Cavidan Zeynalov
2 Yanvar 2022, 10:43Sənətşünaslıq 101: İncəsənətə Giriş

lakin 2018-də İspaniyanın Malaqa bölgəsindəki Ardales mağarasında təxminən 65 min il əvvələ aid edilən Neandertallar tərəfindən rənglənmiş stalaqmitlər kəşf edilmişdir, fəqət buna tam olaraq “sənət” demək olmaz, daha uyğunu “qrafik davranış” deməkdir.
Habelə Ardalesdəki stalaqmitlərə nəzərən sənət kəliməsinə daha uyğun gələn İndoneziyanın Slavesi adasındakı 44 min il əvvələ aid mağara rəsmləri də ilk sənət nümunələrindəndir. Yaxud ən məşhur və o dərəcədə də heyrətamiz digər bir sənət nümunəsi də 30 min il əvvələ aid Avstiryanın Villendorf bölgəsində tapılan Villendorf Venerasdır...
Ardales mağarası, İspaniya.
Bu sadaladığımız nümunələr pleystosen (buz dövrü də deyilir) epoxasına aiddir və bu çağda incəsənət bugünkü mənasından çox fərqli anlam daşımaqda idi. O insanlar üçün daxmalar nə dərəcədə önəmli idisə, fiqurlar da o qədər önəmli sayılırdı. Daxmaların onları yağışdan, küləkdən qoruduği kimi bu təsvirlər də onları təbii qüvvələr qədər gerçək hesab etdikləri şər ruhlardan qoruyurdu. Digər bir deyişlə, rəsm və heykəllər magik xarakter daşıyırdı.
Villendorf Venerası
Villendorf Venerası üzərindən bu magikliyi ələ alası olsaq: ilk olaraq deyək ki, əhəngdaşından yontulub və uzunluğu 11.5 sm-dir. Orinyak dövrünə aiddir (Orinyak solutre və madlen ilə birgə Avropada üst poliolit dövründə mövcud olmuş kültürdür (e.ə 43-cü minillikdən e.ə 12 minilliyə kimi) ). Vücudunun dairəviliyi və köklüyü ilə günümüz estetik dəyərlərindən çox uzaqdır. Sinəsində duran əlləri, qolları və biləkləri sanki eskizdir və heç üzü də yoxdur. Çox güman ki, bir növ tilsimli məshuldarlıq simvoludur və yəqin ki, amulet (həmail) olaraq və bəlkə də, əldə tutulmaq üçün yontulmuşdur. Bir neçə min il sonraları da tarixlənən digər qadın fiqurları da eyni şəkildə sinələri, bel və ayaqları vurğulanmış formada təsvir edilməkdə idi.
Atlar, kərgədanlar və öküzlər. E.ə 25,000-17,000. Şove mağarası, Fransa.
Mağara rəsmlərini də ələ alası olsaq oradakı öküz, at, kərgədan təsvirlərini də magiya ilə əlaqələndirə bilərik. İlkin təsvirlərdə, demək olar ki, ölçüləri təbiətdə mövcud olan canlılarla ekvivalentlik göstərir. Bəlkə də, bizim nəm divarda təsadüfü ləkələri görüb nəyəsə bənzətdiyimiz kimi (elmi termin kimi pareidolia*) mağara rəsmləri də qaya üzərindəki oyuqları bir şeylərə bənzədən insanların onları təsvir etmək istəyi ilə yaranmışdır. Fəqən hər necə də olsa, mağara sənətinin bəzi daş dövrü ovçularının pusudakı bir heyvanın siluetini, bir növ, tilsim kimi qayanın üzərinə fərq etməyi və bunun müqəddəs olduğuna inanaraq digərlərinin də bunu görməli olduğuna qərar verməsi ilə başladığı ehtimalı təxmin edilməkdədir.
Bizon. E.ə 14,000-10,000. Altamira mağarası, İspaniya.
Bizon. E.ə 15,000. Trua-Frer mağarası, Fransa.
Altamira, Şove, Lasko mağaralarında rastlaşdığımız bu təsvirlərin bəzilərinə hətta kölgə də verildiyini görürük. Orta əsrlərdəki ikonalarda, yaxud mağara rəsmlərindən 20 min il sonra ərsəyə gələn Misir, Het, Şummer divar rəsmlərində belə bu qədər canlılıq görülməməkdədir. Bu da onların qabiliyyətsiz və ya rəsm çəkməyi bacarmadıqlarını deyil, sadəcə əlavə estetikliyə ehtiyaclarının olmamağı ilə bağlı idi. Rəsmlərin ilahi, yaxud ritual xarakterli olması, bir növ, yazının kəşf edilmədiyi, yaxud mədəniyyətin formalaşması ilə oxuma bacarığı olmayan, sadə xalq üçün hekayə, mağara adamı üçünsə mifləri anlatmaq məqsədi güdməkdə idi. Bu səbədəndir ki, incəsənət tarixində spesifikbir gözəllik anlayışı və XX əsrin ekspressionist rəssamı ilə ibtidai insan arasında bacarıq baxımından, yaxud zehni olaraq hər hansısa fərq yoxdur.
Mənbələr: https://www.atlasobscura.com/places/prehistoric-cave-art-of-maros-pangkep
John Fleming və Hugh Honour: “A World History of Art”