Emin Əlizadə.

22 Mart 2022, 22:45

Azad iqtisadiyyat

(Nə qədər) Azad iqtisadiyyat

Azərbaycanda sovet hakimiyyətinin bitməsindən sonra durmadan, dayanmadan təkrarlanan bir ifadə var: Azad bazar, azad bazara keçid. Bəs bu azad bazar prinsipi nədir, nələrdən ibarətdir və onun səviyyələri varmı?

Azad bazar dedikdə dövlətin təsirinin minimal olduğu, insanların rahat şəkildə biznes qura bildiyi, suni maneələrin olmadığı iqtisadi mühitlər nəzərdə tutulur. Azadlığın səviyyəsindən asılı olaraq böyük uğur əldə etmək mümkündür. Azad bazarın və azad mühitin təsirini Amerikanın silikon vadisi adlı ərazisində və ya yaxın tarixə nəzər salmaq istəsək İrlandiya iqtisadiyyatında görə bilərik. Silikon Vadisində texnologiya şirkətlərinə göstərilən güzəştlər yeni nəsil innovasiyanın ortaya çıxmasına şərait yaradarkən, İrlandiyanın tətbiq etdiyi azad bazar, minimal nəzarət prinsipi ölkənin böyük miqdarda kapital cəlb etməsinə səbəb olmuşdur. Belə ki, “Apple” kimi nəhəng şirkətlərin İrlandiya banklarında saxladığı pulun ümumi miqdarı İrlandiya ÜDM-nin 5 qatına çatır.

Dünya miqyasında azad bazar nümunələrinə baxdıqda görürük ki, Azərbaycanda tam azad bazara keçid, hələ ki, baş tutmayıb. Bunun arxasında müəyyən səbəblər olsa da, bugünkü müzakirə mövzumuz bu deyil.

Bu gün biz daha müxtəlif bir mövzudan - gömrükdən bəhs edəcəyik. Azərbaycan hazırda öz gömrük idarəetməsi üzərində tam hüquqa malikdir. Dünyanın bir çox ölkəsində isə, bu haqq, mövcud deyil. Dünyanın 164 ölkəsinin üzvü olduğu Ümumdünya Ticarət Təşkilatı bir çox mənada dünya ticarətinin qaydalarını təyin edir. Azərbaycan isə bu təşkilatın üzvü deyil. Bu ölkə iqtisadiyyatı və büdcəsi cəhətdən nə qədər faydalı olsa da, sadə xalq (bax. qara camaat) üçün heç də faydalı deyil. ÜTT-nin qoyduğu minimal gömrük rüsumları ölkəmizdə tətbiq edilsəydi, gömrük komitəsi çox daha az gəlir gətirər və bizim aldığımız mallarda bir problem çıxmazdı. Avtomobillərdə, elektronikada, fabrik və digər müəssisələr üçün gərəkli mallarda əlavə gömrük xərcinin minimal olması isə, təsəvvür edə biləcəyiniz kimi, xalqın böyük ölçüdə xaricdən satınalma etməsinə səbəb olardı. Əgər hal belə olsaydı, dövlət məcburən digər vasitələrdən istifadə edərək yaranan büdcə kəsrini aradan qaldırmağa çalışardı. Bəs bu digər vasitələr nələrdir?

Bu sualın cavabını tapmaq üçün Türkiyəyə baxmaq kifayətdir. Avtomobillərdə, elektronikada, 1001 adda və miqdarda vergi alınması əsasında gömrük rüsumlarından əldə edilə bilməyən vəsaitlərin dövlət büdcəsinə getməsi üçündür. Türkiyədəki avtomobil qiymətlərində vergilərin miqdarını göstərən qrafiklər bir çoxumuza məlumdur. Qiymət əsasında baxdıqda Azərbaycanda da xaricdə satılan məhsulun öz qiymətindən neçə dəfə artığına əmələ gəldiyini görürük. İnsanlar hətta 2-3 min dollarlıq avtomobillərdə avtomobilin öz qiyməti qədər rüsum ödəyirlər və ya ödəməli olurlar.

Azərbaycanla digər ikinci bir ölkəni müqayisə edərkən bunu unutmamaq lazımdır, Azərbaycan gömrük üzərində bu qədər söz haqqına sahib ikən belə yüksək vergilər tələb edir.

Paylaş:

652
2