Ləman Novruzova
28 May 2022, 0:28Cümhuriyyət qadını

Azərbaycanda XX əsrin əvvəlindən etibarən milli, demokratik ruhda düşüncələr özünü göstərir, müstəqillik ideyaları yaranırdı, təbii bu istər siyasi, istərsə də iqtisadi sıxıntılardan irəli gəlir, Azərbaycanın öz müstəqilliyini əldə etməsi üçün zəmin hazırlanırdı. Sözsüz ki, Müstəqillik əldə edilsə yeni yaranan dövlət siyasi idarəetməsi fərqli, “qərbgörüşlü” olmalı, dünyaya və dəyərlərinə integrasiya etməli idi. 28 may 1918-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda adından da görüldüyü üzərə Cümhuriyyət, yəni dünyəvi idarəetmə sistemi idi, hansıki həm də demokratik prinsiplər təməlini təşkil edirdi. Bu baxımdan milli, cinsi mənsubiyyətinə görə fərq qoyulmur, əhalinin rifahı əsas götürülürdü. Xalq Cümhuriyyəti qurulanda cəmiyyətdə xüsusi yeri olan qadınları unutmamış onlara seçib-seçilmək hüququnu vermiş, təhsil almaları üçün şəraitin yaradılması, qadın məktəblərinin əsaslnın qoyulması və inkişaf etdirilməsi, qadınların sağlığının əsas alınaraq yoxsulluğun azaldılması, qadın xeyriyyə cəmiyyətlərinin yaradılması və sairə kimi işlərlə məşğul olmuşdur
Amma bu təkcə Azərbaycan Xalq Cümhuriyyətində deyil, özündən 5 il sonra əsası qoyulan Türkiyə Cümhuriyyətində də eyni cür təzahür edir. Bu baxımdan biz “Cümhuriyyət qadını”na iki prizmadan baxacağıq. Birinci hissədə ifadənin anlamını açıqlayacaq , daha sonra cümhuriyyət qadınlarının sosial durumları, siyasətdə, təhsildəki rolları haqqında danışacağıq.
Cümhuriyyət qadını ifadəsinin Xalq Cümhuriyyəti dövründə işlədilib işlədilməməsi haqqında hər hansı bilgi yoxdur. Deyimə daha çox Türkiyə Cümhuriyyətində rastlayırıq . Cümhuriyyət qadını milli ruhda böyümüş, təhsilli , maarifpərvər, dini fanatizm və savadsızlığa qarşı mübarizə aparmış qadın götürülür. Əslində hər bir qadın Cümhuriyyət qadını hesab olunsa da Cümhuriyyət qurulandan sonra öz töhfəsini verən qadınlara ithafən bu ifadə yaranır. Cümhuriyyət qadınları hə nə qədər cahilliklə, hətta patriarxallıqla mübarizə aparsalar da bu onlar üçün o dövrə nəzərən çətin olmuş, amma mübarizələrindən gerin qalmamışlar. AXC dövründəki Cümhuriyyət qadınlarına misal oaraq Ümmügülsüm Sadıqzadə, Hənifə xanım Məlikova, Şəfiqə Əfəndizadə, Bahraməlibəyova Məryəm və s.
Onlardan bir neçəsi:
1. Ümmügülsüm Sadıqzadə
Ümmügülsüm Sadıqzadə 1899-cu ildə (bəzi mənbələrə görə 1900-cü il) Bakının Novxanı kəndində anadan olmuşdur. İlk təhsilini ata-anasından alır, fars, türk dillərini öyrənir. Uşaqlıqdan ədəbiyyata maraq vardı onda, ona görə də Azərbaycan, eləcə də Şərq ədəbiyyatı ilə maraqlanır.
"Açıq söz", "İqbal", "Şərq qadını" kimi mətbuat orqanlarında çıxışlar edir. Cümhuriyyətin quruluşuna “Ey türk oğlu”, “Əsgər Anasına” ; cümhuriyyətin süqutuna isə “Bayrağım enərkən”, “Hicran” şeirlərini həsr etmişdir.
2. Şəfiqə Əfəndizadə
Şəfiqə Əfəndizadə 1882-ci ildə Axalsıx rayonunun Azanqur kəndində anadan olmuşdur. Tərbiyəsi və təhsili ilə ana atası məşğul olmuşdur. 1918-ci il soyqırımından və 1937-ci il repressiyasından xilas olmuş, 1959-cu ildə Bakıda vəfat etmişdir. Fəaliyyəti illərində rus-müsəlman qadın məktəbində ana dilindən dərs vermiş, müəllimə rəfiqəsi ilə birlikdə teatr dərnəyi yaratmışdır ki, qızlara teatr mədəniyyəti, aktyorluq sənətini öyrədə bilsin.
Əsrimizin Siyavuşu da qadınların təhsillənməsində, cahil qalmamasında səy göstərmişdir. Rəsulzadə Türkiyədə olarkən İstanbullu qadınların sosial durumları, toplumdakı yerləri haqqında yazır və onların durumunu Qafqaz və və İran qadınlarının durumu ilə müqayisə edir . Məhəmməd Əmin Rəsulzadə “İqbal” qəzetində yazır: “Türkiyə qadınları da İran, Qafqaziya Qadınları kimi toplum tərəfindən aşağı cinsdən hesab olunur. Lakin İranda, Qafqazlarda qadınların vəziyyəti daha ciddidir, İran qadınları əri ilə faytona, arabaya minib bayıra çıxa bilməz, Qafqaziyada isə qadınlar tək başına dükana gedib alış-veriş edəmməz, bazara çıxa bilməzdirlər , bu əfv olunmaz bir günah hesab olunur. Amma İstanbulda vəziyyət nisbətən də olsa fərqli cür təzahür edir. İstanbullu qadınlar hər yerə, bazara, meydana, məsirə gedə bilər. Əri, qardaşı yaxud yaxınlarıyla faytona, arabaya da minər amma ictimai nəqliyyatda, avtobusda qadın kişi ilə bir yerdə ola bilməz, yaxını, əri belə yanında olsa. Həmin yerlərdə qadınlar üçün ayrıca bölmələr mövcuddur. Geyimə gəldikdə isə İstanbul qadınları bütün islam qadınlarına nümunədir. Onların geyimində həm şərq, həm də qərb üslubu gözlənilir. Bəzi qadınlar vardır ki, onlar daha dekolteli, açıq-saçıq geyinirlər, onlar İstanbulun yaşlı qadınları, alt zümrələri və kişilər tərəfindən təərrüzə, yəni sataşmaya, qısnamaya və təhqirə məruz qalırlar. Amma bununla belə hökümət aldığı qərarlarda kadınları günahkar hesab edir”. Rəsulzadə qadınlarla bu cür rəftarı pisləyir və xəstəlik adlandırır və deyir “Fəqət nədənsə hökumət nəşr elədiyi qanun və əmrlərində qadınları təhdidə alır”.
“Amma bununla belə qadınlar ümumi həyatdan tam təcrid deyildirlər, onlar üçün teatrlar, konfranslar, qəzetlər və hətta ünas məktəbləri də vardır. Məşiətlə bsğlı isə qadınlar çox vaxt evdə çox elə biş düç etməz, bazardan hazır məhsul alarlarx bəzən bir həftəlik yeməyi birdən bişirərlər. Türk qadınları arasında oxumağa meyil edənlərin sayı get-gedə çoxalır. Ziyalı ailələr qızlarını mütləq oxudarmışlar. Ünas məktəbinə gedən türklərin sayı az da olsa, onlar təhsillənmək üçün çox çalışırlar, ədəbiyyat, rəsm və başga sahələrdə üstünlük qazanmağa cəh edərlər. Bütün müsəlman ailəmi bilməlidir ki, ailə əsarəti və istibdadı üzərinə qurulmuş olan toplumlar, millətlər heç vaxt ailə səadəti və ailə hürriyyəti ilə yoğrulmuş millətlərlə yarışa bilməz, qadınlar təhsilsiz, hüquqsuz və acizdirsə o toplumun yarısı xəstə və iflicdir”.
Hazır türk qadınlarının durumu haqqında yazmışkən davam edək. Türkiyə Cümhuriyyəti qurulanda başlıca olaraq qəbul etdiyi qərarlardan biri də qadın hüquqları və azadlıqları haqqında maddələr olan Medeni Kanun idi ki, 1924-də qəbul edilir. “Medeni Kanun”a əsasən:
- Evlənmə yaşı qaldırılır beləliklə qadınlar erkən nikahdan azad olunur
- Əvvəllər iki və daha çox qadınla evlənə bilən kişi indi ancaq tək qadınla evlənə bilərdi
- Valideynlik hüququnda hər iki cins bərabər sayılır
- Artıq qadınlar da ərlərini boşaya bilmə hüququnu alırlar.
- Qadınlar ərlərinin icazəsi olub olmamasından asılı olmayaraq daşınar, daşınmaz əmlak əldı edə bilər və bunu öz adına qeyd etdirə bilərdi.
- Əvvəllər bir kişinin şahidliyinə qarşı iki qadın şahid ola bilirdisə indi hər fərd bərabər sayılırdı
Mədəni Qanunun verdiyi qanuni haqlar ilk dəfə 1933-də bələdiyyə seçkilərində seçib seçilmək hüququ ilə təstiqlənmişdir. “Teşkilat-ı Esasiye kanunu”na görə 1934-cü ildə qadınlar millət vəkilliyinə namizəd ola bilər, yenə bələdiyyə seçkilərində olduğun kimi seçib seçilmək hüququ qazanırdılar. Türkiyə Cümhuriyyəti qurucusu Mustafa Kamal Məhəmməd Əmin kimi dövrünün uzaq görəni idi. O da qadınların həm siyasətdə, həm təhsildə, həm də digər istənilən sahədə çalışmaq hüququnu dəstəkləyir, qadına böyük önəm verirdi. 1934-cü ildə tanınan qanunlar 37-ci ildə qaydaya minirdi və bu qanunlara əsasən, qadınlar ilk dəfə 18 təmsilçi ilə Məclisdə iştirak hüququ qazandılar, bu bütün Məclis toplamında 4.5 %təşkil edirdi. Qadınların Məclisdə iştirakından sonra Kamal Paşa artıq Məclisə girərkən “Əfəndilər” ya da “Bəylər” deyə yox, “Bəylər və Xanımlar” deyə müraciət edərdi.
Salam bunların hamısı sən yazmısan
ÖMƏR ALMƏMMƏDOV
28 May 2022, 22:39uğurların davamlı olsun inşALLAH əziz qrup yoldaşım belə davam elə əmin ki bir gün səni bir bilim adamı kimi görəciyiy👏👍