Cavidan Zeynalov
18 Mart 2022, 22:36Azərbaycan çağdaş teatr rəssamlığı

Dünyada teatrın yaranması
Teatr qavramı formalaşmamışdan öncə hələ ibtidai insanlar jetslər və mimikalarla, keçirdikləri ayinlər və bənzəri hərəkətlərlə teatral bir aura yaradırdılar. Sistemli şəkildə bu proses özünü 2500 il əvvəl Qədim Yunanıstanda büruzə vermişdir. Dionisin şərəfinə müxtəlif tamaşalar tərtib olunurdu. Diqqət yetirdikdə teatr tamaşalarını antropomorf və zoomorf obrazların arasındakı dixotomiyaya dayandığını da görə bilərik. Əsasında katarsizi özlüyündə ehtiva etməkdə olan teatr (xüsusilə də tragediyalar) təbiətdən qopmağımızın da bir digər göstəricisi idi.
Bu tarixi gedişatda teatr anlayışı müxtəlif dəyişikliklərə, mutasiyalara uğradı. Ritual, sonradan dini mənalandırmalardan estetik, fəlsəfi və psixoloji əsaslara keçdi.
İlk bir neçə min ildə ön planda yazıçılar, rejissorlar və aktyorlar durmaqda idi. Teatrda dekor, səhnəqrafiya problemləri bu tarixi perioda nəzər yetirdikdə nisbətən yenidir.
“Dünya teatrında tamaşa tərtibatının çiçəklənmə dövrü XVIII və XIX əsrlərə təsadüf edir. Bu dövrlərdə teatrda çox gözəl və mürəkkəb arxa pərdələr çəkilir, üzərində heç kimin gəzmədiyi saray pilləkənləri, heç kimin keçmədiyi arkalar və heç kimin açmadığı qapılar təsvir edilirdi. Bu dəbdəbəli boşluq yalnız ön səhnədə monoloqların oxunması üçün fon rolunu oynayırdı. Zaman keçdikcə rəssam teatrın əsas simalarından birinə çevrildi”.
Təranə Vahid “Mədəniyyət” qəzeti. 27-02-2013.
Teatr qavramı formalaşmamışdan öncə hələ ibtidai insanlar jetslər və mimikalarla, keçirdikləri ayinlər və bənzəri hərəkətlərlə teatral bir aura yaradırdılar. Sistemli şəkildə bu proses özünü 2500 il əvvəl Qədim Yunanıstanda büruzə vermişdir. Dionisin şərəfinə müxtəlif tamaşalar tərtib olunurdu. Diqqət yetirdikdə teatr tamaşalarını antropomorf və zoomorf obrazların arasındakı dixotomiyaya dayandığını da görə bilərik. Əsasında katarsizi özlüyündə ehtiva etməkdə olan teatr (xüsusilə də tragediyalar) təbiətdən qopmağımızın da bir digər göstəricisi idi.
Bu tarixi gedişatda teatr anlayışı müxtəlif dəyişikliklərə, mutasiyalara uğradı. Ritual, sonradan dini mənalandırmalardan estetik, fəlsəfi və psixoloji əsaslara keçdi.
İlk bir neçə min ildə ön planda yazıçılar, rejissorlar və aktyorlar durmaqda idi. Teatrda dekor, səhnəqrafiya problemləri bu tarixi perioda nəzər yetirdikdə nisbətən yenidir.
“Dünya teatrında tamaşa tərtibatının çiçəklənmə dövrü XVIII və XIX əsrlərə təsadüf edir. Bu dövrlərdə teatrda çox gözəl və mürəkkəb arxa pərdələr çəkilir, üzərində heç kimin gəzmədiyi saray pilləkənləri, heç kimin keçmədiyi arkalar və heç kimin açmadığı qapılar təsvir edilirdi. Bu dəbdəbəli boşluq yalnız ön səhnədə monoloqların oxunması üçün fon rolunu oynayırdı. Zaman keçdikcə rəssam teatrın əsas simalarından birinə çevrildi”.
Təranə Vahid “Mədəniyyət” qəzeti. 27-02-2013.
“Satirlərin oyunu”. E.ə. V əsrə aid olan yunan vaza rəsmi
Şimali Amerikada Mandan xalqının təbiət rəqsi. Corc Ketlin. Yağlı boya. 1832.
Azərbaycanda teatrın-səhnəqrafiyanın təşəkkülü
Dünyadakı bu teatr təkamülü bənzəri formada Azərbaycanda da görünməkdə idi. Mövzu və əxz etdiyi ciddilik baxımından fərqli olsa da, antropoloji universallar dəyişməməkdə idi. XIX əsrin sonlarına gəlindikdə isə artıq avropa və rus ənənələri əsasında Azərbaycan teatrı formalaşmağa başladı. Lakin estetik dəyərlə 1915-ci ildə ələ alındı. Teatr dekorasiyasına diqqət yetirilməyə başlanıldı. Yaranan xaos: ifaçılar tərəfindən necə gəldi seçilən geyimlər, vahid kompozisiyanın olmaması, etnoqrafik səhvlər və yanlışlıqla yol verilən anaxronizmlər nisbətən yatışdırılmağa çalışıldı. Səhnəqrafiyanın formalaşmasında ilk addımlar Əzim Əzimzadə tərəfindən yaradılan geyim eskizlərində atıldı, daha sonra Bəhruz Kəngərli etnoqrafik ünsürlərə diqqət yetirməyə çalışırdı. Zövqsüzlük və primitivliyi aradan qaldırmaq üçün 1924-cü ildə Aleksandr Tuqanov və sonradan bir sıra xarixi teatr rəssamları ölkəyə dəvət olundu.
1925-ci ildə bakı Rəssamlıq Məktəbinin 15 yaşlı tələbəsi Rüstəm Mustafayev səhnə tərtibatına cəlb olundu. O, milli duyumu, zərif və ifadəli kompozisiya qurmaq bacarığı ilə fərqlənməyə başladı, dinamizm, ifadəlilik, fikir genişliyini teatrımıza gətirdi.
1930-cu illərə gəlindiyində monumentalizmə meyil artdı. 1940-cı illərdə Bakı Akademik Teatrında Nüsrət Fətullayev, İsmayıl Axundov, Opera Teatrında Əyyub Fətəliyev, Gənc tamaşaçılar Teatrında Sadıq Şərifzadə, Bədurə Əfqanlı, Naxçıvanda Şamil Qazıyev kimi tərtibat və geyim rəssamları səhnəqrafiya sahəsində yaradıcılıq axtarışlarına başlamışdılar. Habelə, naturalist təsvirlərə də bu illərdə üstünlük verilirdi.
O. Balzak “Ögey ana”. ADDT. 1938-39.
Quruluşçu rəssam: İsmayıl Axundov.
Aktyor: Fateh Fətullayev
1950-ci illərə gəlindiyində psixoloji-realizm aparıcı yeri tutdu (“Bu istiqamətdə ilk uğurlu addımları geyim rəssamı kimi tanınan Bədurə xanım Əfqanlı Akademik teatrın səhnəsində "Ailə namusu" (1951. Hüseyn Muxtarov), "Məzəli hadisə" (1952. Karlo Haldoni) tamaşalarına verdiyi poetik ruhlu tərtibatları ilə atdı. Sadıq Şərifzadə dramaturqlardan Lope de Veqanın "Sevilya ulduzu" (1953), İlyas Əfəndiyevin "Atayevlər ailəsi" (1954), Nazim Hikmətin "Qəribə adam" (1956) pyeslərinin tamaşalarına verdiyi tərtibatlarda psixoloji realizmin səhnəqrafiyada estetik təcəssümünə və fəlsəfi dərinliyinə nail oldu”), 1960-cı illərdə isə lirik-psixoloji üslub ön plana çıxdı (“Elçin Aslanov "Ölülər" (Cəlil Məmmədquluzadə), "Sənsiz" (Şıxəli Qurbanov), Tahir Salahov "Hamlet" (Vilyam Şekspir), Sənan Qurbanov "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər" (İlyas Əfəndiyev), Solmaz Haqverdiyeva "Yağışdan sonra" (Bəxtiyar Vahabzadə), "Qızıl" (Yucin O'Nil), Fuad Qafarov "Ümid" (Maqsud İbrahimbəyov) tamaşalarına lirik-psixoloji üslubda tərtibat verirdilər”).
Qəzənfər Xalıqov. “Koroğlu” eskizi. 1937-1938.
“Son iyirmi beş ildə milli teatrımız əlvan janr axtarışlarına ciddi cəhd göstərməsi, avanqardizının müxtəlif izınlərinin estetik göstəricilərini sınağa çəkməsi, dünyada mövcud olan müxtəlif teatr poetikalarından barınınağa çalışması ilə diqqəti cəlb edir. İlkin məqamda quruluşçu rejissorların axtarışlarında özünü göstərən bu meyl səhnə tərtibatında da parlaq nəticələrini qazanıb. Bu baxımdan Elçin Məmmədovun, Ağarəhim Əliyevin, Nazim Bəykişiyevin, Tahir Tahirovun, İsmayıl Məmmədovun, Rəşid Şerifin, Rafis İsmayılovun, Lətifə Quluzadənin yaradıcılıq nailiyyətləri fəlsəfi dərinliyi, estetik füsunkarlığı, bədii ifadə vasitələrinin zənginliyi, kompozisiya hüsnü, rənglərin zərifliyi və lətafəti ilə milli səhnəqrafiyamıza yenilik gətirib”.
İlham Rəhimli “Azərbaycan teatr tarixi”. (Səhifə 415).
Çağdaş teatra-səhnəqrafiyaya giriş
1991-ci ildə sovetlər birliyinin dağılması ilə Azərbaycan teatrı-səhnəqrafiyası da müstəqillik qazanmış oldu, fəqət bununla birlikdə iqtisadi sıxıntılar da yarandı. Texnii avadanlıqların, aksessuarların (taxta, parça materialları, geyim ləvazimatları, qrimlər, pariklər və s.) mütəmai təchizatında problemlər yarandı.
Çağdaş dönəmdə çoxsaylı teatrların yaranmağa başladı, müxtəlif qayəli teatr ideyaları formalaşdı, hansı ki bunların nəticəsi olaraq səhnəqrafiyaya olan rejissor və tamaşaçı tələb və istəkləri də çoxalmış, habelə ideya-estetik baxımdın mürəkkəbləşdirilmişdir.
2000-lərə gəlindiyində məkanın sadələşdirilməsi prinsipi müasir səhnəqrafiyanın əsas kompozisiya keyfiyyətlərindən birinə çevrildi və zahirən sadə formalara müraciət artdı. Simvolikaya kəskin meyil olundu, rəssam və rejissorlarda quruluşun vizual təcəssümündən daha əhatəli fəlsəfi-psixoloji tutum və təsir tələbləri yarandı.
Neokonstruktivizm, simvolika, postmodern, funksionalizm, plastik avanqard və s. çağdaş səhnəqrafiyanın həm gənc, həm də orta və yaşlı nəslini təmsil edən nümayəndələrinin yaradıcılığında növbəti bədii inkişaf mərhələsi təşkil etməyə başladı. Yeni üslub və forma axtarışları, müxtəlif janr və cərəyanların estetik baxımdan həlli aktyor oyunlarının vasitəsi ilə çatdırılmağa başlandı. Teatr rəssamları yeni yaranan sadələşmə və minimalizm estetikasını aktyorlar üzərindən göstərirdilər.
Elçin Məmmədov, Nazim Bəykişiyev, Tahir Tahirov, Rafiz İsmayılov, İsmayıl Məmmədov, Azər Paşa Nemətov, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov kimi teatr rəssamlar öz kredoları üzərində işlər ərsəyə gətirirdilər, lakin sovet məkanından uzaqlaşmağımız onların yaradıcılığında da sərbəstlik baxımından hiss olunurdu. Sadə formalara müraciət etməklə məkanda bədii-kostruktiv ab-hava yaradan bu üslub tərzi Ağarəhim Əliyev, qismən Tahir Tahirov kimi rəssamların ayrı-ayrı tərtibat işlərində nəzərə çarpırdı.
Quruluşcu rəssam: Toğrul Nərimanbəyov
Geyim üzrə rəssam: Tahir Tahirov
Günümüzdə Nicat Məmmədov, Sahib Əhmədov, Vüsa Rəhim, Leyla Quliyev kimi gənc teatr rəssamlarını çağdaş teatr səhnəqrafiyasına qeyd edə bilərik. Bunlardan savayı, orta və yaşlı nəsli təmsil edən İlham Elxanoğlu, Nabat Səmədova, Azər Paşa Nemətov, İsmayıl Məmmədov (1948-2016), Rəşid Şerifin (1953-2020) adlarını da çəkmək olar.
“YUĞ” Dövlət Teatrında tanınmış Norveç yazarı Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış “Vəsvəsə” tamaşası. Quruluşçu rəssam Rəşid Şerif.
Müasir teatr rəssamlığında Nabat Səmədova öz işlərindəki mükəmməliyyətçiliyi ilə bilinir. O qurduğu dekorasiyalarda heç bir artıq dekora yer verməyir və hər bir nəsnənin funksionallığını əxz etdirir.
Nabat Səmədova reportajlarının birində demişdi: “Həmişə çalışıram ki, səhnədə lazımsız bir dənə də detal olmasın. Tamaşaçının səhnədə gördüyü hər bir detal quruluşçu rejissorun ideyasının açılmasına kömək etməli, teatr dili ilə desək, oynamalıdı.
- Stanislavskinin sözü olmasın, əgər birinci pərdədə divardan tüfəng asılıbsa, tamaşanın sonuna qədər hökmən açılmalıdı...”.
Ü. Hacıbəyov «Arşın mal alan» (2009)
N. V. Qoqolun «Evlənmə» komediyası (2011)
(Hər ikisində quruluşçu rəssam Nabat Səmədova)
Müasir səhnəqrafiyada işıqlandırma problemləri yaşanmaqdadır, habelə rejissor-rəssam dixotomiyasına görülməkdədir.
Şəki Dövlət Dram Teatrında rejissor-rəssam dixotomiyası bir qədər yoluna düşməkdədir. Mələsən, quruluşçu rejissoru Mirbala Səlimlinin olduğu, quruluşçu rəssamlığını isə Nicat Məmmədovun məsuliyyətləndiyi “Xəstəlik xəstəsi” (Jan Batist Molyer və Mixail Bulqakovun) tamaşasını qeyd edə bilərik.
Hal-hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rəssamı olan Vüsal Rəhim öz işləri ilə fərqlənməkdədir. Mövzu etibari ilə gender və məişət mövzularını, erkən nigahı ələ alan işlərə yönəlməkdədir.
Azerbaycanın ilk müstəqil zirzəmi teatrı olan ADO-nun (Azərbaycan Dağınıq Oda teatrı) isə dekorunu hazırda Leyla Quliyeva tərtib etməkdədir. O öz individual işləri ilə seçilir. Teatrın büdcə baxımından problemləri olduğu üçün avadanlıq və aksesuarlar müxtəlif ləvazimatlardan hazırlanmaqdadır. Buradakı maddi çətinliklər teatr rəssamının yaradıcılıq gücü ilə ikinci plana atılmaqdadır.
Quruluşçu rəssam: Leyla Quliyeva
“Bu gün milli səhnəqrafiyamızda psixologizmə, lirik psixoloji üsluba, avanqardizmdən bəhrələnməyə xüsusi meyl göstərilir. Ancaq yeri gəldikcə monumental romantik və monumental realist səpkili səhnə tərtibatları da yer verilir. Opera və Balet Teatrı modern tərtibat formalarının elementlərindən istifadə etsə də, əsasən klassik üslubun ifadə vasitələrinin estetik prinsiplərinə üstünlük verir” .
İlham Rəhimli “Azərbaycan teatr tarixi”. (Səhifə 416).
Müasir dövrdə müxtəlif yaşa mənsub rəssamlar teatr rəssamlığı üzrə işləməkdədirlər. Spesifik olaraq teatr rəssamları az yetişməkdədir, əsasən, rəngkarlıq və ya qrafika janrları üzrə ixtisaslaşmış şəxslər bu iş üzrə çalışmaqdadırlar
Mənbələr:
- Azərbaycan Milli Elmlər Akademiyası. Milli Azərbaycan Tarixi Muzeyi. Bakının teatr həyatı. Kataloq.
- “Mədəniyyət” qəzeti
- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı: Fikrət Əmirov - Min Bir Gecə baleti
- «Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi» fondu
- Aydın Talıbzadə “Jaciə: Janriçi mutasiyalar”
- Oscar Gross Brockett “History of the theatre” (Origin of theater. Səhifə 15-24)