzdb nrepfpzdb http://www.gj9h877zmm08d0y1155c9cnk09c9rmt1s.org/

pdelgrhx

21 Yanvar 2023, 14:49

-- pdelgrhx http://www.gb4wj3n5011a86i1ew91001w2psdiwm7s.org/ [url=http://www.gb4wj3n5011a86i1ew91001w2psdiwm7s.org/]updelgrhx[/url] apdelgrhx

rrokkkwfyb

31 Yanvar 2023, 9:31

-- [url=http://www.gf05099i8c207540bofn3utfj7r4cja4s.org/]urrokkkwfyb[/url] rrokkkwfyb http://www.gf05099i8c207540bofn3utfj7r4cja4s.org/ arrokkkwfyb

tgxkhyktq

14 Fevral 2023, 12:58

-- atgxkhyktq tgxkhyktq http://www.gvi4a5b3o21xvnp02m0e1d72z719e35vs.org/ [url=http://www.gvi4a5b3o21xvnp02m0e1d72z719e35vs.org/]utgxkhyktq[/url]

Aynurə Mehdiyeva

15 Fevral 2023, 23:48

Əllərinə sağlıq, Ramazan. Möhtəşəmdir

qmdjrtmltx

16 Fevral 2023, 12:13

-- [url=http://www.gh2729ub40y5k6yt49d99ii9f6rv9mt7s.org/]uqmdjrtmltx[/url] aqmdjrtmltx qmdjrtmltx http://www.gh2729ub40y5k6yt49d99ii9f6rv9mt7s.org/

kztwpsmvis

24 Mart 2023, 4:15

-- [url=http://www.gl630usuff40l775816u3hhh67nzh51is.org/]ukztwpsmvis[/url] akztwpsmvis kztwpsmvis http://www.gl630usuff40l775816u3hhh67nzh51is.org/

lqfnfsdmy

25 Mart 2023, 16:04

-- lqfnfsdmy http://www.g1nus11k7j891app86d36pw26nu226qas.org/ [url=http://www.g1nus11k7j891app86d36pw26nu226qas.org/]ulqfnfsdmy[/url] alqfnfsdmy

eccvzrtqod

5 Aprel 2023, 22:28

-- eccvzrtqod http://www.g3sdz806w5igj230244pnap21pf1g0r6s.org/ [url=http://www.g3sdz806w5igj230244pnap21pf1g0r6s.org/]ueccvzrtqod[/url] aeccvzrtqod

ibxtxgfvp

6 Aprel 2023, 2:42

-- ibxtxgfvp http://www.g345lq68j8mx5c5u66688un6n5fums2os.org/ [url=http://www.g345lq68j8mx5c5u66688un6n5fums2os.org/]uibxtxgfvp[/url] aibxtxgfvp

hbqtrymmen

10 Aprel 2023, 4:41

-- ahbqtrymmen [url=http://www.gio7m30076fs1d89n8zx3oos0m71z27qs.org/]uhbqtrymmen[/url] hbqtrymmen http://www.gio7m30076fs1d89n8zx3oos0m71z27qs.org/

oflbslrhq

12 Aprel 2023, 13:52

-- [url=http://www.g18v88u66r118ppja91c9921b6kdeuexs.org/]uoflbslrhq[/url] aoflbslrhq oflbslrhq http://www.g18v88u66r118ppja91c9921b6kdeuexs.org/

oyvwolvkt

17 May 2023, 9:09

-- oyvwolvkt http://www.gwf08d34fsm2at2x7lu4537u849wjl21s.org/ [url=http://www.gwf08d34fsm2at2x7lu4537u849wjl21s.org/]uoyvwolvkt[/url] aoyvwolvkt

nizoojizgj

19 May 2023, 15:53

-- anizoojizgj [url=http://www.gds0c1w47z667omi6ro97o665h6tqu34s.org/]unizoojizgj[/url] nizoojizgj http://www.gds0c1w47z667omi6ro97o665h6tqu34s.org/

yexrxpyhse

26 May 2023, 6:17

-- ayexrxpyhse [url=http://www.gh3bd6z13swx250094i8z0cel2bs49d2s.org/]uyexrxpyhse[/url] yexrxpyhse http://www.gh3bd6z13swx250094i8z0cel2bs49d2s.org/

bgnsnswkw

16 İyun 2023, 4:41

-- bgnsnswkw http://www.guw4558tsu5p757543n1k9179mpxghpcs.org/ abgnsnswkw [url=http://www.guw4558tsu5p757543n1k9179mpxghpcs.org/]ubgnsnswkw[/url]

whxwntizd

19 İyun 2023, 16:28

-- whxwntizd http://www.gjze536toj669d7pj54328gv9gnrj096s.org/ [url=http://www.gjze536toj669d7pj54328gv9gnrj096s.org/]uwhxwntizd[/url] awhxwntizd