Biz kimik?

"Təyinat" - özündə sosial, ictimai, mədəni və fəlsəfi mövzuları əks etdirən maarifçi düşüncə platformasıdır. Platforma 26 Avqust 2021-ci il tarixindən etibarən internet dərgisi olaraq fəaliyyət göstərir. Komanda fəaliyyətə başladığı gündən bəri özünü inkişaf etdirir. Gələcəkdə əsas hədəfimiz “Təyinat Akademiya” vasitəsilə düşüncə məktəbini formalaşdırmaqdır.

Məktəbin əsas hədəf kütləsi Azərbaycandakı intellektual gənclik olacaq. Gənclər arasında kordinasiya şəbəkəsi formalaşdıqca ölkəmizin akademik mühiti və azərbaycanca nəzəri bazası təkamül edəcək.

Məqsəd: Gənclər üçün sosial, ictimai, fəlsəfi, mədəni və ədəbi mövzularda öz dilimizdə və əlçatımlı nəzəri baza formalaşdırmaqdır. Platformamız seçilən mövzulara əsasən akademik və standart yazılar, video formatlı informativ animasiya və reportajlar, podkast və radio yayımlar hazırlayır. Bundan əlavə, həm maarifləndirici, həm də əyləncəli kontentlər yaratmaq, dərgi və kitabların nəşri, ölkəmizin tanınmış ədəbi-ictimai xadimləri ilə müsahibə və görüşlərin təşkili, ekspert rəyi əsasında dərsliklərin hazırlanması da nəzərdə tutulan layihələrdəndir.

Dəyərlərimiz: Sosial ədalət, azadlıq və insan hüquqları "Təyinat"ın bünövrəsini təşkil edir. "Təyinat" cəmiyyətin maarif və təhsil ilə irəli getməsi üçün çalışır. "Təyinat" hədəfinin zirvə nöqtəsində politologiya elmi və siyasi araşdırmaların yüksək səviyyədə cərəyan etdiyi İsveçrə kimi ölkələr siyahısına Azərbaycanın da daxil edilməsi üçün sosio-fəlsəfi təməl yaradacaq.